51. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır: A) Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində üç dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə
B) Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı iki il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə
C) Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə
D) Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə
52. Hansı orqanların kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır? 1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin
3. Azərbaycan Respublikası Apellyasiya Məhkəmələrinin
4. Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Komsisiyyasının
5. Azərbaycan Respublikası Mərkəzi Bankının
A)1,2.3 B)1,3,5 C)1,2,5 D)1,4,5
53.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıdakılardan biri yalnışdır: A) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.
B) Milli Məclisə təqdim edilən qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir
C) Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilməz
D) Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
54. Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair qəbul edilir: A) Qanun
B) Qanun və ya qərar
C) Qərar
D) Konstitusiya qanunu
İCRA HAKİMİYYƏTİ-2 1.Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq neçə ay ərzində qəbul olunmalıdır? A)2 B) 3 C) 4 D) 1