UĞURLU FƏALİYYƏT KODEKSİ
1. Direktorlar şurası
1.1. Şura iclasları müntəzəm keçirməlidir, korporasiyanın fəaliyyəti və menecmentin işi üzərində tam və səmərəli nəzarəti həyata keçirməlidir.
1.2. Korporasiyanın idarəetmə orqanlarında məsuliyyət və səlahiyyət dairələrinin hamı tərəfindən aydın anlanılan və qəbul olunan bölgüsü mövcud olmalıdır. Bu hakimiyyət funksiyalarının tarazlığını təmin edər, həmçinin qeyri-məhdud hakimiyyətin bir əldə cəmləşməsinin qarşısını alar. Şuranın sədri vəzifəsini baş müdirin icra etdiyi şirkətlərdə tərkibində tanınmış nüfuzlu direktor olan güclü müstəqil elementin şuranın tərkibində olması vacibdir.
1.3. Şuranın tərkibinə əhəmiyyətli nüfuza malik və şuranın qərarlarına təsir göstərməyə qadir olan kifayət sayda müstəqil direktor daxil olmalıdır.
1.4. Şura onun səlahiyyətinə daxil olan və məqsədi şirkətin etibarlı idarə və şirkətin fəaliyyəti üzərində nəzarətin təmin edilməsi olan məsələlərin siyahısını işləyib hazırlamalıdır.
1.5. Direktorların öz vəzifələrini icra etməsi üçün müəyyən qaydalar təsdiq olunmalıdır. Onlar, lazım gəldikdə, şirkətin hesabına müstəqil peşəkar mütəxəssisləri bu işə cəlb edirlər.
1.6. Direktorların hamısı şuraya hesabatlı olan şirkət katibliyinin xidmətlərindən istifadə etmək hüququna malik olmalıdır. Katibliyin vəzifəsi müəyyən edilmiş prosedurların, qaydaların və normaların icrasının təmin olunmasıdır. Şirkətin katibinin azad olunması məsələsi ümumiyyətlə şuranın səlahiyyətindədir.
2. Müstəqil direktorlar
2.1. Müstəqil direktorlar əsas vəzifələrə təyinatlar da daxil olmaqla ehtiyatlar, şirkətin strategiyası, işi məsələləri üzrə, həmçinin şirkətdə qüvvədə olan norma və qaydalar üzrə müstəqil rəyi tərtib etməlidirlər.
2.2. Əksəriyyət menecerlərdən asılı olmamalıdır və şura üzvlərinin öz müstəqil rəylərini söyləməyə mane ola biləcək hər hansı işgüzar və maddi əlaqələrdən (onların əməyinin mükafatlandırılması və səhmlərə sahiblikləri istisna olmaqla) azad olmalıdır. Direktorların mükafatlandırılması onların şirkətin işinə sərf etdikləri vaxtın həcmindən asılı olaraq təyin edilməlidir.
2.3. Müstəqil direktorlar müəyyən müddətə təyin olunurlar və onların yenidən təyin olunması avtomatik baş verə bilməz.
2.4. Müstəqil direktorun təyinatı rəsmi prosesin nəticəsidir. Bu təyinat və prosesin özü şuranın səlahiyyətinə daxildir.
Dostları ilə paylaş: |