9.2.3.vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə
əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması
müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət
əldə etmək məqsədilə istifadə edilməsi;
9.2.4.vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə
əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya
bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə
(tarifə) əldə edilməsi;
9.2.5.vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar
əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi;
9.2.6.müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir
göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla
maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və
ya verilməsi;
9.2.7.müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir
göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin,
imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin,
imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi.
9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri
korrupsiyaya şərait yaradan
hüquqpozmalar sayılır:
9.3.1.xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və
yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü
ilə məşğul olmaq;
9.3.2.statusundan, təmsil etdiyi orqanın
(qurumun) statusundan, vəzifə
səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən
irəli gələn imkanlardan
istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi
məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də
subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında
qanunsuz kömək etmək;
9.3.3.bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq
fəaliyyəti istisna
olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və
maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq;
9.3.4.statusundan, təmsil etdiyi orqanın
(qurumun) statusundan, vəzifə
səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan
istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan
məsələlər üzrə digər dövlət
orqanlarının
, yerli özünüidarəetmə orqanlarının və ya qurumların fəaliyyətinə qanunsuz
müdaxilə etmək;
9.3.5.statusundan, təmsil etdiyi orqanın
(qurumun) statusundan, vəzifə
səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan
istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək;
9.3.6.normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və
ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək;
9.3.7.vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona hesabat
verən orqanların
(qurumların) işi üzrə fiziki və ya hüquqi
şəxslərin nümayəndəsi
qismində iştirak etmək;
9.3.8.qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş
məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə
məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş
məlumatlar vermək;
9.3.9. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan
məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək;
9.3.10.dövlət
orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların maddi və
maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin, siyasi
partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki
fonduna vermək;
9.3.11.qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət fondlarına,
dövlət orqanlarının
, yerli özünüidarəetmə orqanlarının və ya qurumların təsərrüfat
subyektlərinə məxsus olan maddi və maliyyə ehtiyatlarını qeyri-dövlət strukturlarına
vermək;
9.3.12.fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata
keçirilməsində süni maneələr yaratmaq;
9.3.13.sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı
səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq
vermək.
9.4. Bu Qanunda nəzərdə tutulan hallardan başqa, vəzifəli şəxslərin fəaliyyətini
tənzimləyən və ya statusunu müəyyən edən qanunvericilik aktlarında korrupsiya ilə
əlaqədar digər hüquqpozmalar müəyyən edilə bilər.
M a d d ə 1 0 .
Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin
Dostları ilə paylaş: