Korrupsiyaya qarşı mübarizə haqqında



Yüklə 256,66 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix27.01.2023
ölçüsü256,66 Kb.
#81271
1   2   3   4   5   6   7   8
corruption

məsuliyyəti 
10.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş 
qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. 
10.2.Vəzifəli şəxs tərəfindən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş 
hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti 
yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının 
müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir. 
10.3.Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri 
bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir. 
10.4.Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların 
törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, aşağıdakı xüsusi hallara 
riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam məsuliyyətinə 
səbəb olur: 
10.4.1.
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən 
olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində 
göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu 


barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanlarına məlumat verir. 
10.4.2.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 
yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində 
göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu 
barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu 
barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi 
hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir. 
10.4.3.Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə 
namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər bu Qanunun 9-
cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, onlar barəsində Azərbaycan 
Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülür. 
10.4.4. 
Hakimlər bu qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları 
törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi 
məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verir.
M a d d ə 1 1 . Korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin 

Yüklə 256,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin