Krzysztof Kieślowski (Kənan İsaxanlı)



Yüklə 388,35 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix24.04.2017
ölçüsü388,35 Kb.
#15623
1   2   3   4

29

F İ L M   F İ C T İ O N

Məsələn,  populyar  musiqi 

ulduzu  Seal,  öz  “My  vision” 

mahnısında  “The  Shawshank 

R e d e m p t i o n ”   f i l m i n d ə n 

“Brooks Was Here” fortepiano 

melodiyasını istifadə etmişdir. 

Ohayo ştatı Klivlend şəhərinin 

əsası  qoyulmasının  yubiley 

tədbiri  üçün  xüsusi  əsəri  də 

məhz Nyuman yazmışdır. 

Tomas Nyuman Hollivudun 

şübhəsiz  ən  maraqlı  yaradıcı 

şəxsiyyətlərindən  biridir.  Heç 

kimin  bacarmadığı  –  istedad 

və  kommersiyanı  birləşdirən 

bəstəkardır.  Onun  musiqiləri, 

bəstəkarın yaradıcı naturasını 

ortaya  qoyan  intriqa  və 

eksperimentlərlə  doludur. 

Çoxları  bəstəkarı  klişelərə, 

melodiya  təkrarçılığına  görə 

tənqid  edirlər.  Bununla  belə, 

onun musiqisi bütün dünyada 

tanınır və sevilir.

Layiq görüldüyü çoxsaylı yüksək mükafatlar bunu bir daha 

sübut  edir.  Fərqi  yoxdur,  bu,  serialdır  (“Boston  Public”,  “Six 

Feet Under”), yoxsa film süjetidir (“White Oleander”, “Angels in 

America”, “Lemony Snickets A Series Of Unfortunate Events”, 

“Jarhead”) və ya animasiya filmidir (“Finding Nemo”, “WALL-E”).

Hələ  ki  keçmiş  partnyoru  Sem  Mendesin  “Skyfall”  filminə 

bəstələdiyi musiqi ilə sonuncu Oskarın sahibi olmaqla, Tomas 

Nyuman bu gün də dünyanın diqqət mərkəzindədir.

Nyuman musiqisi təkcə filmlərdə səslənmir. Onun bəstələrinə 

musiqi dünyasının nümayəndələri Olimpiya oyunlarının açılış və 

bağlanış mərasimləri kimi dünya miqyaslı tədbirlərdə müraciət 

edirlər. 



30

F İ L M   F İ C T İ O N

C ARLOS   

RE YGADAS

    REJİSSOR MÜSAHİBƏSİ                                                                       

Karlos 

Reygadas 

müasir müəllif 

kinosunun 

ən parlaq 

adlarından 

biridir. Onu 

bəzən “müasir 

Tarkovski” 

adlandırırlar.

Bu müsahibə 

65-ci Kann 

kinofestivalı 

zaman alınıb. 

“Qaranlıqdan 

sonra işıq” 

filmi ona bu 

festivalda “Ən 

yaxşı rejissor” 

mükafatını 

qazanıb. 


31

F İ L M   F İ C T İ O N



“Qaranlıqda  sonra  işıq”  – 

razılaşın ki, sadə film deyil. 

Yəqin siz, artıq anlaşılmayan 

obraz  və  süjetlər  haqqında 

çox suallara cavab vermisiniz.

Xeyr,  əslində  hər  şey 

qaydasındadır. Çünki mən bu 

il  çox  az  əhatəyə  müsahibə 

verməyi planlaşdırıram. Əslində 

mən  film  haqqında  hər  sualı 

cavablandırıb onun “açarlarını” 

hamıya təqdim etməli deyiləm. 

Mən  özümə,  filmimə  və 

tamaşaçılara hörmət edirəm. 



Bəs siz filminizin təqdimatının 

səhəri günü hər hansı mənfi 

resenziya  və  ya səhv inter-

pretasiya ilə qarşılaşanda nə 

hisslər keçirirsiniz?

Demək  olar,  heç  bir!  Bunlar 

məni çox da təəccübləndirmir. 

Bir günə və ya bir dəfə izləməklə 

filmə necə qiymət vermək olar? 

Əsla iddia etmirəm ki, mənim 

filmim  şedevrdir.  Amma  biz 

bir  az  gözləməliyik.  Seneka 

demişkən, əsər mükəmməldirsə 

onun qiyməti zamanla veriləcək. 

Məsələn, mən sizə sonsuz mis-

allar  gətirə  bilərəm,  Folkner, 

Kafka,  Coys...  İddiam  da 

yoxdur ki, mən ikinci Folknerəm. 

Amma belə bir misal götürək: 

impressionistlər  meyda- 

na  gələndə  onlar  haqqında 

yazırdılar ki: “Bunlara nə olub? 

Niyə onlar yaşıl sifətlər çəkirlər? 

Niyə  proporsiyalar  kəskin 

fərqli  verilir?”  Bu  baxımdan 

mənə  də  suallar  verilir  “Niyə 

bir kadrdan o birisinə keçidlər 

kəskin  fərqlənir?  Görüntü 

bulanıqdır?”  Bəlkə  də  mənim 

filmim on ildən sonra kino tarix-

inin bir yeşiyinə atılacaq və ya 

əksinə. Bilmirəm. Amma mənə 

istənilən zamanda axmaqların 

fikri maraqlı gəlməyəcək. 



Onda,  gəlin,  filmin  ideyası 

haqqında  danışaq?  Bu  film 

nədən bəhs edir?  

Əlbəttə,  danışaq.  Əvvəla 

məni  düzgün  başa  düşün, 

mən  həyatda  rast  gəldiyim 

qısa  əhvalatları  heç  vaxt 

süjetə gətirmirəm. Səhnələrim 

müəyyən bir struktur və məna 

yükünə əsaslanır. Bəziləri üçün 

bunu qavramaq çətindir, onlar 

film bitər-bitməz mənanı başa 

düşməyə çalışır. Amma bunun 

üçün  zaman  lazımdır.  Ən  azı 

mənim yozumum belədir. 

Filmlərinizdə  Şər  və  Xeyir 

qarşıdurmaları  olur.  Bunun 

Şərq  fəlsəfəsinə  sevgidən 

irəli gəldiyi məlumdur. Amma 

özünüzü qərbli sayırsınız.  

D ü z d ü r,  

a m m a  

m ə n 


traktovkalarımda ayrı-seçkiliyə 

yol  verməməyə  çalışıram. 

Bilirsiniz, dini mistikanı filmdə 

vermək olduqca çətindir, burada 

söhbət əlbəttə ki, xristianlıqdan 

gedir.  Əvvəlcə,  o,  çox  yaxşı 

ideya  idi,  lakin  sonradan  hər 

şey dəyişdi. Ona görə də mən 

kilsələrə getmirəm. 

Öz  başlanğıcında  kino 

eksperimentlərə  daha  çox 

açıq  idi.  Lakin  sonradan 

narrativləşmə  getdi.  Ola 

bilərmi  ki,  bu  yenidən  geri 

qayıtsın?

Eləmi? Başlanğıcda kino daha 

çox  azad  idi,  lakin  o  vaxt  ki 

amerikan biznesi kinoya gəldi, 

o,  gəlirli  sahəyə  çevrildi,  hər 

şey kökündən qopdu. Bu yüz 

illik tarixinin nəticəsi idi. Amma 

indi dəyişilməyə doğru getmək 

hiss olunur.

Niyə filmləriniz köhnə lentləri 

xatırladır? 

Filmlərin  onlara  lazım  olan 

formatı  aldığına  görədir. 

Mən  əvvəldən  belə  olacağını 

düşünmürəm.

“Qaranlıqdan  sonra  işıq” 

filmində sizin həyatınızla bağlı 

xeyli  hadisələr  var:  orada 

eviniz,  ailəniz,  uşaqlarınız 

görünür.

...və itim də



Uşaqlar niyə?

Onlar həm qaranlıqdan əvvəlki, 

həm də sonrakı işıqdır... 


32

F İ L M   F İ C T İ O N

DEC ALOGUE

:  


10 FİLM

    KAMERANIN ŞAİRİNƏ DƏRİN HÖRMƏTLƏ                                     

O

gözəl yazılmış 10 cümləni 



yeniləmək  istədik  deyir 

Kieslowski.  Mən  də  o  gözəl 

çəkilmiş  10  filmi  yeniləmək 

istəyirəm. 

