İstifadə edilmiş ədəbiyyata yenidən baxış: Zeenab Aneez-ə görə, şəxsi avtomobillər istismar müddətlərinin 96%-ni dayanacaqlarda hərəkətsiz halda keçirir. Şəhər nəqliyyatının planlaşdırılması üçün nəzərdə tutulan əsas məsələlər nəqliyyat sıxlığı və yolun infrastrukturunun keyfiyyətidir. Getdikcə daha çox insan iş axtarmaq və ya daha yüksək həyat standartları səbəbindən şəhər ərazilərinə axın edir ki, bu da tıxacların yaranması və dayanacaqda boş yerlərərin tapılması kimi problemlərə gətirib çıxarır. Sadalanan problemlər eynilə Kotada da özünü göstərir.
Cədvəl 1: Aparılan sorğulara əsasən qəzaya meyilli ərazilər (polis bölməsi baxımından)
Ərazi
|
Qəzaların sayı
|
Railway Colony
|
6
|
Nayapura
|
22
|
Kunahadi
|
10
|
Dadabari
|
9
|
Kishorepura
|
22
|
Kethunipole
|
5
|
Jawahar Nagar
|
9
|
Mahaveer Nagar
|
18
|
Ram Krishna Puram
|
2
|
Gumanpura
|
7
|
Borkheda
|
2
|
Vigyan Nagar
|
8
|
Anantpura
|
7
|
Mənbə: Yol Polisi Departamenti, Kota (Raj.).
Cədvəl 2: İllər üzrə nəqliyyat vasitələrinin qeydiyyatı
S.№
|
Nəqliyyat növləri
|
|
Cəmi qeydiyyatda olan nəqliyyat vasitəsi
|
|
|
2003-04
|
2004-05
|
2005-06
|
2006-07
|
2007-08
|
2008-09
|
2009-10
|
2010-11
|
2011-12
|
2012-13
|
2013-14
|
|
1
|
2 təkərli maşın
|
17219
|
21616
|
20124
|
11525
|
24415
|
26449
|
25114
|
26082
|
31288
|
33272
|
40368
|
278192
|
2
|
Avtomobil/Cip
|
1579
|
1978
|
2286
|
934
|
2729
|
3467
|
4537
|
4661
|
4960
|
5441
|
4979
|
37551
|
3
|
Traktor
|
521
|
636
|
528
|
343
|
995
|
1498
|
523
|
637
|
1008
|
1192
|
1224
|
9045
|
4
|
Tralor
|
115
|
51
|
98
|
95
|
137
|
70
|
30
|
0
|
0
|
0
|
0
|
596
|
5
|
Avto Rikşa
|
262
|
210
|
33
|
99
|
362
|
310
|
430
|
837
|
802
|
369
|
558
|
4272
|
6
|
Avtobus/Mini avt.
|
81
|
48
|
36
|
21
|
61
|
88
|
77
|
47
|
151
|
288
|
175
|
1073
|
7
|
Taksi
|
72
|
122
|
65
|
70
|
66
|
100
|
187
|
194
|
288
|
569
|
324
|
2057
|
8
|
3 təkərli maşın
|
117
|
0
|
0
|
0
|
40
|
61
|
167
|
219
|
202
|
176
|
163
|
1145
|
9
|
Yük maşını
|
462
|
818
|
728
|
455
|
681
|
629
|
402
|
519
|
802
|
950
|
763
|
7209
|
10
|
Kran və digər vas.
|
1
|
34
|
0
|
14
|
37
|
57
|
129
|
73
|
134
|
192
|
131
|
802
|
11
|
Özəl vasitə
|
0
|
0
|
0
|
0
|
0
|
1
|
0
|
0
|
0
|
0
|
0
|
1
|
12
|
İctimai vasitə
|
40
|
189
|
204
|
136
|
69
|
52
|
94
|
34
|
0
|
0
|
0
|
818
|
|
Cəmi
|
20469
|
25702
|
24102
|
13692
|
29532
|
32782
|
31690
|
34023
|
39635
|
42449
|
48685
|
342761
|
Mənbə: RTO OFİS Kota
Şəxsi avtomobillərdən istifadənin ictimai nəqliyyatla əvəz edilməsi, yol kənarlarında avtomobillərin saxlanılması halında cərimələrin tətbiqi və s. bu kimi islahatlar nəqliyyat sisteminin səmərəli təşkilində vacib rol oynayır. Michael Manville və Donald Shoup-un fikrincə, parkinq yerləri onlara olan tələbatın ən yüksək olduğu ərazilərdən başqa hər yerdə mövcuddur. Avtomobillərin parkinq yerlərində saxlanılması sürücülərin bir sıra istismar xərclərindən də can qutarmalarına yardımçı olur ki, bu da avtopark kompleksleri ilə yanaşı yol infrasrukturunun da yaxşılaşdırılmasına olan tələbatı artırır.
Avtoparklara ayrılan torpaq sahəsinin ümumi miqdarı da prosesin gedişatına təsir edən amillərdəndir. Ayrılan torpaq sahəsinin böyüklüyünə görə ən yaxşı nümunə kimi Los-Angels şəhərini göstərə bilərik. Los-Angels şəhərində nəinki şəhər mərkəzində həmçinin şəhərdən kənar ərazilərdə də avtodayanacaqların quraşdırılmasına xüsusi diqqət ayrılmışdır. Belə ki, şəhərin üçdə iki hissəsi başqa sözlə desək şəhər torpaqlarının 62%-ə qədəri parkinq yeri olaraq istismar edilir. Bizim üçün parkinq yerinə nə qədər torpaq sahəsinin ayrılmalı olduğunu araşdırmaq çətindir.Buna görə də biz ABŞ təcrübəsinə müraciət edərək məsələnin həllini asanlaşdıra bilərik. ABŞ təcrübəsində avtoparklar üçün istifadə olunacaq torpaqların qrafik analizini təklif edilir. Bu istiqamətdə ilk öncə parkinq yerlərinə olan tələbata əsasən ərazilər sıralanır və yalnız bundan sonra islahatlar aparılır.
Abhijit Banerjee (ekonomist) apardığı tədqiqatlarla göstərdi ki, avtoparklarda aparılan təxniki və yenidənqurma tədbirləri boş yerlərin müəyyənləşdirilməsində müstəsna rol oynayacaqdır. Bu istiqamətdə təklif edilən innovasiyalarda kifayət qədər sadə dizaynlardan istifadə, sistemin istifadə hüdudlarını da artırmış olacaqdır.
Bölgədə problemin həlli üzrə təklif edilən ən son innovasiya isə WSN (Wireless Sensor Network) əsaslı avtoparklara keçiddir. “Wireless Sensor Network” innovasiyası avtoparklarda boş yerlərin məüəyyən edilməsi ilə yanaşı təhlükəsizliklə bağlı yarana biləcək problemlərin də həllinə yol açır.
Hitesh J.Lad və Dr.Vibhuti J.Joshi avtoparkları modernləşdirəcək, uzunmüddətli prespektivlər yaradacaq iki quraşdırıla bilən sistem irəli sürmüşdür. Bunlar: “RC-5” və “CAN Bus” protokollarıdır. Qeyd edilən sistemlərin hər ikisi həm kəmiyyət həm də keyfiyyət baxımından səmərəlidir. Sistem həmçinin maneələr, dönmə siqnalı, veb-kamera və s. kimi xidmətləri əhatə edən çoxmərtəbəli parkinq məntəqələrini idarə etmək üçün əlverişli həlldir. Təklif edilən hər iki sistem (RC-5 (İR) və CAN Bus) mərkəzi idarəetmə ilə park sahəsi arasında məlumat mübadiləsində həlledici rol oynayaraq, boş yerlərin müəyyənləşdirilməsi, mübadilə bazasının idarə edilməsi, hərəkət trayektoriyalarının təyin edilməsi və s. bu kimi problemlərin həllinə imkan yaradır.
Zsolt Peter Sandor və Csaba Csiszar isə yük avtomobillərinin parkinq edilməsi ilə bağlı məsələləri aktuallaşdıraraq, yük maşınları üçün parkinq yerlərinin onlayn rezervasiyası və GPS sistemlərinin təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi əhəmiyyətini vurğulamışlar. Yalnız bu yolla parkinq obyektlərinin tutumundan maksimum istifadə etmək mümkündür.
Real vaxtda nəqliyyat axının intensivliyində baş verən deyişiklər gələcəkdə avtoparklarla bağlı tələblərimizə birbaşa təsir edəcəkdir. Bu məqsədlə sürücülərə iş saatları, faktiki yol şəraiti və şəxsi üstünlükləri də nəzərə alınaraq fərdi marşrut planı təklif edilməlidir.
K.Mahmud, K.Goup, S.Mustafizur və R.Çoudhuri tıxacların yaranmasının mümkün səbəbləriniuyğun olaraq həll yollarını və onların DHA şəhərinin iqtisadiyyatına təsirini araşdırmışlar.
Müzakirə və nəticələr: Aparılan tədqiqatda Kota şəhərinin parkinq sistemi ilə əlaqədar yarana biləcək bütün problemlərin həlli şəhərin əhali, nəqliyyat vasitələrinin sayı, mövcud park yerləri, şəhərin həyat tərzi, şəhər iqtisadiyyatı və bu kimi məqamlar da nəzərə alınmaqla təhlil edilmiş və bu istiqamətdə təkliflər irəli sürülmüşdür. Nəqliyyat axınının intensivləşməsi və eyni zamanda şəxsi nəqliyyat vasitələrindən istifadənin artması ilə boş parkinq yerlərinə olan ehtiyac getdikcə artmaqdadır. Qeyd edilən problemlərinin həlli istiqamətində atılacaq ilk addımlardan biri şəxsi avtomobillərdən istifadənin ictimai nəqliyyat vasitələri ilə əvəz edilməsidir.
PARKİNQ SİSTEMİ İLƏ BAĞLI TƏKLİF EDİLƏN SİYASƏT PLANLARI:
Mərkəzləşdirilmiş Parkinq Siyasəti: Burada əsas məqsəd parkinqlə bağlı bütün xidmətlərin mərkəzləşdirilmiş vahid sistem altında birləşdirilməsidir.
Yol kənarlarının dayanacaq yeri kimi istifadəsinə qoyulan qadağa: Yol kənarlarından parkinq yeri kimi istifadə hallarına ən çox yaşayış komplekslerində rast gələnir. Bu problemin həlli ilə bağlı atılmalı olan ilk addım cərimələrin tətbiqi və kompleks ərəzisində avtopark sisteminin qurulmasıdır.
Parkinq idareətməsində müasir parkinq sistemlərinin tətbiqi: Bu, sürücülərə məlumat lövhələri və ya tətbiqləri vasitəilə ən yaxın parkinq yerini təyin etməyə kömək edir. Bundan əlavə ictimai nəqliyyatdan istifadəyə təşviqlə əlaqədar dayanacaqlarda və yaşayış komplekslərindən sərnişinlərə verilən subsidyaların artırılması.
Çoxfunksiyalı parkinq metodunun tətbiqi: Boş parkinq yerlərinə olan tələbin pik olduğu dövrlərdə: hər hansı dini və bayram tədbirlərinin keçirildiyi zamanlarda yaşayış komplekslərinin parkinq ərazilərinin ortaq istifadəyə verilməsi.
Servis avtobuslarının təşviqi: Seçilmiş hər hansı təyinat məntəqəsinə çatmaq üçün servis avtobuslarından istifadə.
“Green Parking System” konsepsiyası: Bu konsepsiyanın əsas məqsədi parkinq komplekslərində enerjiyə maksimum qənaəti təmin etməkdir. Bununla bağlı aparılan islahatlara ərazidə LED işiqlardan istifadə edilməsini misal göstərə bilərik. LED-lərdən istifadə il ərzində enerjiyə 80% qənaət edilməsinə gətirib çıxarmışdır. LED-lərin istismar müddətinin 3 ildən artıq olması da onun digər parkinq həlləri arasında qabaqcıl həllərdən biri edir.
Dayanacaq yerlərinin müqayisəsi: Torpaq, təsərrüfat və insan əməyi israfını göstərən az miqdarda böyük dayanacaqlar tikmək əvəzinə, çoxlu sayda kiçik dayanacaq yerlərinin tətbiqi daha səmərəlidir.
Dostları ilə paylaş: |