9.Bələdiyyələrə əlavə səlahiyyətlər də verilə bilər: A) qanunvericilik və məhkəmə hakimiyyətləri tərəfindən
B) məhkəmə və icra hakimiyyətləri tərəfindən
C) qanunvericilik və icra hakimiyyətləri tərəfindən
D) yalnız qanunvericilik hakimiyyəti tərəfindən
10. Bələdiyyənin qərarları necə qəbul edilir? A)Bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə
B)Bələdiyyə sədrinin əmri ilə
C)Yerli İcra Nümayəndəsinin iştirakı ilə
D)Bələdiyyə üzvlərinin yarısından çoxunun səs çoxluğu ilə
11. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin neçə səs çoxluğu ilə qəbul edilir? A)üçdə iki
B)üçdə bir
C)50+1
D)Heç biri
12. Bələdiyyələr öz fəaliyyətləri barəsində hansı orqana hesabat verir? A)Azərbaycan Respublikası Milli Məclisinə
B)Azərbaycan Respublikası Prezident Administrasiyasına
C)Azərbaycan Respublikası Nazirlər Kabinetinə
D)Yerli İcra Hakimiyyəti orqanlarına
13.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır A) Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən verilən səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır.
B) Bələdiyyələr yerli icra hakimiyyəti başçılarına tabedir.
C) Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.
D) Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.
14.Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası nə ilə müəyyən edilir? A) Fərmanla
B) Konstitusiya qanunu ilə
C) Qərarla
D) Qanunla
15. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə hansı məsuliyyəti daşıyırlar? A)mülki B)intizam C)cinayət D)inzibati