Kota şƏHƏRİNƏ İSTİnadən parkinqlə bağli problemləRİn araşdirilmasi və MÜMKÜn həLLƏRİn təKLİFİ



Yüklə 41,72 Kb.
səhifə3/7
tarix26.04.2023
ölçüsü41,72 Kb.
#102999
növüReferat
1   2   3   4   5   6   7
N4-Zehra

5. Çaar Xamba və Agrasen bazarları: Bu bazarlarda da Gadhi Çovk bazarı ilə oxşar vəziyyət yaşanır
Həll yolu: Artıq istifadə olunmayan Polis məntəqələrinin parkinq kompleksi olaraq yenidən istifadəyə verilməsi.


6. Köhnə tərəvəz bazarı (Sabzi Mandi): Agrasen və Gadhi Chouk bazarlarında müşahidə olunan problemlərin eynisi burada da var. Satıcıların piştaxtalarını yola yaxın yerlərədə qurması ilə əlaqədar avtomobil yolu xeyli darlaşmışdır.
Həll yolu: Bazarın yeni əraziyə köçürülməsi ilə həmin ərazidə avtomabil dayanacaqlarının qurulması.


7. Şirpura bazarı: Bazarın həddindən artıq sıx olması səbəbindən avtomobillər üçün yerin olmaması.
Həll yolu: Ərazi infrastrukturunun yaxşılaşdırılması ilə avtoparklar üçün yerlərin ayrılması.


8. Gumanpura bazarı: Kota şəhərinin əsas ərazisidir və demək olar ki, bütün brend salonlar burada yerləşir.
Həll yolu: Çoxfunksiyalı məktəb ərazisində parkinq üçün yer ayırmaq. Bu, Gumanpura bazarında parklanma və nəqliyyat axını problemini həll edəcəkdir.


9. Çawani (körpü altı): Bu yerdən çoxlu ictimai və şəxsi nəqliyyat vasitələri keçir ki, bu da tıxacların yaranmasına gətirib çıxarır.
Həll yolu: “LIC” binasının qarşısındakı hasarın çıxarılaraq yerində avtopark tikilməsi. “Flyover” keçidinin alt hissəsində nəqliyyat vasitələrinin park edilməsi müqabilində əhalidən ödəniş alınması.


10. Aerodrom dairəsi: nəqliyyat axının intensiv olduğu bu ərazidə mağaza sahibləri, sərnişinlər və digər nəqliyyat növləri üçün uyğun park yeri yoxdur ki, bu da tıxac vəziyyəti yaradır.
Həll yolu: hava limanının divarına söykənən parkinq sahəsinin qurulması.


11. Ticarət Kolleci Yolu (Maitri xəstəxanası yaxınlığında): Bu bir tərəfli yol bir çox özəl xəstəxanalarla əhatələnmişdir. Lakin bu ərazidə pasientlərin məruz qaldığı səs-küy və ətraf mühit çirklənməsi səbəbindən avtoparkların qurulması üçün uyğun yer yoxdur.
Həll yolu: Bu yerdəki parkinq problemini həll etmək məqsədilə Maitri və Sudha xəstəxanasının qarşısındakı kanalizasiya kanalları örtülə bilər.
Bu araşdırmada biz, şəhərin əsas ərazilərində effektiv parkinq problemi ilə bağlı fikirlərimizi təklif etdik.
Ötən il qəzaların sayının 62 –dən çox olduğu üç konkret yer var ki, həmin yerlər aşağıdakılardır:

    • Nayapura

    • Kişorepura

    • Mahaveer Nagar

Bu araşdırmada şəhərimizi nəqliyyat sıxlığından və kəskin dayanacaq çatışmazlığından azad etmək üçün bəzi həll yolları təklif edilmişdir. Təklif edilən həllər sürətli, daha səmərəli nəqliyyat rejimini təmin edəcək.



Yüklə 41,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin