Metalları statik sınamaq üçün nümunələr
1)dairəvi en kəsiyə malik olan nümunə
2)düzbucaqlı en kəsiyə malik olan nümunə
Nümunələr işlək hissədən və qırıcı maşının tutucularına bərkitməyə xidmət edən başlıqlardan ibarətdir. Nümunənin hesablama uzunluğu ( 0) işlək hissəsinin uzunluğundan ( 1) bir qədər az götürülür. Nümunələrin ölçüləri standartlaşdırılmışdır. Normal dəyirmi nümunənin işlək hissəsinin diametri 20 mm-ə bərabərdir. Digər diametrli nümunələrə mütənasib nümunələr deyilir. Hesablama uzunluğu ( 0) nümunənin diametrinin on mislinə (uzun nümunələrdə) və ya beş mislinə bərabər (qısa nümunələrdə) götürmək məsləhət görülür. Qırıcı maşınların hamısında iki əsas mexanizm vardır: yükləyici və qüvvəölçən mexanizm. Bunda əlavə, müasir maşınların çoxunda sınama diaqramını avtomatik surətdə yazan diaqram mexanizmi olur.Dartıcı qüvvə sınanılan nümunədə gərginlik yaradır və onun uzanmasına səbəb olur; gərginlik sınanılan nümunənin möhkəmliyini ötüb keçdikdə nümunə qırılır.
Mövzu 4. Metalların bərkliyini, yorulmasını və zərbə yükü ilə sınaması.
Brinel, Rokvell və Vikkers üzrə bərkliyin təyini. Zərbə özlülüyünün təyini. Metalların yorğunluğu barədə anlayış.
Metala özündən bərk, müəyyən forma və ölçülü metal batırıldıqda onun göstərdiyi müqavimətə bərklik deyilir.Bərkliyi sınama tez başa gəlir və mürəkkəb nümunələr hazırlanmasını tələb etmir. Bundan əlavə, bərkliyə sınamaların nəticələri bəzi hallarda metalların digər mexaniki xassələri (məsələn, möhkəmlik həddi) haqqında da müəyyən fikir söyləməyə imkan verir. Buna görə də bərkliyə sınama təcrübədə geniş tətbiq edilir.Hazırda bərk ucluğu metala batırma üsulları daha çox yayılmışdır. Brinel üsulunda tavlanmış və diametri 2,5; 5,0 və ya 10 mm olan polad kürəcik P– qüvvəsi ilə (30000, 10000, 7500 N və ya daha az qüvvə ilə) sınanılan nümunəyə batırılır. Nəticədə, nümunənin səthində diametri – yə bərabər olan kürənin seqmenti formasında bir iz qalır. Metal bərk olduqca izin dərinliyi də az olur.
Brinel üsulu ilə sınama sxemi
Brinel üsulu ilə bərklik ədədi aşağıdakı düsturla hesablanır.
, MPa
Burada – polad kürəyə təsir edən qüvvə, N;
– kürə seqmentinin sahəsi (alınan izin sahəsi), mm2.
Brinel üsulunda ucluq – kürənin diametri sınanılacaq metalın qalınlığından asılı olaraq 2,5; 5,0 və 10 mm götürülür. Müayinə ediləcək nümunənin qalınlığı – dən az olduqda kürənin diametri , qalınlığı olduqda kürənin diametri və qalınlığı -dən çox olduqda isə kürənin diametri götürülür. Müayinə zamanı kürəcik tərəfindən nümunəyə təsiredici qüvvə onun diametrindən asılı olaraq götürülür. nisbəti bütün ərintilər üçün sabit götürülür. Qara metallar (polad və çuqun) üçün əlvan ərintilər (mis ərintiləri) üçün az bərkliyə malik olan ərintilər (alüminium, maqnezium) üçün qəbul edilir. Deməli, polad kürənin diametri sınanılacaq metalın qalınlığına görə, sıxıcı qüvvə isə tərkibinə görə təyin edilir. Kürə nümunənin səthinə sıxıldıqda, kürə seqmenti şəklində çökük əmələ gəlir. Alınmış çöküklüyün (kürə seqmentinin) diametri lupa ilə ölçülür. Brinel üsulu ilə bərkliyi HB 450 – yə qədər olan materialları sınamaq olar: daha bərk materialları sınadıqda polad kürəcik deformasiya oluna bilər. Bu üsul nazik təbəqə halında olan materialları sınamaq üçün də yaramır.
Rokvell üsulu ilə bərkliyi sınama.
