Alovlu təmizləmə üsulu. Qara misin alov ilə saflaşdırılması prosesi mexaniki xassələrini və elektrikkeçirmə qabiliyyətini pisləşdirən müxtəlif qatışıqları çıxarmaq üçün aparılır. Alov ilə saflaşdırma prosesi əksetdirmə sobasının dibində gedir. Burada qara mis, polad borulardan maye misin daxilinə üfülənən hava ilə oksidləşir. Sobaya bərk mis doldurulduqda saflaşdırma prosesi 16-26 saat, maye mis doldurulduqda isə 10-14 saat çəkir. Saflaşdırma sobalarının tutumu 250-400 tona çatır. Alov üsulu ilə saflaşdırmada təmizliyi 99,0-99,5% olan mis alınır. Qeyd etmək lazımdır ki, bu üsulla misi nəcib və digər faydalı metallardan təmizləmək olmur. Daha yüksək keyfiyyətli mis elektrolitik üsulla alınır.
Misin elektrolitik üsulla saflaşdırılması.
Misin elektrolitik üsulla saflaşdırılması prosesində məqsəd, daha saf (99,9% Cu və ondanda artıq) mis almaq və demək olar ki, konverter misində daim rast gələn qızıl və gümüşü çıxarmaqdır (konverter misində olan qızıl və gümüş alov ilə saflaşdırma prosesində büsbütün misdə qalır).
Elektrolitik üsulla saflaşdırmaq üçün, alov ilə saflaşdırma prosesindən sonra alınan misi anod tavalarına tökürlər. Həmin tavaları xüsusi asqılarda mis kuporosunun və sulfat turşusunun (hər litrdə təxminən 200q) suda məhlulu doldurulmuş elektrolitik vannasına batırırlar. Vannada anod tavalarının arasında xalis misdən hazırlanmış nazik (0,6-0,7 mm qalınlığında) təbəqələr yerləşmişdir. Onlar katod vəzifəsini görür və elektrolitik mis onların üzərinə çökür. Vannanı elektrik dövrəsinə qoşduqda anodların misi elektrolitdə həll olub katodların üzərinə çökür, nəcib metallar (qızıl, gümüş və bəzi başqa metallar, məsələn selen, tellur) vannanın dibində çöküntü şlam şəklində ayrılır. Elektrolitik saflaşdırma üçün işlədilən cərəyanın sıxlığı, katod səthinin hər 1m2-in də 100-2000 A. təşkil edir. Vannanın gərginliyi 0,3-0,35 V-dur. Şlamın orta hesabla çıxımı anodların çəkisinin 0,2-0,5%-ni təşkil edir. Mis elektrolizinin şlamını toplayıb, tərkibindəki qızılı, gümüşü və digər qiymətli metalları çıxarmaq üçün yenidən emal edirlər. Anodların həll olması orta hesabla 20-30 gün davam edir. Katod misinin hər tonuna 200-300 kvt saat elektrik enerjisi sərf olunur.
Mövzu 11. Alüminiumun, maqneziumun, titanın istehsalı.
Alüminiumun alinması. Alüminium oksidinin alınması. Alüminium oksidinin elektrolizi. Maqneziumun alınması. Maqneziumun alınmasının elektrolitik üsulu. Maqnezim alınmasının termiki üsulları.Titanın istehsalı.
Dostları ilə paylaş: |