4.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır: A) Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilər
B) Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz
C) Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır
D) Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır
5. Hər hansı bir şəxs bir cinayətə görə neçə dəfə məhkum edilə bilər? A) 1
B) 2
C) 3
D) Törədilmiş cinayətin ağırlıq dərəcəsinə uyğun olaraq müəyyən edilir
6. Hər hansı bir şəxs hansı qohumlar əleyhinə ifadə verilməyə məcbur edilə bilməz? 1. Xala oğlu (xala qızı
2.Dayı oğlu (dayı qızı)
3.Övladlar
4. Arvad (ər))
5.Valideynlər
6.Bibi oğlu (bibi qızı)
7.Qardaş (bacı)
A) 1,2,3 B) 3,4,5,7 C) 5,6,7 D) 1,3,5,7
7. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə nə izah edilir? A)Dərhal onun hüquqları bildirilir və kimə müraciət etməsi izah edilir
B)Yalnız vəkilin iştirakı ilə hüquqları bildirilir
C)Dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir
D)Yalnız məhkəmə dinləmələri zamanı onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir
8. Azərbaycan Respublikası kimlərə siyasi sığınacaq verir? A)Qaçqın və məcburi köçkünlərə
B)Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə
C)Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin vətəndaşlarına
D)Türk dilli ölkələrin vətəndaşlarına
9.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır: A) Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır
B) Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.
C) Cinayət törədilməsində təqsirləndirilən hər şəxs məhkum edildikdən sonra dinlənilməlidir
D) Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır