Fiziki qüsurlu şəxslər üçün dayanacaqların təmin edilməsi: Fiziki qüsurlu şəxslər və ya əlillər üçün konkret obyektlər təyin edilərək onların parkinq zonasında rahat hərəkətinin təmin edilməsi.
Avtoparkda sayğaclarından istifadə: Avtoparkda sayğaclarından istifadə prioritet istifadəçilər üçün park yerlərinin dövriyyəsini optimallaşdırmağa kömək edəcəkdir.
Yükləmə-boşaltma zonaları:Yüklənmiş zonalar adətən 30 dəqiqəlik vaxt məhdudiyyətinə malikdir. Yükləmə-boşaltma məntəqələri sürətli çatdırılma tələb edən iş və ya kommersiyalaşdırma səbəbindən çox yüklənirlər.
Parkinq yerlərində günəş enerjisi ilə işləyən sayğacların tətbiqi: Parkinq yerlərində günəş enerjisi ilə işləyən sayğacların tətbiqi həm enerijiyə qənaət həm də parkinq yeri dövriyyəsinin optimallaşdırılması üçün vacibdir. Bu növ sayğaclardan istifadə həm də nəqliyyatın intellektual idarə edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sayğaclara tətbiq edilən ən son texnoloji innovasiyalar onlara başqa funksiyaları da yerinə yetirmək imkan yaradır. Parkinq ödənişləri əsasən xırda pullarla nəğd çəkildə və ya kartla həyata keçirilə bilər.
Dövri qiymətləndirmə:Parkinq yerləri ilə bağlı qərarların hər il yenidən gözdən keçirilməsi. Bu proses əsasən nəqliyyat, polis və ictimai işlər daxil olmaqla bütün şəhər şöbələri arasında parkinq tətbiqetmə fəaliyyətlərini əlaqələndirməyə kömək edir.
Çoxsəviyyəli (hidravlik) parkinq sistemi: Çoxsəviyyəli hidravlik parkinq sistemi yerdən optimal istifadə, aşağı texniki xidmət və istismar xərcləri, ekoloji cəhətdən təmiz, sürücülər üçün rahatlıq kimi bir sıra üstün xidmətlər təqdim edir.
Fərqli parkinq rejimləri: Nəqliyyat vasitəsinin avtoparkda yerləşdirilmə pozisyasına əsaslanan 3 rejimi vardır: Paralel, perpendikulyar və künc(və ya bucaqlı) parkinqi.
Paralel parkinq rejimi: Paralel parkinq rejimində boş yerə daxil olmaq çox çətindir. Bu vəziyyətdə nəqliyyat vasitələri bir nəqliyyat vasitəsinin ön hissəsi digər nəqliyyat vasitəsinin arxa tərəfinə baxacaq şəkildə bir xətt üzrə yerləşdirilir. Paralel parkinqin ölçüsü 2,4 x 6,1 m, ümumi sahəsi(kvadrat metrlə) isə14,85 m2-dir. Verilən bu ölçülər yalnız bir avtomobil üçün tələb olunur.