I

nandığınız  şeyə  o  qədər 



yaxınlaşa bilərsiniz ki, ayaq 

saxlayıb düşünmədən, möcüzə 

axtarmadan  inandığının  hər 

hərəkətini  möcüzə  sayaraq. 

İnandıqları üçün xoşbəxt olan 

bir çox insan tanıyıram çünki.

Y

oxluq vardırmı? Sıfır ən 



son  tapılan  rəqəm  dey-

ilmi? Var olmadan yox olarmı? 

“1” olmadan “0” mümkündürmü?

A

l i m i n  



m ü r ə k k ə b i 

müqəddəsdir,  həm  də 

arifmetik hesablamalarla önləyə 

bilmədiyi  uşağın  ölümü  ilə 

dağılmağa  məhkumdur.  Ağılın 

cəzasını  vücud  çəkər.    Bəlkə 

meterologiya səhv eləmişdi, ya da 

buz anidən ərimişdi… Kieslowski 

bu qədər bəsitmidir ki ?

Y

alançı  yalanı  söyləyə 



bilməyənə  deyilir,  qadın 

sevgilisinə, ər arvadına, adam da 

bizə yalan danışdığı kimi. Tanrı 

sözü  böyüklərin  dilində  kiçikləri 

aldatmaq  üçün  vasitədir,  eyni 

uşaqlığımdakı kimi.

H

ər düşdüyü nöqtədə dövləti, 



ümumən  başqalarını 

g ü n a h l a n d ı r a n   i n s a n l a r ı 

sevmirəm,  hətta  nifrət  edirəm, 

amma atam da elədir. Məni daim 

yoxlayan, sual soruşan, üstümə 

düşən insanları sevmirəm, amma 

anam həyatımdakı belə insanların 

ən  başlıcasıdır.  Bəzi  şeylər 

istənməsə də, edilməlidir. Ana və 

atana hörmətsizlik etməyəcəksən. 

Vəfa borcu budur.

 

V



arlığını anlamaq üçün üst-

üstə gəlməlisən. Ailəni, sev-

gilini, peşəni... Amma anladıqdan 

sonra  çıxmazsan  üstünə 

gəldiklərin bütləşər. Nəfs varkən 

çətindir, böcəyin stəkandan qur-

tulma mücadiləsi kimi.

İ

nsan ölümdən də zövq duyar. 



Heç  mi  balıq  tutmadınız? 

Səbəbsiz  yerə  öldürməyə 

səbəbsiz yaşayan ölümlü seçilir. 

Arvadının hazırladığı çörəkləri 

itə layiq bilən biri. Ancaq ədalətli 

olan, böyük ehtimalla, qanuni 

deyildir.  Məhkəməyə  düşən 

artıq  insan  deyil,  rəqəmdir. 

Müzakirə olunan artıq insanlıq 

deyil, cinayət məsələsidir.



-Tanrıya inanırsanmı? O 

haradadır ki ?

-Qucaqla məni. Nə hiss 

edirsən?

-Səni sevirəm.

-Tanrı bax indi buradadır.

-Səni sevirəm.

-Nə istəyirsən ?

-Heç

-Mən yaxşı insan deyiləm

-Önəmli  deyil,  səni 

sevirəm.

B

ir insanın düşüncələri onun 



həyatını  anladır.  Qadın 

həyatda  iki  dəfə  gözəl  olur,  ya 

sevəndə, ya da öləndə. Tək bir 

erotik hərəkət göstərmədən ero-

tizmin  həyatımızdakı  yeri,  göyü 

qucaqlayan şiddətini tamaşaçıya 

anlada bilmək...


33

F İ L M   F İ C T İ O N

U

şaqkən  böyüklərin 



şəhadət  barmağını 

tutardım... Ana qızının doğduğu 

uşağı oğurlayır, qız da ananın 

böyütdüyü.  Uşaq  anaya 

ana  demir.  Kişilər  ədalətli, 

qadınlar xeyirxah, uşaqlar isə 

amansızdır çünki. Qumarbazlar 

da  pul  itirməkdən  ziyadə 

öz  ağılsız  cəhdlərinin  boşa 

çıxmasına təəssüf edirlər Ania 

kimi.  Oğurluq  sadəcə  maddi 

olaraqmı mümkündür? Sevgi, 

hörmət,  sədaqət...  oğurlana 

bilməzmi?  Bax,  ana  qızının 

uşağına  bəslədiyi  sevgini  öz 

qızından oğurlayıb.

H

eç  bir  sosial-siyasi 



məqsəd  kiçik  bir  qızın 

həyatından  önəmli  deyildir. 

Vəziyyət  yalan  yerə  şahidlik 

etmək tələb etsə belə.

Ə

rin arvadını onu aldatdığı 



üçün günahlandırmasını 

gözləyirsən,  tərsi  olur.  İnsan, 

aldatma  hərəkətini  ərin 

arvadını  başqa  bir  kişi  ilə 

tutmasında  deyil,  əslində 

birlikdə  qərarlaşdırdıqları  bir 

şeyi bir-birindən gizləmələrində 

axtarmağa məcbur qalır.

Ö

lü balıqlar ölüm xəbərini 



yetirir bizə…Böyüyüncə 

itirdiyiniz uşaq saflığını yenidən 

əldə  etmədən  anlamağın 

mümkün  deyil  qardaşları. 

Zəhmət  çəkmədən  əldə 

edən,  gözlənilmədən  itirər, 

həm  də  azdan  da  olar.  Səbri 

öyrənəcəksən,  tələsmədən, 

qarşılıqlı  sədaqəti  unut-

madan  yenidən  quracaqsan 

kolleksiyanı.

D

ecalogue`u bütöv bir film 



kimi  düşün.    Əvvəlcə 

oxunduğu, sonra həll edildiyi, 

daha  sonra  isə  nəticənin 

kitabın  arxasındakı  cavabla 

örtüşmədiyinin  kəşf  edildiyi 

riyaziyyat  məsələsi  kimi. 

Sən  filmin  “belə”  bitəcəyini 

gözləyərsən, “elə” belə bitməz. 

Fikirləri  zorla  qəbul  etdirməz, 

suallar soruşar sadəcə, izləyicisi 

qədər cavabları olan... 

-İnsan niyə ağlayar ?

-Biri  öldüyündə,  yalnız 

qaldığında,  yükünü 

daşıya bilməyəndə.

-Çarəsi yoxdurmu?

-Bir  dəfə  Marçinin  dişi 

ağrıyırdı.  Ütünü  isidib 

çiyninə  basdı,  beləliklə 

dişinin ağrısını unutdu.

-Yazılarında Tanrıya rast 

gəlmədim.

-Tanrı kəlməsini istifadə 

etmədən  də  hiss  edə 

bilərsən.

Kameranın şairinə dərin 

hörmətlə... 


34

F İ L M   F İ C T İ O N

SEN AYDINLATIRSIN

  

GECE Yİ



    ŞAİRİN ŞEİR FİLMİ                                                                        

Bilmirəm,  bu  hamıda  belədir  ya 

necə, hansısa filmə baxanda, hansısa 

kitabı oxuyanda, musiqini dinləyəndə 

- bütün bunlar müəllifin tanış olduğum 

ilk işidirsə və xoşuma gəlmirsə, istər 

istəməz həmin müəllifə qarşı önyarğı 

yaranır məndə. Bunun yanlış olduğunu 

bilirəm, amma belədir, elə bilirəm ki, 

müəllifin digər işləri də elə-belə, məni 

cəlb etməyəcək.

Onur  Ünlüdən  yazacğam.  Onun 

“Celal  Tan  ve  ailəsinin  aşırı  acıklı 

hikayesi” filmini izləmişdim ilk dəfə. 

Filmi bəyənmədim. Mövzu mənə klişe 

gəldi niyəsə. Sanki mən hadisələrin 

sonunu təxmin edəcəkmişəm, sanki 

mən  bu  dialoqlara,  hadisələrə  nə 

vaxtsa şahid olmuşam təsiri bağışladı. 

Önyarğıya  qapıldım  və  Onur  Ünlü 

filmləri izləmədim. Keçən həftələrdə 

isə Onur Ünlünün sonuncu filmi “Sen 

aydınlatırsın geceyi” filmini izlədim. 

Film  vizyona  girməyəcək.  Bu  da 

rejissorun özü demiş, film dünyasına 

və düşmənlərinə etirazıdır. Rejissor 

filmini götürür və şəhər-şəhər gəzərək 

universitetlərdə, gənclərin yaratdığı 

klublarda izləyici ilə görüşdürür. Hər 

halda mən özümü o filmə baxa bilmiş 

şanslı insanlardan biri kimi görürəm. 

Filmi barədə,  hələ çox insan izləmədiyi 

üçün çox bilgi verməyəcəm. Başlayaq.


35

F İ L M   F İ C T İ O N

Onur Ünlü bildiyimiz kimi  Ah 

Muhsin Ünlü imzası ilə şeirlər 

yazan həm də şairdir. Filmdə 

Onur  Ünlünün  Şekspirdən 

ilhamlandığını  düşünürəm. 

Çünki izlədiyim hər iki filmində  

Şekspirin şeirləri, misraları var.  

Elə bu  filminin adı da Şekspir 

misrasıdır. 

Film, komik, dram və azacıq 

da fantastikdir. Amma bu fan-

tastika izləyicini narahat etmir. 

İzləyici  dramatizmi  yaşayır, 

gülür  və  həm  də  maraqda 

qalır.  Janrlararası  keçidlərdə 

qopuqluq yoxdur.  Film, Camal 

(Ali Atay) və Yasəmənin (Demet 

Evgar) sevgisindən bəhs edir. 

Camal və Yasəmən təsadüfən 

tanış olurlar. Filmdə xarakterlərin 

demək olar ki, çoxunun hansısa 

özəlliyi,  fövqəltəbii  gücü  var. 

Divarın  arxasını  görmək, 

güzgüdə  görünməmək  və 

ancaq  güzgüdə  görünmək, 

zamanı  durdurmaq  və  ölüm-

süzlük  kimi  xüsusiyyətlərə 

malik xarakterlərlə qarşılaşırıq. 

Filmdə istifadə edilən musiqilər 

də filmin həzin tonunu qoruyur. 

İnsanın  filmə  qarşı  olan 

hisslərinin  balansını  pozmur. 

Ağ-qara  olan  filmdə  görünən 

tək rəng qırmızıdır. Film Onur 

Ünlü tərzi deyil. Və özünün də 

dediyinə  görə,  etmək  istədiyi 

tərz dəyişikliyi və izləyicini yox-

lamaq deyil. 

Filmdə Yasəmənin qohumu 

olan və  yataq xəstəsi bir kişi 

görürük. Amma  filmlə  əlaqəsi 

yoxdur. Sadəcə Yasəmən ona 

baxır. Rolu sadəcə yatmaqdır.  

Onur Ünlü xərçəng xəstəliyinə 

görə    müalicə  alır.  Anası  da 

eyni xəstəlikdən rəhmətə gedib 

və  anası  haqqında  yazdığı 

bir  şeirdə,  anasının  da  yataq 

xəstəsi olduğunu anladan misra 

var. Filmdəki o  yataq xəstəsini 

görəndə yadıma elə rejissorun 

özü və anası düşdü. Görəsən 

filmdəki  rolu  sadəcə  yatmaq 

olan  o  xəstə  əslində  kim  idi? 

Rejissorun  anası,  ya  xəstə 

psixologiyası  ilə  o  xəstənin 

əslində  özü  olduğuna  vurğu 

edirdi?


Ümumiyyətlə, rejissor bunu 

təkzib  etsə  də  məhz  bu  film 

şeirin  özüdür.  Biz  şeir  oxuy-

uruq və pitoresk sayəsində şeir 

gözümüzdə canlanır. Bu film də 

Şekspir  şeirinin,  misralarının 

O n u r   Ü n l ü   g ö z ü n d ə k i 

canlanışıdır. Filmdə zamanı dur-

duran qız var. Şekspirin belə bir 

misrası var: “İki əlimi bir-birinə 

qovuşdurub dondursam elə bu 

anı,  deyə  biləcək  heç  nəyim 

yoxdur. Onsuz da yalnızlıq elə 

belə bir şeydir”.  Rejissor şeiri 

çəkib yəni. Bu gözəldir. Bir də 

filmdə  Camal,  həyat  yoldaşı 

Yasəmən  üçün  Şekspirin  bu 

şeirini oxuyur:



“Yarayla  alay  eder 

yaralanmamış olan

Bak  nasılda  sararıp 

soluvemiş tanrıça kederden

Sen  ondan  çok  daha 

parlaksın çünkü

Sen!  Tüm  göklerin  en 

güzel yıldızların ilki

Sen aydınlatırsın geceyi”

Filmdə məkan olaraq  Onur 

Ünlünün uşaqlığının bir qisminin 

keçdiyi babasının evindən də 

istifadə edilib. Həm də filmdə 

hər səhnədə gördüyümüz hər 

üç  xarakterin  də  –  Camal, 

Yasəmən və zamanı durduran 

qızın anası yoxdur, ölüb. Camal 

ana həsrəti çəkir daim. Görəsən 

Camal, əslində Onur Ünlünün 

özüdür? Şeirlərindən anasına 

bağlı  olduğunu  anladığımız 

Onur Ünlü də ana həsrəti çəkir.

Filmdə fövqəltəbii gücü olan 

xarakterlər hansısa problemlə 

üz-üzə qalanda o güclərindən 

istifadə  etmirlər.  Həmin  prob-

lemi  yaşayırlar.  Çarəsizlik... 

Müsahibəsində  də  belə 

deyir:  “İnsanın  çarəsizliyini 

göstərmişik”.    Həm  də  film 

başlayanda  da  Euripidesin 

sözüylə  başlayır:  “İnsan, 

endişeden  yaratılmıştır”. 

Narahatlıq  elə  çarəsizlik 

deyilmi?

Filmin  mistik  yanı  da  var, 

məncə. Göydən daş düşməsi, 

xarakterlərinin birinin gözündən 

daima  göz  yaşı  yerinə  qan 

axması,  div  boyda  adamın 

olması  və  uçmaq.  İstəyin, 

arzun,sevgin  gerçəkləşəndə 

uçmaq...


36

F İ L M   F İ C T İ O N



Xüsusilə  göydən  daşların 

yağdığı  səhnənin  mistisizmlə 

açıqlamaq olar: Camal evlidir 

və  zamanı  durduran  qız  onu 

öpəndə, göydən daş yağmağa 

başlayır.  Xəyanətə  cavab  ola 

bilərmi göydən daş yağması? 

Filmin  məkanının  da  qəsəbə 

olduğunu nəzərə alsaq, heç də 

əbəs ehtimal deyil, fikrimcə. 

Müsahibəsində Onur Ünlü 

belə  deyir:  “Filmi  başqa  bir 

şeylə  əvəz  edə  bilməzsən.

Filmi film kimi etmək lazımdır. 

Yəni  əvəz  etmək  olmur.  Kim 

nəyi  necə  ifadə  edə  bilirsə, 

elə də ifadə edir. Bir adam bir 

şeyi film çəkmədən ifadə edə 

bilsəydi,  film  çəkməzdi”.  Bu 

sözləri mənə Cəfər Pənahinin 

“Bu,  bir  film  deyil”  sənədli 

filmində çarəsizliklə dediyi “Filmi 

anlada  biliriksə,  niyə  çəkirik 

ki? Anlada  bilmədiyimiz  üçün 

çəkirik”  cümlələrini  xatırlatdı. 

İki fərqli rejissor eyni fikirdədir. 

Deyəsən, bu yol məsələsidir. Ya 

da həqiqət. Yəni nə qədər də 

gerçəyin nisbi olduğunu desək 

də, əslində, bəlkə də həqiqət 

nisbi deyil. Yol birdir. 

Bu  filmə  Onur  Ünlünün 

gündəliyi  deyirəm  mən  və 

qismən  də  belədir.  Filmdə 

Onur  Ünlünün  şair  və  övlad 

yanı var. Onun şairliyi barədə 

“şeirlərindən qatar keçən şair” 

desələr də, inanıram ki, bu filmi 

izləyənlərin  sayı  çoxaldıqca 

şeir  kimi  bir  cümlə  ilə  onun 

rejissorluğunu ifadə edəcəklər.

37

F İ L M   F İ C T İ O N

LASLO   

KR ASNAHORK Aİ

    ƏN GECİ TURİNDƏ                                                                       

Macar yazıçısı Laslo Krasnohorkai, rejissor Bela 

Tarrın filmlərinin daimi ssenaristidir. “Lənətlənmişlər”, 

“Sonuncu” gəmi”, “Şeytan tanqosu”, Verkmaysterin 

harmoniyası” (“Müqavimətin melanxoliyası” romanı 

əsasında), “Turin atı” (“Ən geci - Turində” essesi 

əsasında”) filmləri məhz bu iki macar ssenarist və 

rejissorun əməkdaşlığı sayəsində meydana gəlib.



38

F İ L M   F İ C T İ O N

100 il bundan əvvəl, 1889-cu 

ilin, bəlkə də, bu günə bənzər 

bir  günündə  Niçşe  Turin,  Via 

Karlo  Alberto6  ünvanındakı 

evinin qapısından gəzmək, ya 

da poçtdan məktub götürmək 

məqsədilə  çıxır.  Yaxınlıqda 

bir  faytonçu  tərs  bir  atı  aciz 

qeyzlə bizləyir. O, atı tələsdirir, 

ancaq  əbəs  yerə:  heyvan 

yerindən  belə  tərpənmir. 

Rəiyyət- Cüzeppe Karlo Ettore 

-hövsələsini  basa  bilmir  və 

heyvanı  qamçı  ilə  vurmağa 

başlayır. Deyilənə görə, Niçşe 

hiddətlənir və qəddar tamaşaya 

son  qoyur,  belə  ki,  artıq 

hadisənin  təşəbbüskarı  özü 

də qəzəbdən köpük içində idi. 

Qalın bığları olan hündür cənab 

isə  gözlənilmədən  ata  tərəf 

sıçrayır və - zənnimcə, ağzını 

ayrıb  heyranlıqla  baxanların 

gizli məmnunluğuna rəğmən - 

hönkür-hönkür ağlayaraq atın 

boynuna atılır. Hadisə yerində 

olan bir müdir coşmuş Niçşeni 

evə  ötürür,  o  isə  dinməzcə 

taxtın üstünə uzanır və iki ay 

hərəkətsiz  qalır,  daha  sonra 

öz  son  sözlərini  (“Ana,  mən 

necə də axmağam”) səsləndirir 

və daha on ilini yüngül dəlilik 

vəziyyətində, ana və bacısının 

nəzarəti  altında  keçirir.  Atın 

başına nə gəldi – bu,  artıq bizə 

məlum deyil.

Bu, onsuz da kifayət qədər 

qaranlıq hadisə - halbuki, onu 

gerçək kimi qəbul etmək də təbii 

olardı– tam aydınlığı ilə ruhumu-

zun miskin iflasını əks etdirir– 

bu  da  sizəhəyatın  mənasının 

itməsi  ilə  bağlı  ortaya  çıxmış 

ümumfaciə nümunəsi.

Fəlsəfənin qaranlıq ulduzu, 

ümumbəşəri dəyərlərin əzəmətli 

əleyhdarı, qətiyyətlə xeyirxahlıq 

və mərhəməti rədd edən misilsiz 

nəhəng döyülmüş atın boynuna 

atılır? Bağışlanılmaz dərəcədə 

bayağı, ancaq qanunauyğun bir 

sual ortaya çıxır: niyə faytonçu-

nun boynuna yox?

Bütün baş verənlərin sifilislə 

müşayiət olunan şiddətli tipik iflic 

tutmaları olduğunu iddia edən 

həkim Mebiusa dərin hörmətimə 

baxmayaraq,  burada  faciəvi 

aldanışın  dərki  mənə  ildırım 

zərbəsi  kimi  görünür:  uzun 

və  əzablı  mübarizədən  sonra 

Niçşenin varlığı əvvəllər onun 

ayrılmaz hissəsi olan iblisanə 

düşüncə  tərzindən  imtina 

etməyə başladı. Tomas Mannın 

fikrincə, bu yanlış fikir “əclaflığın 

iztirab  çəkən  peyğəmbəri”nin 

həyat və əxlaqı bir-birinə qarşı 

qoymasından  doğmuşdur. 

“Həqiqət  ondadır  ki,  -  Mann 

əlavə  edir-  əxlaq  və  həyat 

vahid tamı təşkil edirlər. Etika 

– həyatın dayağı, əxlaqlı insan 

isə həqiqi həyat vətəndaşıdır”. 

Mannın  mülahizələri  öz 

alicənablığı ilə gözəldir: ancaq 

hətta biz onun məsləhətlərinə 

əməl edərək [bu ideal dənizdə] 

sərbəst  üzmək  üçün  vaxt 

qənaət etsək də, bizim gəmimizi 

Turindəki  Niçşedən  başqa 

heç kim idarə edə bilməz. Bu, 

təkcəüzəcəyimiz suların başqa 

olduğunu göstərmir, həmçinin, 

əsəb sisteminin tam fərqli mex-

anizmini tələb edir: hətta burada 

gəmi kanatı qalınlığında polad 

əsəblərdən  danışmaq  yerinə 

düşər. Və bu kanat çox güman 

ki, bizə lazım olacaq, axı böyük 

təəccübümüzə  rəğmən,  biz 

Tomas Mannın sözlərinin gətirib 

çıxardığı  limanda  olacağıq,  - 

ancaq bu həmin liman olsa da, 

biz  özümüzü  onun  vəd  etdiyi 

kimi hiss etməyəcəyik.

Niçşenin Turin faciəsi bizə 

göstərir: əxlaqi qanunlarla har-

moniyada  olan  həyat  azad 

seçim  deyil,  çünki  hər  hansı 

əks  apriori  seçmək  mümkün 

deyil. Mən bu qanunlara zidd 

olaraq yaşaya bilərəm, ancaq 

məni onlarla qırılmaz surətdə 

bağlayan sirli və qarşısıalınmaz 

qüvvədən azad ola bilmərəm. 

Əgər  mən  nə  olursa-olsun, 

əxlaqi qaydaların əksinə olaraq 

yaşasam,  yəqin  ki,  öncədən 

duyulan  miskin  bir  ictimai 

həyata daxil olacağam - və bu 

həyatda,  Niçşenin  sözləri  ilə 

desək, “yaşamaq və ədalətsiz 

olmaq  eyni  şeydir”  -    ancaq 

məni mövcudluğumun mənası 

haqqında  qüssələnməyə 

məcbur edən həlledilməz kon-

flikti  çözə  bilməyəcəm.  Çünki 

hal-hazırda ictimai həyatın bir 

hissəsi  olaraq  mən  yenə  də 

anlaşılmaz  səbəbdən  vahid 

tam  adlandırdığım  nəsnənin 

hissəsi olaraq qalmağa davam 

edəcəyəm.  Və  burada  Kanta 

müraicət  etmədən  keçinmək 

olmaz-    məhz  O,  yuxarıda 

adıçəkilən  qaydalarla  birgə 

onları pozma haqqını daxilimdə 

yerləşdirib.

Burada  biz  artıq  limana 

girişi  göstərən  bakenlər 

arasında  manevr  edirik.  Özü 

də kor-koranə: mayakda hamı 

yatır  və  bizim  manevrlərimizi 

idarə  etməyə  kimsə  yoxdur. 

L ö v b ə r i , k a i n a t ı n   ə x l a q 

qaydalarının ali mənasını əks 

etdirməsi  haqda  suallarımızı 

sürətlə  udan  alatoranlıqda 

atmaq lazım gəlir. Və biz belə bir 

xəbərsiz vəziyyətdə dayanır və 

hər tərəfdən bədbəxtlik sorağı 

ilə astaca bizə yaxınlaşan yeni 

yoldaşlar müşahidə edirik. Biz 

onlara hər hansı xəbərdaredici 

işarə vermək gücündə deyilik, 

biz  onları  yalnız  əzab  dolu 

baxışlarla  yola  salırıq.  Bizə 

elə gəlir ki, belə də olmalıdır: 

uzaqdan bizə yaxınlaşanlar da 

günlərin  bir  günü  buna  oxşar 

hisslər  keçirəcəklər  –  bu  gün 

olmasa da, sabah... ya on, ya 

da otuz ildən sonra.

Ən geci – Turində.



Yüklə 388,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin