Konstruksiya materiallarinin texnologiyasi fənnindən MÜhaziRƏLƏR



Yüklə 283,22 Kb.
səhifə5/14
tarix02.01.2022
ölçüsü283,22 Kb.
#42752
1   2   3   4   5   6   7   8   9   ...   14
konstruksiya-mühazirələr (3)

Filizlərin yandırılması. Bu əməliyyatla filiz nəmlikdən, dəm qazından və kükürdən azad edilir. Məsaməliyin artması nəticəsində filizin ərimə qabiliyyəti və zərərli aşqarlardan (kükürdə, arsenə görə) təmizlənməsi dərəcəsi artmış olur.Bundan başqa dəmir şpatını yandırarkən alınan dəmir 2-oksid dəmir 3-oksidə (Fe2O3) çevrilir.Filizlər xüsusi filiz yandırma sobalarında 600-8000- də yandırılır. Hazırda dəmir filizlərinin yandırılma prosesi çox az tətbiq edilir.

Aqlomerasiya və bişirmə. Domna sobalarında əridilmək üçün xırda filiz hissəcikləri, koloşnik tozu, oksidlər və s. materiallar, iriləşdirmə və bişirmə üsulu ilə aqlomerasiya edilir.Aqlomerasiya (bişirmə) xırda filiz hissəciklərinin xüsusi lentli maşında parçalar şəklində bişirilməsindən ibarətdir. Bu maşının lentini təşkil edən xırda və dibi deşikli təknələrə koksla birlikdə filiz əzniyi tökülür. Təknələr qaz yandırıcısı altından keçdikdə ovuntu 1300-16000- dək qızır. Bu zaman filizdəki qumla (3SiO2) maqnetit (2Fe3O4 ) və dəm qazı (CO) reaksiyaya girərək fayyalit adlanan dəmir 2-oksid silikatı (3Fe2SiO4) və yanma məhsulunu (CO2) əmələ gətirir. Yanma sahəsində ərimiş olan fayyalit əriməmiş şixtə hissəciklərinə birləşdirərək soyuduqda aqlomerat adlanan məsaməli kütlə əmələ gətirir. Yanma məhsulu maşının içərisinə sorulur. Bişirmə prosesində kükürd yandığından və məsaməlik artdığından keyfiyyət yaxşılaşır və sobanın məhsuldarlığı artır. Belə maşının gündəlik məhsuldarlığı 2500 ton aqlomerata çatır.

Domna sobalarının yüklənməsi. Xam materiallar domna sobalarına arası kəsilmədən və asan verilməsini təmin etmək üçün domna sexlərində yükləmə prosesi aşağıda göstərildiyi kimi mexanikləşdirilmiş olur. Dəmir yol xətləri ilə gətirilmiş materialların (filiz, flüs və koksun) filiz həyətinə boşaldılması və həmin materialların şixtə vaqonetlərini (arabacıqlarını) doldurmaq üçün qoyulmuş bunkerlərə verilməsi böyük portal kran vasitəsilə təmin edilir. Belə daşıma işini kranın hərəkət edən arabacığına bağlanmış qreyter görür. Əridilmək üçün xam materialların – filiz, flüs və koksun müəyyən nisbətdəki qatışığına şixtə deyilir. Şixtəni təşkil edən hər bir material üçün ayrıca bunker olur.Şixtə materialları bunkerdən maili qaldırıcı üzəri ilə hərəkət edən daşıyıcı vaqonetlərə avtomatik çəki vaqoneti vasitəsilə boşaldılır. Sobanın doldurucu hissəsinə şixtə materialları iki verişlə - filiz və yanacaq verməklə göndərilir. Filiz verişi üç vaqonet filiz və bir vaqonet flüsdən, yanacaq verişi isə iki vaqonet koksdan ibarət olur.Qaldırıcı qurğu maili körpüdən və onun üzərində rels xətləri ilə hərəkət edərək özü aşan və bir-biri ilə trosla birləşdirilmiş iki daşıyıcı vaqonetdən ibarətdir. Dolu vaqonet sobanın yuxarısındakı doldurucu aparata boşaldıqda, boş vaqonet doldurulmaq üçün aşağıda, bunkerin altında olur. Vaqonetlərin hərəkəti maili körpü altındakı bucurqad vasitəsilə təmin edilir.

Xam materialların sobaya doldurulması prosesi, materialın çəki bunkerlərindən vaqonetlərə yüklənməsindən başlayaraq bütünlüklə avtomatlaşdırılmış olur.

Mövzu 7. Domna sobası, təyinatı və quruluşu.

Domna sobası, təyinatı və quruluşu. Domna sobasının köməkçi qurğuları, onların təyinatı və quruluşu. Domna sobasının işə salınması, iş dövrü və ya dayandırılması . Domna sobasına qulluq etmə işləri . Domna prosesi. Domna sobasında baş verən fiziki-kimyəvi proseslər barədə anlayış. Domna istehsalının məhsulları: çuqunlar, donma qazı və posa.

Domna sobası şaquli və xeyli hündür silindirik formalı şaxta tipli qurğudur, vəzifə və quruluşuna görə beş əsas hissəyə bölünür. Sobanın ən yuxarı hissəsi koloşnik adlanır. Bu hissədə şixtəni boşaltmaq üçün doldurucu aparat və domna qazının xaric olunması üçün borular vardır. Koloşnikdən aşağıdakı konusvari, ən böyük hündürlüyə malik olan hissə şaxta adlanır ki, bunun da quruluşu, yəni aşağıya getdikcə en kəsiyinin böyüməsi, şixtəni asan hərəkət etməsini təmin edir. Ən böyük en kəsiyə malik olan hissəsi silindirik hissə və ya buğluq adlanır. Bu hissənin silindirik quruluşu şixtənin bərabər yayılmasına kömək edir. Aşağı gəldikcə daralan konusvari hissəni – çiyin hissəsinin quruluşu həcmini əriyən zaman kiçildən şixtənin müntəzəm hərəkətini təmin edir. Nəhayət, sobanın kürə hissəsi adlanan ən aşağı silindirik hissəsində yuxarıda qızdırılmış havanı üfürmək üçün, bütün çevrə boyu yerləşən furma deşikləri , ondan bir az aşağıda posa buraxıcı deşik ,leşad adlanan döşəmə səviyyəsində çuqun buraxıcı deşiyi vardır.

Soba gövdəsinin xarici qabığı iş şəraitindən asılı olaraq, bütün boyu üzrə müxtəlif qalınlıqda polad təbəqələrdən hazırlanır. Kürə və çiyin hissələrinin gövdəsi 28-43 mm qalınlıqda polad təbəqələrdən hazırlanır və zireh adlanır. Şaxta və koloşnik hissələrinin metal gövdəsi xüsusi dayaq həlqə vasitəsilə metal sütunlar və ya karkas üzərində dayanır. Şaxtanın yuxarı hissəsi tökülən şixtənin zərbəsindən dağılmamaq üçün içəridən polad və ya çuqun seqmentlərlə əhatə edilmişdir. Koksla işləyən domna sobası daxildən odadavamlı şamot kərpiclə, ağac kömürü ilə işləyən sobalar isə dinas kərpici ilə hörülmüş olur. Domna sobasında döşəmə hörgüsünün qalınlığı 2000-4000 mm, kürəninki 1000-1200 mm, çiyinin hörgüsü xeyli nazik- 690 mm- ə qədər və şaxta hissəsi hörgüsünün qalınlığı 1000-1200 mm olur.Sobanın gövdəsini yüksək temperatur təsirindən qorumaq üçün o bütün boyu uzunu su ilə soyudulur. Kürə və çiyin hissəsində soyutma daha şiddətli gedir. Soyuducu su divar örtüyü arasında yerləşdirilmiş və daxilində kiçik borucuqları olan çuqun plitələrın arasından dövr edir.Domna sobalarının faydalı hündürlüyü – koksla işləyən sobalar üçün 35 m- ə, ağac kömürü ilə işləyən sobalar üçün 20 m- ə çatır.Bütün köməkçi qurğuları ilə birlikdə, yüklənmiş domna sobaları çox ağır (20000 tona qədər) olur ki, bu da nəhəng dəmir – beton özülü üzərində dayanır.

Domna sobalarının köməkçi avadanlığı. Doldurucu aparat. Bütün domna sobalarının yuxarısında doldurucu aparat yerləşir. Bu aparat vasitəsilə soba fasiləli olaraq şixtə materialları ilə en kəsiyi üzrə bərabər paylamaq şərtilə doldurulur. Doldurucu cihaz atmosfer havasının sobaya və soba qazının atmosferə keçməsinə yol verməməlidir. Havaqızdırıcılar. Yanacağın yanması üçün zəruri olan havanı ( oksigeni ) yanma kamerinə soyuq halda verdikdə yüksək temperatur yaratmaq üçün yanacağın miqdarını artırmaq lazım gəlir. Bu isə yanma məhsulları miqdarının artmasına və sobanın yuxarı hissəsində temperaturun yüksəlməsinə səbəb olur. Odur ki, yanacağın sərfini azaltmaq və sobanın yalnız kürə və çiyin hissəsində temperaturu artırmaq məqsədilə kürəyə üfürülən hava qabaqcadan 500-8500C qızdırılır. Havanın xüsusi havaqızdırıcılarda qızdırılması domna (koloşnik) qazının yandırılması hesabına təmin edilir.




Yüklə 283,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin