Konstruksiya materiallarinin texnologiyasi fənnindən MÜhaziRƏLƏR



Yüklə 283,22 Kb.
səhifə3/14
tarix02.01.2022
ölçüsü283,22 Kb.
#42752
1   2   3   4   5   6   7   8   9   ...   14
konstruksiya-mühazirələr (3)

Odadavamlılıq – odadavamlı materialın yüksək temperaturda əriməmək xassəsinə deyilir.

  • Termiki davamlılıq – odadavamlı materialın kəskin temperatur dəyişmələrində dağılmasına qarşı göstərilən müqavimətə deyilir.

  • Mexaniki möhkəmlik – odadavamlı materialların yüksək temperaturda mexaniki xassələrini qoruması ilə xarakterizə edilir.

  • Kimyəvi davamlılıq – odadavamlı materialın yüksək temperatur şəraitində maye metal, posa (şlak) və soba qazlarının kimyəvi təsirinə müqavimət göstərmək qabiliyyətinə deyilir.

  • Həcmi sabitliyi sabit saxlaması xassəsi – temperatur dəyişmələrində həcmin dəyişməsinə müqavimət göstərmək qabiliyyəti ilə xarakterizə olunur. Bu, odadavamlı materialın kimyəvi təbiətindən, onun fiziki-kimyəvi xassələrindən asılıdır.Metallurgiyada tətbiq olunan odadavamlı materiallar ovuntu, kərpic və ya fasonlu hissələr şəklində olur. Bunlardan ən çox tətbiq olunanı kərpicdir.

    Koks və antrasitdən yanacaq kimi istifadə etdikdə əsas flüs tətbiq edilir. Ağac kömürü ilə işlədikdə, külün və kükürdün miqdarı az olduğundan əsas flüs az sərf edilir. Boş dağ süxurları CaO, MgO və gillitorpaq tərkibcə Al2O3 –dən ibarət olduqda turş xassəli flüs tələb edilir ki, bunu da təkrar ediləcək silisiumlu qaynaq posası əvəz edir. Əridilən çuqunun hər tonu üçün sərf edilən flüsün miqdarı filizin tərkibindən, yanacağın növündən və bunları əritmək üçün hazırlanma dərəcəsindən asılı olaraq 0,2-0,5 tona çatır.
    Mövzu 6. Domna sobalarında çuqun istehsalı zamanı tətbiq edilən materiallar.

    Domna sobalarında çuqun istehsalı zamanı tətbiq edilən materiallar və onların əridilmək üçün hazırlanması. Domna sobalarının yüklənməsi.



    Hər bir filizin istehsalat üçün yararlılığı dərəcəsi onun tərkibindəki dəmirin və qeyri – metal qatışıqlarının miqdarı ilə müəyyən edilir, tərkibində dəmirin miqdarı çox, aşqarların, xüsusən fosfor, kükürd kimi zərərli aşqarların miqdarı az olmalıdır. Bundan başqa filizin çıxarılma və nəqliyyat xərcləri,yanacaqla təmin olunma imkanı,ucuz yanacaq mənbəyinə yaxın olması və s. nəzərə alınır.İstehsal edilməsinin əlverişli olması üçün zəruri olan bütün bu şərtləri təbii filiz qazıntıları ödəmədiklərindən, bütün filizlər ilk hazırlıq prosesindən keçirilir ki, bunlar da domnanın məhsuldarlığının xeyli artmasını, yanacaq və s.materialların sərfinin azalmasını təmin etmiş olur. Əsas hazırlıq prosesləri aşağıdakılardan ibarətdir: xırdalatma, növlərə ayırma, yuma, elektromaqnitlə zənginləşdirmə, yandırma və aqlomerasiya.

    Xırdalama – domna sobalarına verilən filiz parçaları müəyyən ölçüdə olmalıdır. Çünki böyük ölçülü filiz parçalarının tərkib hissələrinə ayrılması çox yavaş gedir və çox vaxt parçalanmamış halda sobanın kürəsinə qədər gəlib çatır ki, bu da bütün prosesi xarablaşdırır. Eyni zamanda filizin çox xırda toz şəklində verilməsi, bütün soba boyu qazın keçməsinə mane olur, koloşnik tozu şəklində sobadan kənar olmaqla yanacağın da sərfini artırır, sobanın məhsuldarlığını aşağı salır. Domna sobalarına veriləcək koks və iri parçalı filizlər konus şəkilli xırdalayıcı maşınlarda xırdalanır. Sobaya verilən filiz parçalarının ölçüsü 50-80 mm olmalıdır.


    Yüklə 283,22 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   14




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin