40. Azərbaycan Respublikası Milli Məclisi hansı məsələlərə dair qərarlar qəbul etmir? 1. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması
2. Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi
3.Dövlətlərarası və Azərbaycan Respublikası qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi
4. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi
5.Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət
A)1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 2,3,5
41.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıdakılardan biri yalnışdır: A) Milli Məclisdə gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.
B) Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır
C) Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə Baş Proukrorun təqdimatı əsasında məsuliyyətə cəlb edilə bilərlər
D) Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir
42. Azərbaycan Respublikası Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ kimlərə məxsusdur? 1.Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına
2. Azərbaycan Respublikası Prezidentinə
3. Azərbaycan Respublikası ədliyyə nazirinə
4.Yerli özünü idarəetmə orqanlarının sədrlərinə
5.Azərbaycan Respublikası Ali Məhkəməsinə
A)1,2,5 B) 3,4,5 C) 1,3,5 D) 1,2,4