Krzysztof Kieślowski (Kənan İsaxanlı)


Siz hansını seçərdiniz? Şair, roman yazarı



Yüklə 388,35 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix24.04.2017
ölçüsü388,35 Kb.
#15623
1   2   3   4

Siz hansını seçərdiniz? Şair, roman yazarı, 

ssenarist, aktyor, tənqidçi, yoxsa rejissor?

Pasportumda “Yazıçı” deyə göstərilir.



Belə bir sirrdən, “Sodomun 120 günü”dən 

niyə hər yerdə danışdınız?

Bütün əsərlər sirrli başlamalıdır. Salo`nu digər 

filmlərimdən daha çox müdafiə edirəm, çünki 

onda yaxın, qəfləti təhlüklələr var.



18

F İ L M   F İ C T İ O N



Qəfləti  təhlükələr  deməklə  nəyi  nəzərdə 

tutursunuz?

Skandal  yaratmaqdan  qaçınan  molaristin 

hücumunu.

Müharibə  ərəfəsində  İtaliyada  qurulmuş 

bir  cümhuriyyət  modeli  yaratdınız.  Salo 

Fransada işğal vaxtındakı Vichy rejimini bir 

az xatırlatmırmı?

Bəli, şübhəsiz Vichy ilə eynidir.



Bu yer təxminən haradadır?

İtaliyanın şimalında, paytaxtı Salodur. Filmin adı 

da buradan gəlir.

Bəs bunu kim yaradıb?

Səhv etmirəmsə, Mussolini.



Geriləmə  dövründə  olduğunumu  demək 

istəyirsiniz?

Böyük Qərb Kapitalizmi Dövründəki geriləmə 

yox, Hitlerin vaxtlarındakı geriləmə.

Filmdə  yüzlərlə  gənc  oğlan  və  qızların 

qorxunc və şiddətli rəftarlara məruz qaldığını, 

hərəkətlərə və işgəncələrə göz yumduğunu 

bilirik. Bu gəncləri necə bir yerə yığa bildiniz?

Bunu edərkən Markiz De Sadın sehrli rəqəmlərini 

izlədim,  4  rəqəmi  kimi...  Qurbanlar  cəmi  20 

nəfər olardı, yüz deyil. Onları seçərkən digər 

filmlərimdə  etdiklərimi  təkrarladım.  Yüzlərlə 

insanla tanış oldum və sadəcə uyğun olanları 

seçdim. 

Bunlar mazoxist aktyorlardırmı?

Seçmişəmsə, demək, hər biri mazoxistdir.



1 noyabr 1975-ci il... Pier Paolo Pasolinin 

ölümündən bir neçə saat öncə Salo haqqında 

dedikləri:

Circeo cinayətindən öncə Sal Cümhuriyyəti 

haqqnda film çəkdiniz...

Bəli,  görmək  üçün  səbirsizlənirəm.  Filmimi 

əvvəl  ola  biləcəyi  qədər  qorxunc  bir  hiss, 

sonra  isə  düşündüyümüz  faktların  sakitliyi 

və  harmoniyası  olaraq  düşünmüşdüm.  Hələ 

də  üzərində  işləyirəm.  Kino  bir  az  da  texniki 

işdir, səhnə səhnə, plan plan. Bu film adamı 

müəyyən məqamlarda düşündürür. Hələ montaj 

mərhələsindəyik. Nəticə həmçinin mənim etdiyim 

və istədiyim kimidir. Amma ilk dəfə baxmadan 

öncə bir neçə məqam da var. Narahatam və 

qorxuram. 



2 Noyabr 1975-ci il... Pier Paolo Pasolinin 

döyülmüş cəsədi Romadan kənarda, Ostia 

adlı bir yerdə, tərk edilmiş ərazidə tapıldı...

19

F İ L M   F İ C T İ O N



Əgər  

alkoqol 

danışa 

bilsəydi, o 

da insan 

haqqında 

çox şey 

deyə 

bilərdi.

(A. Hiçkok)

20

F İ L M   F İ C T İ O N

Müasir  müəlliflərin  filmlərində 

alkoqol təkcə stressi yatırmaq 

üçün deyil, eləcə də qəhrəmanın 

daxili  aləminin  açılmasına 

yönəlik  priyomdur.  A.Hiçkok 

demişkən, “Əgər alkoqol danışa 

bilsəydi, o da insan haqqında 

çox şey deyə bilərdi”. İntuitiv və 

emprik olaraq tez-tez rejissor-

lar bu mövzuya əl atır. Alkoqol 

(burda istənilən növ spirtli içki 

nəzərdə tutulur) süjetə daxili və 

xarici təzahür kimi də gələ bilər.   

Xon  Sonsu  özünün  sonuncu, 

“Onun  gəldiyi  gün”  filmində 

ənənəvi iaşə məntəqəsini təsvir 

edir. Burada hər dəfə süzülən 

içki  qəhrəmanların  müxtəlif 

vəziyyətilərini  əks  etdirir, 

qəhrəmanlar  günün  istənilən 

vaxtı içir, əhvallarının yaxşı və ya 

pis olmasından asılı olmayaraq, 

filmin  interpretasiyasına 

inansaq, içki ən yaxşı dostu əvəz 

edir. Rejissor bizi inandırmağa 

çalışır ki, içki ilə dünya cəhaləti 

və  sevincini  yaşamaq  olar. 

Koreyalı  rejissor  bəlkə  də 

Dekartın məşhur maksimasını 

özünəməxsus  şəkildə  bizə 

belə çatdırır: “İçirəmsə, demək 

yaşıyıram”  Aleksandr  Peynin 

“Yolkənarında”  içki,  unison 

təsir kimi qəhrəmanın ətrafında 

“hərəkət  edir”  Ailəsini  itirmiş 

yalqız  kişi  Kaliforniya  üzüm 

tarlalarında  özünə  iş  tapmaq 

üçün sərgərdan həyat keçirir. 

Aki Kaurismiyakinin “Havr” film-

inin qəhrəmanı Marsel Marks 

kalvadossuz  keçinə  bilmir. 

Rejissor filmin çəkilişləri zamanı 

hər 100 kadrdan sonra aktyor-

lara  bir  stəkan  alma  brendisi 

içməyə  icazə  verirmiş.  Onun 

filmlərində  içki  içmək  ətrafda 

baş verən prosesləri dərk etmək 

anlamına gəlir.

Alkoqol  mövzusu  haqqında 

danışarkən Otar İoselianini də 

qeyd  etmək  lazımdır.  Onun 

filmlərində qırmızı gürcü çaxırını 

tez-tex  görmək  mümkündür. 

Kinotənqidçi  Maykl  Siçinski 

Kaurismiyaki və İoseliani filmləri 

haqqında yazarkən qeyd edir ki, 

“Bu iki rejissor üçün içki “əsas 

mütənasiblik yaradan” amildir. 

Hər  bir  konflikt  kiçik  süfrə 

arxasında həll edilir.”       

İçki  haqqında  yəqin  ki,  ən 

maraqlı film “İtirilmiş həftsonu” 

hesab edilə bilər. Bu filmdə Billi 

Uayler, demək olar ki, alkoqolun 

həyatda  və  filmdə  tam  yerini 

göstərib.  Onun  traktovkasına 

görə, alkoqol bir çox bədbəxtlik 

və sevinclərin baiskarı ola bilər. 

İçki sevgili verə bilər, pul verə 

bilər, amma şöhrəti və hörməti 

alır.    

IN VİNO VERİTAS 

   

VƏ YA FİLMDƏ ŞƏRAB                                                                     



21

F İ L M   F İ C T İ O N

ALEJANDRO GONZALEZ

İNARRİTU


   

XƏYALİ MÜSAHİBƏ                                                                     



22

F İ L M   F İ C T İ O N

Onu tapmaq elə də asan olmadı. Bunu öncədən 

də bilirdik. Mexikoda axtarışlarımız ümidsizliklə 

sonuclandı.  Onu  tanıyanlar  Alexandronun 

Mexikoda  tapmağımızın  imkansız  olduğuna 

inandırdılar. Uzun çək-çevirdən sonra nəhayət 

ki, rejissorun yerini öyrənə bildik... Və içimizdə 

közərməkdə olan ümid qığılcımlarını yenidən 

alovlandırıb, rejissorun olma ehtimalı olan ölkəyə, 

İspaniyaya  gəldik.  İnarritunu  tapmağımızda 

bizə yardımçı, rejissorun sonuncu – “Biutiful” 

filminin qəhrəmanı olan aktyor, Xavier Bardem 

oldu. Nəhayət ki, rejissorla əlaqə saxlaya bildik. 

Azərbaycandan gəldiyimizi eşidəndə ilk sualı 

“Azərbaycanın hansı qitədə yerləşməsi” oldu. 

Avropa eşidəndə xeyli təəcübləndi. Və bir az 

tərəddüd sonrası nəhayət ki, bizimlə görüşməyə 

razı oldu. Məkan isə “Kafka” kafesi idi... İspaniya, 

İnarritu, Kafka kafesi və azərbaycanlı bizlər...



– Necəsiniz, cənab Alexandro?

– Cənab deməsəniz əla olaram (gülümsədi və 

anladıq ki, qarşımızdakı insan bizimlə səmimi 

söhbət etmək əhvalındadır)



– Azərbaycandan sizə salam gətirmişik.

–  Mənə  telefonda  azərbaycanlı  olduğunuzu 

deyəndə, doğrusu, təəcübləndim. Çünki həmin 

ana qədər belə bir dövlətin mövcudluğundan 

xəbərsiz idim. Coğrafyanı, tarixi yaxşı bilirəm, 

amma nədənsə heç bir elmdə ölkəniz haqqında 

məlumat qarşıma çıxmayıb. Sizinlə danışdıqdan 

sonra, yəni dünən axşam internetdən Azərbaycan 

haqda bir az oxudum. Neftiniz, qazınız var və İran, 

Türkiyə, Rusiya kimi dövlətlərlə həmsərhədsiniz. 

Amma deyəsən nəsə problemlər də var hansısa 

dövlət ilə aranızda. 



– Doğrudur. Bəs kinomuz, musiqimiz haqda 

heç vaxt eşitməmisiniz? 

– Siz türk mənşəli dövlətsiniz məlumatıma görə...



– Aha...

– Hə, Türkiyənin əla rejissorları var. Nuri Bilge 

Ceylan,  Yusuf  Güney...  Güneyin  “Yol”  filmi 

var,  o  mənim  ən  sevimli  filmlərimdən  biridir. 

Azərbaycan rejissorları, filmləri haqda, amma 

eşitməmişəm.  Bəlkə  də  gözəl  filmləriniz  var, 

amma məlumatsızam bu barədə.

– Sizə Azərbaycan filmlərindən 1-2 film dvd-si 

gətirmişik. 

– Əla, çox təşəkkürlər. Mütləq baxacağam. (Ona 

“Şərikli çörək” və “Bizim cəbiş müəllim”, “Ölsəm 

bağışla” adlı filmlərin ingilis subtitrları ilə olan 

disklərini veririk.) 


23

F İ L M   F İ C T İ O N



– Bir az da sizdən, filmlərinizdən danışaq. 

“Ölüm” trilogiyası necə yarandı?

–  “Ölüm”  trilogiyası  yaranmadan  öncə  bir 

qısametraj  işləmişdim.  1996-cı  ildə.  Düzünü 

desəm maraqlı, həyəcanverici gəlsə də, rejis-

sorluq bir az da ağır gəlmişdi. Düzdü, televiziya 

ilə uzun illər bağlılığım var, amma kino tamam 

ayrı  sahədir.  Sən  müəyyən  zamana  başında 

olan,  torpaqla  dolu  olan  quyunu  qazıb,  içinə 

səpilmiş qızılları tapıb tamaşaçıya ötürməlisən. 

TV  şoularda  isə  məkan  anlayışı  mövcuddur. 

Zaman isə reklama, uzun cümlələrə, hər cür zir 

zibilə hesablanıb. Qısametrajla başlamaq ekspe-

rimental xarakterlidir rejissor üçün. Yəni qabın 

dərinliyi və ölçüsü ilə tanış olursan. Sizə deyim, 

ətrafımızda, elə bu kafedə o qədər rejissor var ki, 

ətrafınıza baxın, görün tanıya bilirsiz onları? -Yox. 

-Niyə? Çünki, onlar öz qablarının nəinki ölçüsünü, 

həcmini,  heç  qablarının  mövcudluğunu  belə 

anlamayıblar. Anlayıblarsa da, risk etmədən daha 

asan, daha rahat, daha əlçatan işlərə yönəliblər.



– Sizcə istənilən insan rejissor ola bilərmi?

– Yox, mən elə demədim. İstənilən insan həyata 

bir peşə ilə gəlir. Əgər hər kəs öz qabını tapsa, 

ölçüsünü, həcmini bilsə, inanın, dünya dəyişər.



– Bu qədər optimist təsəvvür etmirdik sizi... 

– Haha (ucadan gülür)... Jurnalistlərin hər biri 

adətən, mənimlə söhbətdə belə deyirlər. Bilirəm 

təsviriniz nəyə görə formalaşıb. Filmlərimə görə. 

Amma filmlərimdə siz tamaşaçılar pessimizm, 

ölüm  və  s.  görürsüz.  Əslində  filmlərimin  hər 

birində  optimizm  var.  Mən  ölümü  son  olaraq 

təsvir etmirəm. Mənim düşüncəmdə ölüm doğuluş 

qədər gözləniləndir. 

–  Maraqlıdır...  Sizin  ilk  tammetraj  filminiz 

“Amores Perros” olub. Hər rejissorun imza 

filmi olur filmoqrafiyasında. Necə düşünürsüz, 

imzanızı atmağa tələsmədiz? 

– (Bir qədər düşünür)... Elə deməzdim. “Amores 

Perros” la mən, mənə, görə sevginin necə bir hiss 

olduğunu göstərdim. Heç kimin fikir vermədiyi 

reallıqları, insan talelərini toqquşduraraq. Film 

itlərin üstündə cərayan edirdi, eyni zamanda da 

film boyu bu bağlılıq undulurdu. Filmin uğurunun 

səbəbi yetəri qədər səbrli olmağımızdır. Mənim 

imza filmimi kinodan getdiyimi açıqladıqdan sonra 

təyin etmək mümkün olacaq. Hələ ki, bu haqda 

düşünmürəm...

– “Amores Perros”, “21 grams”, “Babel”dən 

sonra “Biutiful”.... Tərzinizdən niyə bezdiz?

–  Fərqlilik  istədim  bir  qədər.  Amma  haqlısız 

bezdim...  “Biutiful”  bütünlükdə  Bardemin 

çiyinlərində oturdu. O isə əla aktyordur. Nə vaxtsa 

mütləq yenə onunla işləmək istəyərdim.

– Bir az da dünya kinosundan danışaq. Hansı 

filmlərə baxırsız? 

– Düzün desəm, filmə baxmağa vaxtım çox azdır. 

Çünki çox xırdaçıyam və bir işə başladımsa, o iş 

bitməyincə rahat ola bilmirəm. Rahat olmadan 

filmə baxa bilmirəm. Son baxdıqlarımdan Trierin 

“Antichrist”ini, Terens Malikinin “Tree of life” filmləri 

olub. Hər ikisi əla filmlərdir. Terens Maliki usta 

rejissordur. Bu filmə sadəcə film demək olmaz. 

Çünki filmdə zaman, məkan anlayışını bu rejis-

sor yox edib. 



–  Sevdiyiniz,  bəhrələndiyiniz  rejissorlar 

kimlərdi?

– Antonioni, Bergman, Tarkovski, Ozu, Fellini, 

Kiarostami, Pazolini, Trier, Maliki, Tarr, Kieslovski, 

Almodovar, Carmuşu deyə bilərəm...



–  Əla!  Sirr  deyilsə  “Kafka”  kafesini  nədən 

seçdiz? 

– Sevdiyim yazardır. Onun “Kənd həkimi” hekayəsi 

var. İlk dəfə oxuyanda heç nə anlamamışdım, 

amma  bir  neçə  ay  sonra  təkrar  oxudum  və 

deyərdim,  dünyanın  ən  yaxşı  hekayələrindən 

biridir.  Qəribə  həyat  yaşamış  bir  insan  olub. 

Yazıları qədər sirli, möcüzəvi... 

– Sonda oxucularımıza deyəcəyiniz sözünüz 

varsa, buyurun...

– Təşəkkür edirəm sənətə olan sevginizə görə. 

Jurnal  haqda  məlumatlandım  və  bu  cür  kino 

sevgisi  olan  insanları  –  sizi  və  oxucularınızı 



24

F İ L M   F İ C T İ O N

01 

Rejissorun  ilk  uzun 



metrajlı filmidir. Onur 

kiçik  bir  tort  dükanı  işlədir. 

Hər gün bir çiyələkli tort bişirir, 

amma  satmır. O , tortu ilk aşiq 

olacağı  insana  saxlayır.  Bir 

gün  dükana  çəkiliş    məqsədi 

ilə  Burcu  Burkan  gəlir.  Bu 

tanışlıq iki fərqli həyata sahib 

olan insanların yaxınlaşmağına  

fürsət  verir. Lakin Burcunun bir 

sirri vardır...

03 


Mustafa  hər  işində 

mükəmməli  istəyən 

bir  reklam  işcisidir.  Fikret  isə 

sıradan  bir  taksi  şoferidir. 

Mustafanın həyat  yoldaşı Fikret 

ilə bərabərkən keçirdiyi qəzada 

dünyasını  dəyişir.  Mustafa 

isə  o  günə  qədər  görmədiyi 

Fikrətin arvadı ilə niyə  birlikdə 

olduqlarını  öyrənə    bilmək 

üçün Fikreti dağ  evinə qaçırdır 

və  günlərlə  müxtəlif  yollarla  

arvadı  ilə Fikrətin arasındakı 

münasibəti  aydınlaşdırmağa 

çalışır.

02

Özünə    qapalı, 



münasibət    qurma-

yan  lisey  şagirdi    Bahadır  bir 

sabah  oyananda  dünyanı 

dəyişdirməyə    qərar  verir.  O, 

səhər məktəbə gedərək belinə 

taxdığı  silahla sinif yoldaşlarını 

əsir  götürür.  Onlara  qorx-

ulu  anlar yaşadaraq həyatları 

boyunca özlərini ən çox  yara-

layan  xatirələrini  danışmağı 

istəyir.  Şagirdlərin  danışdığı 

hekayələrdən yola çıxan “Bana 

şans  dile”  aksiyon-gərginlik 

tərzindədir.

Ç AĞAN   

IRMAK


    FİLMOQRAFİYA                                                                       

25

F İ L M   F İ C T İ O N

04

S a d ı k   f e r m a n ı 



universitetdə jurnalis-

tika təhsili almaq üçün tərk edir. 

Atası  Hüseyin  onun  əkinçilik 

mühəndisliyini oxuyub fermanın 

idarəsini ələ almağını  istəyir. 

Sadık hələ universitet  illərində 

siyasətlə yaxından maraqlanır. 

Atası Sadıkı övladlıqdan rədd 

edir. 70-ci illərdə  bir çox siyasi 

hadisəyə  qarışan Sadıkı çətin 

günlər  gözləməkdədir.  1980- 

ci ilin 12 sentyabr günü həyat 

yoldaşının  doğum  sancıları 

başlayır. Küçəyə çıxan cütlük 

xəstəxanaya getmək üçün vasitə 

tapa bilmirlər, çünki ölkədə hərbi 

çevriliş  gerçəkləşdirilmişdir. 

Doğum zamanı həyat yoldaşını 

itirsə də oğlu Dəniz sağ qalır. 

Həbsxanada  yatdığı  illərdə 

gördüyü  işgəncələrdən səhhəti 

pozulan Sadık xəstəliyinin ölüm-

cül  olduğunu  anlayır.  Dənizi 

anasının  və    danışdırmadığı 

atasının yanına  aparır. Sadıkla 

atasının  keçmişdə  yaşadığı 

hadisələr  onlar  üçün  olduqca 

sıxıntı  yaradacaqdır.  Film 

2006-cı il Beynəlxalq İstanbul 

Film  Festivalında  Ən  yaxşı 

film  (Çağan  Irmak),  Ən  yaxşı 

kişi  oyunçu  (Fikret  Kuşkan), 

Ən yaxşı qadın oyunçu (Şerif 

Sezer), 2006 Nuremberg Film 

Festivalında (Almaniya-Türkiyə)

Ən  yaxşı  film  (Çağan  Irmak) 

mükafatlarına  layiq  görülmüş

dür.                                                           

05 

Zamanın  olmadığı 



bir  yerdə,  xəritə 

üzərində  harada  olduğunu 

bilmədiyimiz adsız bir kəndə bir 

səyyah gəlir. Yorğun səyyah, bir 

ulakdır. Danışacağı hekayələri 

vardır,  söyləyəcək  sözləri... 

Hekayələrini  ən  çox  uşaqlar 

sevər.  Qüsursuz  bir  xəyal 

gücü  ilə  yazılmış  bu  cadulu 

və ürküdücü hekayələr Çapar 

Zəkəriyyənin  dilində  əfsanəvi 

dastanlara çevrilərlər. Uşaqların 

sevdiyini  böyüklər  sevməz 

əlbəttə, ya da tam tərsi. Kənd 

xalqı  Zəkəriyyənin  gətirdiyi 

sirləri daşıya bilməz, sirli bir sis 

çökər kəndin üzərinə ...

06

A l p e r,   q u r m a n 



deyiləcək  səviyyədə 

yemək  mədəniyyəti  olan  öz 

restoranının sahibi bir aşbazdır. 

Lüks  yaşamağı  sevən,  işində 

müvəffəqiyyətli olan Alper hər 

gününü fərqli qadınla keçirərək 

şəxsi  həyatını  nizama  sala 

bilməmişdir.  Ada,  Taksimdə 

uşaq  kostyumları  hazırlayıb 

tikməklə məşğul olan, Alperin 

müasir  həyatının  əksinə  çox 

təvazökar,  həyatda  çox  eniş-

çıxışları  olmayan  gənc  bir 

qızdır. Bir gün köhnə bir kitabı 

tapa bilmək üçün Beyoğlunda

07

Egemen  30  yaşını 



keçmiş  bir  reklam 

agentliyində    ofis-boy  olaraq 

işləyən  bir  gəncdir.  Yaşının 

irəliləməsinə    baxmayaraq 

anası Gülseren xanımla birlikdə 

yaşamaq məcburiyyətindədir. 

gəzərkən  Alper  ilə  Ada  eyni 

kitab evinə girərlər və eşq ilə 

ziddiyyətli  həyat  onlar  üçün 

başlamış olar.



26

F İ L M   F İ C T İ O N

08 

Bir  kitabxanada 



məmur olaraq çalışan 

Əziz  öz  kiçik  dünyasında 

sakit və dinc bir həyat davam 

etdirməkdədir.  Bir  gün, 

məhəlləyə yeni açılan bərbərin 

sahibi  Seçil  və  10  yaşındakı 

qızı  Gizem,  Əzizin  yaşadığı 

mənzilə  köçür.  Əzizin  yeni 

qonşularıyla rənglənən həyatı, 

kiçik  qızın  uzun  yuxusuyla 

kölgələnər. Gizemin yuxusunun 

tətiklədiyi tam fərqli hadisələrlə, 

sıravi görünən, amma əslində 

rəngarəng  xarakterlərə  sahib 

bu insanlar birlik olub, qədəri 

dəyişdirməyə çalışırlar.

09 

Ozan - Egeydə kiçik 



bir sahil qəsəbəsində 

yaşayan 10 yaşında bir uşaqdır. 

Girit immiqrantı babası Mehmet 

bəy səbəbiylə yoldaşları onunla 

“gavur” deyərək lağ etməkdədir. 

Tək qalmaqdan qorxan Ozan, 

başda  babası  olmaq  üzrə 

ailəsinə hirslənər “Biz Türkük.” 

deyərək onlara qarşı çıxar.

Ozanın  babası  Mehmet  

bəy,  qəsəbədə    hörmətli  bir 

adamdır. Qəsəbə  xalqına qol 

qanad  gələr,  problemləriylə 

maraqlanıb,  onlara  kömək 

edər.  Mehmet Bəy nəvəsinin 

bu vəziyyətinə görə narahatlıq 

duyur.  Mehmet    bəy  daha 

yeddi yaşındaykən, ailəsi zorla 

torpaqlarından  qoparılmış,  

Giritdən  köçmüşlər.  Mehmet 

bəyin ən böyük arzusu ölmədən 

əvvəl  doğulduğu  torpaqları 

görə  bilməkdir.  Bu  həsrətlə 

tez-tez  içində  məktublar  olan  

şüşələri Egeyin mavi sularına 

buraxmaqdadır.



