Perpendikulyar parkinq reimi: Bu növ parkinqdə avtomobillər kənarlara və ya divara perpendikulyar olmaqla bir-birinin yanında saxlanılır.Sürücülər bu növ parkinq rejimindən avtomobillərini yaşayış binalarının və ya mağazaların qarşısına parkinq edən zaman istifadə edirlər. Perpendikulyar dayanacaqların ölçüsü 5,5 x 2,7 m, sahəsi(kvadrat metrlə) isə 15.125 m2-dir ki, bu da yalnız bir avtomobil üçün tələb olunan yerdir.
Künc (və ya bucaqlı) parkinq rejimi:Bu növ parkinq rejimindən əsasən ümumi və ya başqa sözlə desək hər kəsə açıq dayanacaqlarda istifadə edilir. Künc parkinq rejimindən istifadə edilməsinın əsas səbəbi, digər rejimlərə nisbətən bu rejimdə avtomobillərin daha az yer tutmasıdır. Əslində bu rejimdə də perpendikulyar rejimdə olduğu kimi avtomobillər yanaşı, lakin səkiyə 60 dərəcə bucaq altında saxlanılır. Əsasən bu tip parkinq rejimindən otellərin və ya stadionların avtoparklarında istifadə edilir. Künc parkinqin ölçüsü 4,9 x 2,4. ümumi sahəsi isə kvadratmetrlə 11.76 m2-dir.
Beləliklə aparılan tədqiqatlardan belə nəticəyə gəlirik ki, künc parkinq rejimi digər rejimlər arasında ən səmərəlisidir. Çünki bu rejimdə saxlanılan avtomobillər daha az yer tuturlar. Bundan əlavə sözügedən parkinq rejimi avtoparkların olmaması ilə qarşılaşdığımız əksər yerlərdə istifadə oluna bilər.
NƏTİCƏ: Kota şəhərində davamlı inkişafın təmin edilməsində əsas diqqət ediləcək məqamlar avtomobillər üçün səmərəli dayanacaq yerinin seçilməsi, şəhər iqtisadiyyatının gücləndirilməsi və sağlam ekoloji mühitin təminidir. Qeyd edilən məqamların bir çox həll yolları mümkündür. Bu yolların bəziləri qısamüddətli planlar bəziləri isə uzunmüddətli planlar əsasında həll edilə bilər. Lakin biz uzunmüddətli plan əsasında işləməli və bu müddət ərzində qarşıya çıxan narahatlıq və maneələri aradan qaldırmalıyıq.Bu məqsədə çatmaqda bizə yolların, estakadaların, qovşaqların, piyadalar üçün nəzərdə tutulan obyektlərin və s. tikintisinə və inkişafına baxa biləcək orqan lazımdır. Səlahiyyətli orqan daxili, orta və xarici yolların baş planlarını hazırlamalıdır ki, bu da bizə mərkəzdə tıxacların və qəzaların azaldılmasına kömək edəcəkdir. Tıxacların azaldılması istiqamətində ediləcək islahatlardan biri də şəhər əhalisinin velosipedlərdən istifadəyə təşviq etməkdir. Bununla yanaşı, yol xəritələrinin, "Zebra" keçidlərinin, dayanacaqların, hərəkət istiqamətlərinin, yol nişanlarının və s. yaxşılaşdırılması da aparılacaq digər islahatlara daxildir.