31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası kimlər üçün məcburidir?
1. Vətəndaşlar
2. Bütün vətəndaşlar
3. Mərkəzi və yerli icra hakimiyyəti orqanları
4. Bələdiyyələr
5. Hüquqi şəxslər
A)1,3,5 B)1,2,4 C)2,3,5 D)1,4,5
32.Konstitusiyaya əsasən aşağıdakılardan biri doğrudur?
A) Referendumla qəbul olunmuş aktlar elna edildikdən sonra onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir
B) Qanunlar dərc edilməsə belə tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
C) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Mərkəzi İcra Hakimiyyəti orqanlarının aktlarına zidd olmamalıdır
D) Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır
33. Normativ hüquqi aktların dərc edilməsi qaydası nə ilə müəyyən edilir?
A)Qanun
B)Fərman
C)Qərar
D)Konstitusiya qanunu
34. Bələdiyyənin qəbul etdiyi aktın icrası kimlər üçün məcburidir?
A) Onun ərazisində yaşayan vətəndaşlar üçün
B) Onun ərazisində yaşayan hüquqi şəxslər üçün
C) Onun ərazisində yaşayan fiziki şəxslər üçün
D) Məcburi deyil
35. Hansı normativ hüquqi aktlarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyət yarandıqda beynəlxalq müqavilələr tətbiq edilmir?
1. Prezindetin fərmanları
2. Konstitusiya
3. Refrendumla qəbul edilmiş aktlar
4. Nazirlər Kabinetinin qərarları
A)1,2 B)3,4 C)1,4 D)2,3
Dostları ilə paylaş: |