Çağan Irmak 4 aprel 1970-ci 

ildə İzmirdə  doğulub. Uşaqlıq 

illəri  Səfərihisarda  keçən 

rejissor  Ege Universitetinin  

Radio-Tv    fakultəsindən 

m ə z u n   o l u b . ” A s m a l ı 

Konak”  adlı    televiziya  

serialı    ilə    tanınmağa  

başlayan    Çağan  Irmak  

daha  sonra  “Çemberimde 

Gül Oya” serialını yazdı və 

rejissorluğunu etdi.

Anası ilə  birgə keçirtdiyi həyat 

onun üçün cəhənnəm kimidir. 

Egemenin  bu  cəhənnəmdən 

uzaqlaşaraq rahat nəfəs aldığı 

tək yer çalışdığı şirkətdir. Digər 

tərəfdən  müdiri Umaya qarşı 

müəyyən  hisslər  bəsləsə  də, 

anasının varlığı onun önündə 

əngəldir.



27

F İ L M   F İ C T İ O N

Tomas  Nyuman  (Thomas 

Newman) hələ doğulmamışdan 

artıq hamı bilirdi ki, o, bəstəkar 

olacaq. O, 1955-ci ildə bəstəkar 

ailəsində  dünyaya  gəlmişdir. 

Atası, qardaşı, əmiləri bəstəkar 

idilər və məhz filmlərə musiqi 

bəstələyirdilər. Sanki Tomas da 

ailə ənənəsini davam etdirmək 

üçün bəstəkar olmağa məcbur 

idi  və  məhz  filmlərə  musiqi 

bəstələməliydi. 

O, Hollivudda böyümüşdü, 

hələ uşaq yaşlarından skripka 

və fortepiano dərsləri almışdı. 

Tomasın  məşhur  bəstəkar 

olması  üçün  tale  onu  təkcə 

Nyumanlar ailəsində doğulmaqla 

mükafatlandırmamışdı,  həm 

də onun qarşısına Hollivudun 

film musiqilərinin allahı sayılan 

Devid  Raksini  çıxartmışdı. 

Ç.Çaplinin  köməkçisi  kimi 

çalışmış, sonralar “Laura” filminə 

yazdığı musiqi ilə məşhurlaşan 

D.Raksin,  o  dövrün  Hollivud 

dahilərindən  sayılırdı.  Tomas 

Nyuman  Cənubi  Kaliforniya 

U n i v e r s i t e t i n d ə   ( U S C ) 

D.Raksindən dərs almış, daha 

sonralar  Yale  Universitetində 

magistr dərəcəsinə yüksəlmişdi.

Fox  studiyasında  musiqi 

rəhbəri olan əmisinin köməyilə 

erkən  yaşlarından  təcrübəyə 

başlayan  bəstəkarın  ilk  işi, 

“Ulduz müharibələri 5” filmində 

THOMAS   

NE WMAN

    BƏSTƏKAR BİOQRAFİYASI                                                                       



28

F İ L M   F İ C T İ O N

“Ceyanın qayıdışı” fraqmentinə 

Con  Uilyamsın  bəstələdiyi 

musiqini aranjeman etmək idi. 

İllər sonra öz ilk işini heç vaxt 

unutmadığını deyən T.Nyuman, 

əslində işinin çətin olmadığını 

və dahi bəstəkarla əməkdaşlıq 

etməkdən duyduğu qürur his-

sinin  onun  gələcək  sənət 

yolunda  həlledici  məqam 

olduğunu vurğulayırdı. 

Nyuman musiqi karyerasına 

Brodveydə tamaşa və müzikllara 

musiqi bəstələməklə, “Tokio 77” 

və “The Innocents” qruplarında 

ifa etməklə başladı. Qrupların 

əsas  repertuarını  avanqard 

musiqi  növləri  –  elektron  və 

psixodelik musiqilər təşkil edirdi. 

Nəhayət, 1984-cü ildə dönüş 

nöqtəsi  baş  verdi,  prodüsser 

Skott  Rudin  “Reckless” 

filminə  musiqi  yazmaqla  onu 

əməkdaşlığa dəvət etdi. Məhz 

bu  iş  birliyi Tomas  Nyumanın 

böyük ekranda debütü hesab 

olunur.  Həmin  ildə  bir-birinin 

ardınca “Revenge of the Nerds” 

və  “Grandview”  filmlərinin 

musiqi tərtibatına cəlb olunsa 

da,  Hollivud  gənc  bəstəkarın 

istedadını  etiraf  etməyə 

tələsmirdi. Yalnız bir il keçdi və 

Madonnanın baş rolda çəkildiyi 

“Desperately Seeking Susan” 

filminin  musiqisi  üzərində 

işlədikdən  sonra  onu  özünkü 

saydı. 


To m a s  

N y u m a n ı n 

digərlərindən  fərqlənən 

özünəməxsus  stili  vardı. 

Bu  yenilik  də  80-ci  illər  və 

90-cı  illərin  əvvəlinin  bütün 

kinostudiyalarının  qapısını 

onun  üzünə  açdı.  Həmin 

vaxtlarda  onun  musiqilərini 

müxtəlif  filmlərdə  və  yüngül 

komediyalarda eşitmək olardı; 

məsələn, “Jumpin Jack Flash” 

(1986), “The Lost Boys” (1987) 

və ya “Welcome Home, Roxy 

Carmichael” (1990) və s. Eləcə 

də  1984-90-cı  illər  arasında 

yazdığı “Girls just want to have 

fun”,  “The  man  with  one  red 

shoe”,  “Real  genius”,  “Naked 

tango”  və  digər  neçə-neçə 

filmdə özünü təsdiqlətməmişdi.

Nyuman  90-cı  illərin 

əvvəllərində  dram  filmlərinə 

bəstələdiyi musiqilər hesabına 

Hollivudun  “qaymaqları” 

sırasına  daxil  oldu:  “Fried 

Green  Tomatoes”  (1991), 

“The  Player”,  “Scent  of  a 

Woman”,  “Whispers  in  the 

Dark” (1992), “Little Women”, 

“The Shawshank Redemption”, 

“The War” (1994). Bəstəkar özü 

musiqidə  ən  böyük  nailiyyəti 

“The Player” filmini hesab edir. 

Adı  çəkilən  filmlər  Nyumanın 

mövqeyini  möhkəmlətdi,  onu 

“mükafat yağışına” tutdu. “Little 

Women”  və  “The  Shawshank 

Redemption”  Oskara  nomi-

nant oldu. Bununla da Tomas 

Nyuman  məşhur  bəstəkara 

çevrildi  və  ona  psixoloji 

filmlər,  iddialı  və  kommersiya 

güdməyən kinolar etibar olundu: 

“The  Horse  Whisper”,  “Meet 

Joe Black” (1998), “Green Mile” 

(1999). 

Sem  Mendesin  “American 

beauty”  (1998)  filmi  üçün 

Nyumanı  əməkdaşlığa  dəvət 

etməsində təəccüblü heç nə yox 

idi. Çünki Nyumanın musiqiləri 

düşüncə  və  eyni  zamanda 

hissləri özündə ehtiva etməklə 

bir  bütövlük  yaradır.  Bu  birlik 

tamaşaçını heyran etdi, amma 

Oskar  almadı.  Nyumanın 

bu  əsrarəngiz  işi  BAFTA  ilə 

mükafatlandırıldı  və  təbii  ki, 

fəth etdiyi milyonlarla tamaşaçı 

ürəyi... 

“American  beauty”  film-

inin uğuru bəstəkarın öz stilini 

təsdiqlətdi  və  bundan  sonra 

artıq yüzlərlə film içindən onun 

musiqilərini asanlıqla seçmək 

olardı. Təsadüfi deyil ki, 2002-ci 

ildə  yenidən  Sem  Mendeslə 

birgə işlədiyi “Road to Perdition” 

filmi ilə Oskara layiq görüldü.

O,  tez-tez  elektron  musiqi 

ilə  sintezi  sınaqdan  keçirirdi. 

Nyumanın  fikirlərinin  sonsuz 

uçuşu və həm də həzin melo-

diya, paradoksallıq və həm də 

emosional çıxış, bütün bunlar 

ekranda yaşananlarla, ən xırda 

bir epizodla belə vəhdət təşkil 

edir.


Yüklə 388,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin