YARANAN PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ YOLLARINA ŞƏHƏRİN RELYEF XÜSUSİYYƏTLƏRİ NƏZƏRƏ ALINMAQLA BAXIŞ KEÇİRİLMƏSİ 1. Bajariya bazarı (Dəmiryol vağzalının yaxınlığındakı bazar): Satıcıların piştaxtalarını yol kənarlarına qoyması.nəqliyyat axının intensivliyinə maneə törətməklə yanaşı, avtoparkların da fəaliyyətini məhdudlaşdırır.
Həll yolu: Bütün meyvə satıcıları Kota şəhəri rəhbərliyi tərəfindən hazırlanmış yeni “UIT” adlanan meyvə bazarına köçürülməlidir.
2. Nayapura: Bu yerdə iki məsələ prioritet təşkil edir. Birinci məsələ həm mağaza sahiblərin, həm də sərnişinlərin avtomobillərinin saxlanılması üçün parkinq yerlərinin olmaması, ikincisi, “NH12” və “NH76” magistral yollarının bu ərazidən keçməsi səbəbindən yarana biləcək qəzaların qarşısının alınması.
Həll yolu: Mağaza sahibləri və istehlakçılar üçün dayanacaq komplekslərinin tikilməsi, və kütləvi nəqliyyat vasitələri üçün müvafiq yerlərin müəyyənləşdirilməsi.
3. Rampura yaxınlığındakı Arya samaj yolu: Kota şəhərinin tarixi yerlərindən biri olmaqla yanaşı. istehlakçıların ən çox ziyarət etdiyi bazardır.Lakin bu ərazidə də yuxarıda araşdırılan yerlərlə oxşar probləmlər müşahidə edilir. Eyni digər yerlərdə olduğu kimi burda da əhali dayanacaq yeri çatışmazlığı səbəbindən avtomobillərini mağazaların qarşısında saxlayır..
Həll yolu: Avtomobil bazarı(Gaadi Khaana ) adlanan yerdə yaşayış komplekslərinin çoxluğu səbəbindən yaranan problemlərə əsasən bu tədqiqat işində ərəzinin xüsusiyyətləri nəzərə alınaraq uyğun avtopark sisteminin qurulması təklif olunmuşdur.
4. Gadhi Çouk(küçə bazarı): Qeyd edilən yerdə işgüzar fəaliyyətlərin çoxluğu. yolların dar olması və paralel olaraq avtopark çatışmazlığı səbəbindən nəqliyyat axının istensizliyi tez-tez dəyişir ki, bu da tıxacları qaçınılmaz edir.
Həll yolu: Mağaza sahibləri və müştərilərin şəxsi nəqliyyat vasitələrini saxlaması üçün avtoparklara olan ehtiyacın təmin edilməsi məqsədilə şəhərin Nagar Nigam bölgəsində yerləşən məktəbin yaxınlığında avtodayanacaq kompleksinin qurulması.