Götürülən nümunəyə diametri olan polad kürəcik və ya təpə bucağı 1200 olan almaz konus batırmaqla aparılır.Polad kürəcik, yumşaq (bərkliyi brinel şkalası üzrə 220 – dən az olan) metalların bərkliyini 1000 N yük altında, almaz konus isə bərk metalları 1500 N yük altında sınamaq üçün işlədilir. Rokvell üsulunda almaz konus və ya kürəcik iki ardıcıl yükün təsiri altında ilkin ( ) və əsas ( )) nümunənin səthinə sıxılır. Nümunəyə təsir edən ümumi yük əlavə və əsas yükün cəminə bərabərdir:
Nümunə Rokvell cihazının stolu üzərinə qoyulur və nazim çarx fırladılmaqla nümunə almaz konusa və ya polad kürəciyə toxununcaya qədər stol qaldırılır. Nazim çarx o zamana qədər qaldırılır ki, konusun və ya kürəciyin nümunəyə təzyiqi 10 kq–a çatsın (ilk yük). Bu təzyiqi indikatorun kiçik əqrəbi göstərir. Bundan sonra dəstək vasitəsi ilə əsas yük verilir. Batırma 5 – 6 saniyə davam etdirilir, sonra dəstəyi əks tərəfə fırlatmaqla əsas yük götürülür. Bunda sonra indikatorun böyük əqrəbi sınanılan metalın bərkliyini göstərir.Nümunəni çıxarmaq üçün nazim çarxı ( tərsinə fırlatmaqla ilk yük (10 kq) götürülməlidir.İndikatorun siferblatında iki şkala vardır: B – qırmızı şkala – polad kürəcik vasitəsilə aparılan sınamalar, C – qara şkalası isə almaz konus vasitəsilə aparılan sınamalar üçündür. Rokvell üsulu ilə bərklik şərti kəmiyyət olub, izlərin dərinlikləri arasındakı fərqi xarakterizə edir.
Vikkers üsulu bərkliyi sınama.
Vikkers üsulu bərkliyi sınama həm bərk, həm də yumşaq metalların bərkliyə sınanılmasına imkan verir, nazik qatların (məsələn, kimyəvi termiki emala uğradılmış məmulatlarda) bərkliyini təyin etmək üçün tətbiq edilir.Vikkers üsulunda nümunə, təpə bucağı olan dördüzlü almaz piramida ilə10 yük altındanda sınanılır. Almaz piramidanın əmələ gətirdiyi çöküyün ölçüləri cihazın öz mikroskopunun köməyi ilə təyin edilir. Vikkersə görə bərklik:
düsturu ilə təyin edilir;
burada P - basıcı yük, N- ilə
d - hər iki diaqonallların orta ədədi qiyməti, m- ilə
- piramidanın qarşı tilləri arasındakı bucaq 136
Bucağın qiymətini yerinə yazsaq
,
Zərbə yükü ilə sınama. Maşın, mexanizm və sairənin bu və ya digər detalı öz işinin xarakteri ilə əlaqədar olaraq zərbə yüklərinə məruz qalırsa, həmin detalın hazırlanmasına sərf olunan metal statik sınamalardan başqa bir də dinamik yük altında sınaqdan keçirilir, çünki statik möhkəmlik göstəriciləri kifayət qədər yüksək olan bəzi metallar kiçik zərbə yüklərinin təsirindən dağılır. Strukturları qüsurlu olan çuqun və polad belə metallardandır. Əsas dinamik sınama metodu zərbə ilə əyilməyə sınamadır. Bu metalın zərbə özlülüyünü təyin etməyə imkan verir. Bu sınama riyazi rəqqas adlanan cihazlarda standart formalı nümunələr üzərində aparılır.
Yorulmaya sınama.
Maşın detallarından bir çoxuna (mühərriklərin sürgü qollarına, dirsəkli vallara və s.) iş prosesində qiyməti və istiqaməti dəyişən yüklər təsir edir. Dönə-dönə dəyişən belə gərginlik nəticəsində metal-tədricən özlü haldan kövrək hala keçir (“yorulur”). Bu mikroocaqlar tədricən genişlənərək metalı zəiflədir. Bu da möhkəmlik həddindən az olan gərginliklərdə metalın dağılmasına səbəb olur.Maşın detallarında mikroocaqlar başlıca olaraq kontur xəttinin kəskin sürətdə sındığı yerlərdə səth təbəqəsində əmələ gələrək, artıb yayılır.Bu deyilənlərdən aydın olur ki, statik sınama dəyişən yük altında işləyən metalın davamlılığını xarakterizə edə bilməz.Yorulmaya (davamlılığa) sınama məmulatın gördüyü işin xarakterindən asılı olaraq, müxtəlif maşınlarda aparılır. Ən çox yayayılımış maşın tipləri bunlardır:
fırlanma zamanı əymə ilə sınama üçün hazırlanmış maşınlar;
dartma-sıxma zamanı sınama üçün hazırlanmış maşınlar;
burma zamanı sınama üçün hazırlanmış maşınlar;
Mövzu 5. Metal və ərintilərin istehsalında tətbiq edilən materiallar.
Çuqunun, poladın və əlvan metalların istehsalında tətbiq olunan xammal. Dəmir filizləri, onların qısa xarakteristikası. Metallurgiya prosesləri üçün tələb edilən yüksək istilik almaq üçün istilik mənbəyi kimi tətbiq olunan yanacaqlar. Daş kömür koksuna verilən tələblər. Yüksək istiliyin təsirindən avadanlıqları qorumaq üçün istifadə olunan odadavamlı materiallar. Çətin əriyən boş dağ süxurlarını əritmək üçün flüslər.
Domna sobasında çuqun əritmək üçün dəmir filizləri, yanacaq, flüslərdən və qızdırılmış havadan istifadə edirlər. Dəmir filizlərinin tərkibində dəmir müxtəlif birləşmələr şəklində olur. Dağ süxurları qatışığından faydalı metalın alınması iqtisadi cəhətdən əlverişlidirsə, belə dağ süxurları qatışığı filiz adlanır. Dağ süxurları qatışığının filiz adlandırılması üçün ondakı faydalı elementlərin miqdarı müəyyən həddən çox olmalıdır. Boş dağ süxurlarının və yanacaq külünün əriməsini təmin edən materiallara flüs və ya əridici deyilir. Dəmir filizlərinin tərkibində dəmir birləşmələrindən başqa, Al2O3, SiO2, CaO, MgO, və s. kimi birləşmələr də olur. Filizlərdə az miqdarda da olsa kükürdlü, fosforlu, arsenli, və s. birləşmələr vardır. Filizlər tərkibindəki dəmir oksidlərinə görə qırmızı dəmirdaşı (Fe2O3), qonur dəmirdaşı (2Fe2O3·3H2O), maqnitli dəmirdaşı (Fe3O4) və dəmirdaşı şpatı (FeCO3) növlərə ayrılır.Domna prosesində ferroərintiləri – xüsusi çuqunları ( ferromanqan, ayna çuqun və manqanlı, silisiumlu çuqun ) almaq üçün manqan filizlərindən geniş istifadə edilir. Bu filizlərdən təkrar emal çuqunlarının Marten və elektrik sobalarında əridilməsi zamanı da qatqı kimi istifadə edilir. Manqan bu filizlərdə MnO2, Mn2O3 və MnCO3 kimi oksidlər və karbonatlar şəklində olur.
Metallurgiya prosesləri üçün tələb edilən yüksək istilik almaq üçün istilik mənbəyi kimi yanacaqlardan istifadə edilir. Texnikada, yandırılaraq sənaye məqsədləri üçün istilik ayıran maddələrə yanacaq deyilir.Yanacaqlar metalların texnolagiyasında, xüsusilə metallurgiyada böyük əhəmiyyətə malikdir. Üzvi maddə olan yanacaq, tərkib etibarilə karbon, oksigen, hidrogen, kükürd, kül və nəmlikdən ibarətdir. Bu tərkib hissələrindən yalnız bir neçəsi yandıqda istilik ayrılır. Yandıqda, 1 kq və ya 1 m3 ayırdığı istilik miqdarına yanacağın istiliktörətmə qabiliyyəti və kaloriyalılığı deyilir (kkal/kq). Domna istehsalatında tətbiq olunan yanacaq aşağıdakı tələbləri ödəməlidir:
bərk yanacaq parçaları müəyyən ölçüdə olmalıdır;
kifayət qədər möhkəm, sürtünməyə və yeyilməyə qarşı davamlı olmalıdır;
yüksək temperaturdan dağılmamalıdır;
istiliktörətmə qabiliyyəti yüksək olmalıdır;
çuquna keçə bilən kükürd və fosfor kimi zərərli qarışıqların və külün miqdarı minimum olmalıdır;
uçucu maddələr az olmalıdır;
Yanacaqlar əldə edilmə üsullarına görə təbii və süni, fiziki hallarına görə isə maye, qaz və bərk yanacaq növlərinə bölünür.Metallurgiyada maye yanacaq kimi, əsasən mazut və qətran tətbiq olunur. Qaz halında olan yanacaqlar sənayedə, xüsusilə metallurgiyada geniş tətbiq edilir və bir sıra başqa yanacaq növlərinə nisbətən, bir çox üstünlüklərə malikdir. Bunların nəql edilməsi asantdır, hava ilə yaxşı qarışır, tez və tam yanmaqla çox istilik verir. Qaz yanacaqları təbii və süni olur, bunların hər ikisindən də geniş istifadə olunur. Təbii qazlar yer altından neft, kömür və torf yanacaqları olan qatlardan çıxarılır. Süni qazlar qrupuna koks, domna, işıq və generator qazları daxildir. Koks qazı daş kömürün kokslaşması zamanı alınan məhsullardan biridir. Bərk yanacaqlar təbii ( odun, torf, qonur kömür, daş kömür, antrasit ) və süni ( ağac kömrü, koks, termoantrasit ) yanacaqlarına bölünür. Koks, çuqun istehsalında tətbiq olunan əsas domna yanacağıdır. Koks daş kömürün quru distilləsinin məhsuludur. Daş kömür xüsusi koks sobalarında kokslaşdırılır.
Ərimə temperaturu 15000C-dən yuxarı olan materiallara odadavamlı materiallar deyilir. Bütün odadavamlı materiallar aşağıdakı xassələrə malik olmalıdır:
Dostları ilə paylaş: |