Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
LİV-52
®
tabletlər
LIV-52
®
Tərkibi
Təsiredici maddələr: Hər tabletin tərkibində toz şəklində 65 mq Capparis spinosa, 65 mq Cichorium
intybus, 33 mq Mandur bhasma, 32 mq Solanum nigrum, 32 mq Terminalia arjuna, 16mq Cassia
occidentalis, 16 mq Achillea millefolium, 16 mq Tamarix gallica vardır.
Təsiredici maddələrdən ibarət tərkib aşağıdakı dərman bitkilərindən alınan ekstraktın buxarı ilə
işlənmişdir: Eclipta alba, Phyllanthus amarus, Boerhaavia diffusa, Tinospora cordifolia, Raphanus sativus,
Emblica officinalis, Plumbago zeylanica, Embelia ribes, Terminalia chebula, Fumaria officinalis.
Köməkçi maddələr: maqnezium-stearat, mikrokristallik sellüloza,
natrium kroskarmelloza, kolloidal silisium
4-oksid.
Farmakoterapevtik qrupu
Bitki mənşəli preparat. Hepatoprotektor, ödqovucu dərman vasitəsi.
Farmakoloji xüsusiyyətləri
LİV-52 qaraciyərin strukturunu bərpa edərək funksional vəziyyətini yaxşılaşdırır, sağalmanı tezləşdirir və
infeksion hepatit zamanı qaraciyərin funksiyasının tez normallaşmasını təmin edir. Antioksidant təsirə
malik olduğuna görə LİV-52 hüceyrə membranlarının zədələnməsinin qarşısını alır. Sitoxrom P450-nin
səviyyəsini normallaşdırır. Asetaldehidin eliminasiyasını təmin edir, bununla da qaraciyəri alkoqolun təsiri
nəticəsində baş verən zədələnmələrdən qoruyur. Preparat lipotrop aktivliyi azaldır və xroniki alkoqolizm
zamanı qaraciyərin piy infiltrasiyanın qarşısını alır. Hər gün profilaktik məqsədlə istifadə zamanı preparat
iştahanı artırır və həzmi yaxşılaşdırır ki, bu da bədən kütləsinin artmasına səbəb olur.
İstifadəsinə göstərişlər
1. Müalicə və profilaktika məqsədi ilə:
- virus hepatiti;
- qaraciyərin alkoqol xəstəlikləri;
- preserrotik və başlanğıc mərhələlərdə serrotik hallar;
- zülal çatışmazlığı;
- iştahanın olmaması;
- kimyəvi və şüa mənşəli qaraciyər zədələnmələri.
2. Hepatotoksik preparatların istifadəsi zamanı.
3. Uzunmüddətli xəstəliklər zamanı və sağalma dövrünün bazis müalicəsində işlənilən maddə kimi.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Birgə istifadə zamanı:
Qanda ibuprofenin səviyyəsini azaldır;
Tetrasiklinin və doksisiklinin mənimsənilməsini azaldır.
Xüsusi göstərişlər
Yoxdur.
İstifadə qaydası və dozası
Vərəm əleyhinə müalicə:
gündə 2 dəfə 2 tablet daxilə qəbul olunur (vərəm əleyhinə preparatlarla birlikdə).
Kəskin virus hepatiti:
uşaqlarda: gündə 3 dəfə 1 tablet,
böyüklərdə: gündə 3 dəfə 2 tablet.
Sirroz:
6-12 ay müddətində, gündə 3 dəfə 2 tablet.
Xroniki hepatit:
6 ay müddətində, gündə 3 dəfə 2 tablet.
Qaraciyərin xroniki alkoqolizmi:
1 ay müddətində, gündə 3 dəfə 2 tablet, sonra 6-12
ay müddətində, gündə 3 dəfə 1 tablet.
Anoreksiya və kütlənin azalması zamanı:
uşaqlarda: gündə 3 dəfə 1 tablet.
böyüklərdə: gündə 3 dəfə 2 tablet.
Gündəlik profilaktik məqsədlə:
gündə 2 dəfə 2 tablet.
Əlavə təsirləri
Aşkar olunmayıb.
Buraxılış forması
100 tablet germetik flakonlarda. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
+25ºC-dək temperaturda, işıqdan qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Rеsеpt əsasında.
«The Himalaya Drug Company» -
firması tərəfindən istehsal olunur.
Makali, Bangalore 562 123, Hindistan
www.himalayahealthcare.com
® - qeydiyyata alınmış ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com