10
F İ L M F İ C T İ O N
Eyni ildə “Cənnətin krallığı”
(“Kingdom of Heaven”) filminə
çəkilir.
Aktyora ən uğur gətirən
filmlərindən biri isə “Sehrbaz”
(“The Illusionist” 2006) filmi-
dir. Bu filmdə Norton öz
sənətini çox gözəl səviyyədə
və intellektuallığı ilə nümayiş
etdirir. Və film kinotənqidçilər
tərəfindən bəyənilmişdir.
2008-ci ildə “Ağlasığmaz Halk”
(“The Incredible Hulk”) filmində
aktyor rol alır. Ancaq bu film çox
da uğurlu olmur. Daha sonra
“Qürur və Şöhrət” (“Pride and
Glory”) filmində Norton, qaranlıq
keçmişi olan detektiv rolunu
oynamışdır.
2009-cu ildə rejissoru Tim
Blake olan “Leaves of Grass”
filmində Edward Norton, biri
fəlsəfə
professoru, digəri isə bir
ot yetişdiricisi olan tək yumurta
əkizlərini canlandırır. Bu filmdə
o, həm baş rol həm produser,
Tim Blake isə həm rejissor, həm
ssenarist, həm də aktyor olaraq
iştirak edir.
Emi Adams (tam adı Emi Lou
Adams) 1974-cü il 20 avqust
tarixində İtaliyanın Aviano
şəhərində Riçard və Ketrin
Adamsların ailəsində dünyaya
gəlmişdir. Eminin atası hərbçi idi
və bir müddət İtaliyada yerləşən
hərbi hissədə xidmət edirdi.
Lakin Eminin yeddi yaşı olanda
onların ailəsi artıq Kolorado
ştatında yerləşən Kast Rok
şəhərinə köçmüşdülər. Sonralar
onun atası Riçard hərbi qulluğu
ataraq müğənni olmuş, tez-tez
gecə klublarında və restoran-
larda çıxış edirdi. Odur ki, Emi
yaradıcı mühitdə böyümüşdür.
Onun valideynləri mormon idilər
və öz övladlarında dinə qarşı
AMY
ADAMS
BİOQRAFİYA
11
F İ L M F İ C T İ O N
hörmət yetişdirməyə çalışırdılar. Lakin Emminin 12 yaşı tamam
olanda ailəsi kilsəni tərk etmişdi.
Orta məktəbdə Emi Adams məktəb xorunda oxumuş, yerli teatr
tamaşalarında aktiv iştirak etmiş, Devid Teylorun rəqs məktəbində
baletlə məşğul olmuş və vaxtının əksər hissəsini heykəltəraşlığa
həsr etmişdir. Məktəbdə tədris olunan fənlərdən Emi human-
itar elmlərə daha çox meyl etmiş, xüsusən də ədəbiyyatı çox
sevmişdir. Ədəbiyyata olan sevgisi Emiyə teatrda çox yardımçı
olurdu. Bunula belə, qeyd etmək lazımdır ki, orta məktəbdə
oxuyarkən Emi həm balet, həm teatr, həm də xor dərslərinə
eyni həvəsi göstərmiş, bunlardan hər birinə özünü eyni əzmlə
həsr etmişdir.
Yeniyetmə yaşlarında Emi ciddi şəkildə yüngül atletika ilə
məşğul olurdu. Valideynləri də qızlarını idmanla məşğul olmağa
həvəsləndirirdilər. Adamsların ailəsində Emidən əlavə daha altı
övlad (iki qız və dörd oğlan) böyüyürdü. Odur ki, valideynləri
övladlarına kollec təhsili verə bilməyəcəklərini anlayırdılar. Uğurlu
idmançı olması Emiyə stipendiya proqramı hesabına kollecdə
təhsil ala bilmək imkanı verirdi. Lakin Eminin öz arzuları var idi.
O, peşəkar balerina olmaq istəyirdi. Odur ki, Emi atletikanı atıb
özünü dərslərə, Devid Teylorun rəqs məktəbinə qəbul olmağa
imkan verəcək imtahan nəticələrinin əldə olunmasına həsr etdi.
Bununla belə, 18 yaşı olanda Emi nə qədər səylə çalışmasından
asılı olmayaraq, heç vaxt yaxşı balerina ola bilməyəcəyini
düşündüyündən baleti də atır. Bu dəfə onun seçimi musiqili
teatr üzərinə düşdü. Gənc qız musiqili teatrın özünü ifadə etmək
üçün daha geniş imkanlar yaratdığına inanırdı. Emi daima ulduz
olmağı arzulamışdır və bir dəfə onu yaralanmış aktyoru əvəz
etmək üçün “Boulder`s Dinner” teatrına dəvət etdilər. Hazırlığa
çox az vaxtı olmasına baxmayaraq, Emi bütün mahnı və rəqsləri
çox diqqətlə öyrənmiş, tamaşanın lent yazısını əzbərləyənədək
təkrarən izləmişdir.
Orta məktəbi bitirdikdən sonra Emi “The Gap in Atlanta” (Atlantada
dağlar arasındakı məşhur turistik ərazi olan uçurumun şərəfinə
adlandırılmışdır) mağazasında işə düzəlmişdir. Emi oradakı işi
haqqında deyir: “Mən həmin vaxtlar Atlantada yaşayırdım. Oralar
dağlıq ərazilərdir və mən uçurum üzərində yerləşən bir mağazada
satıcı işləyirdim. Əslində mən anbarda işləmək istəyirdim, lakin
mağazanın meneceri mənə məhz mağazanın girişində, birbaşa
alıcılarla işləməli olduğumu söylədi. O, mənim hər bir insanla dil
tapdığımı söyləyirdi”. Bununla paralel olaraq Emi həm də ofisi-
ant kimi çalışırdı. 90-ci illərin ortalarında Emi çox nüfuzlu teatr
olan “Chanhassen Dinner Theater” teatrında çalışmağa başladı.
Teatrın direktoru Maykl Brindizi o zaman qeyd etmişdir: “Gəlin
açıq danışaq, Emi çox qeyri-adi aktrisadır. Mən onu tapmışam
və indən sonra onun karyera inkişafında birbaşa iştirak etmək
istəyirəm”. Brindizi Emi Adamsı ilk dəfə Denverdə, “Crazy for
you” tamaşasına aktyor seçimləri zamanı görmüşdü. Həmin günü
xatırlayaraq Brindizi deyir: “Onda o qədər cazibə var idi ki, Emi
dərhal rola qəbul edildi”. Emi bu teatrda üç ildən artıq müddətdə
çalışmışdı və onun sözlərinə görə həmin illər ona bir çox şey
bəxş etmişdi.
12
F İ L M F İ C T İ O N
Elə məhz “Chanhassen Dinner Theater”-in səhnəsində
olarkən Emi və onun təkrarolunmaz cazibəsi prodüsser
Maykl Nelosnun diqqətini cəlb etmişdi. Növbəti ildə
(1999-cu il) Emi Minnesota ştatında çəkilmiş “Drop
Dead Gorgeous” (“Heyranedici gözəllər”) filmi ilə ekran-
larda debüt edir. Kristi Alleyin (Kristie Alley) təkidi ilə
filmin təqdimatı üçün Emi ABŞ-ın kinematoqrafiya
beşiyinə təşrif buyurdu. “Los Ancelesə gəlməyim mənim
həyatımı tamamilə dəyişdi. Hollivuda gəlmək fikri heç
mənim ağlımdan da keçmirdi. O vaxtlar mənə elə gəlirdi
ki, filmlərə xüsusi insanlar çəkilir. Amma film aktyorları
olmaqla yanaşı, sadə insan kimi qalmağı bacaran
insanlarla tanışlıq bu haqda olan fikrimi tamamilə
dəyişdi. Kristi də mənim bu işə yaradığımı düşünürdü.
Qəribədir, amma bəzən insanın kənardan veriləcək bir
təkana ehtiyacı olur”.
Los Ancelesdə olarkən Emi “The Firm” şirkətinin
meneceri Steysi Bonillo ilə tanış oldu və həmin şirkətin
hazırladığı televiziya serialında rol aldı. Həmin serial
Eminin Ketrin Merolun rolunu ifa edəcəyi nəzərdə
tutulduğu “Qəddar oyunlar” filmində danışılacaq
hadisələri təqdim etməli idi. Lakin “Fox Broadcasting”
və “Columbia TriStar” şirkətləri arasında baş vermiş
münaqişə nəticəsində serialın təzəcə başlamış
çəkilişləri dayandırılmışdı. Artıq çəkilmiş materialdan isə
sonradan “Qəddar oyunlar 2” (“Cruel İntentions2”) filmi
hazırlanmışdı. Emi həmişə mənfi obrazı canlandırmaq
istədiyini bildirsə də, Ketrin rolunun ifasında o çox da
məmnun deyildi – “Mən ona (Ketrinə) haqq qazandıra
bilmirdim. O sadəcə mənim xoşuma gəlmirdi və mən
onun kimi olmaq istəmirdim. Los Ancelesə təzə köçəndə
mən, demək olar ki, əsl ifritə xasiyyətli biri idim”. Daha
sonra Emi “Çimərlik dəlilik” (“Psycho Beach Party”)
komediya filmində Enn Marvelin rolunda, həmçinin
“Bu, 70-ci illərin şousudur”, “Ovsunlanmışlar”, “Baffi,
vampir ovçusu”, “Smolvillin sirləri” kimi seriallarda
çəkilmişdir. Emi, həmçinin müxtəlif kinofestivallarda
təqdim olunmuş “The Chorium Hook” filmində də iştirak
etmişdir. 2002-ci ildə Emi “The Slaughter Rule” (“Qırğın
qanunları”), “Pumpkin” (“Balqabaq”) filmlərində kiçik rol-
larda, “Serving Sara” (“Fırıldaqçılar”) filmində isə Metyu
Perri ilə birgə çəkilmişdir. Bundan əlavə, Emi sevimli
şousu olan “Qərb qanadı”da və qardaşı Eddinin
13
F İ L M F İ C T İ O N
ssenari müəllifi olduğu “Pennies” (“Pennilər”)
qısametrajlı filmində rol almışdır.
Bundan sonra Emi Leonardo Di Kaprio ilə birgə
Stiven Spilberqin “Catch me if you can” (“Bacara
bilsən, tut məni”) avantürist komediya filmində
Brenda Stronq rolunda çəkildi. Spilberqin
köməkçisi Eminin rollarından birini Spilberqə, o
da öz növbəsində həmin videoyazını Di Kaprioya
göstərmişdi. Eminin cazibəsi onların hər ikisini
o andaca məst etmişdir. Eminin ifası kino-
tənqidçilər və aktrisanın pərəstişkarları tərəfindən
xoş qarşılanmışdı. “Bu rol mənim belə yüksək
səviyyədə, bu cür görkəmli insanlarla birgə ilk
işim idi. Stiven Spilberq mənə inandı...mən film
aktrisası kimi hansı səviyyədə olduğumdan
əmin deyildim. Bununla belə, bunun hələ son
olmadığına və gələcəkdə daha yüksək səviyyəyə
qalxacağıma ümid edirəm. “Bacara bilsən, tut
məni” filminin çəkilişlərində qazandığım təcrübə
mənə buna qadir olduğumu göstərdi”, deyə Emi
qeyd edir.
Lakin “Bacara bilsən, tut məni” filmi ekranlara
çıxdıqdan sonra tam bir il ərzində Emi heç bir
yeni rol təklifi almamışdı. Bu fakt Stiven Spilberqi
çox təəccübləndirmişdi – “Bizim kiyafət qədər
uğurlu olan filmimizdən sonra Eminin belə az
çəkilməsi məni çox təəccübləndirirdi. Əslində
bu film ona yeni təkan verməli idi. Lakin Emi
gözlənildiyi qədər məşhurlaşmamışdı”.
2004-cü ildə Emi “The Last Run” (Soununcu
təqib”) filmində ikinci dərəcəli rol almış, “The King
of the Hill” cizgi serialında bir neçə qəhrəman
obrazını səsləndirmiş, “Doktor Veqas” televiziya
serialında Elis Doqerti rolunu almışdır. Lakin
bir müddət sonra müqavilə ilə bağlı yaranmış
problemlər səbəbindən, Emi serialdakı rolun-
dan azad edilmişdi. “Onlar mənim müqaviləmə
dəyişikliklər etmək istəyirdilər. Güzəştə
getmədiyim üçün məni roldan azad etdilər. Mənə
elə gəlir ki, qadınlara qərar qəbuletmə prosesini
nəzarət altına almaq üçün müəyyən zaman tələb
olunur. Baş verən hər bir şeyin qismət olduğunu
düşünüb, olanlara müdaxilə etmirsən. Həmin yay
ilk dəfə idi ki, mən o müqavilənin şərtlərini yerinə
yetirmək və sonrakı nəticələrə görə məsuliyyət
daşımaq istəmədiyimi bildirdim. Yayın sonunda
mən işsiz olsam da, xoşbəxt idim və verdiyim
qərara görə özümlə fəxr edirdim”, deyə Emi qeyd
edir. Az sonra “Doktor Veqas” televiziya serialı
bağlanmışdı. Bununla belə, Emi Adamsı qarşıda
bundan daha yaxşı rollar gözləyirdi.
2005-ci ildə Emi Adams “The Wedding Date”
(“Toy Günü”) komediya filmində Debra Messinqin
bacısı rolunda çəkilmişdir. Onun növbəti rolu
“Junebug” (“İyun böcəyi”) filmindəki Eşli Consten
obrazı olmuşdur. Bu rol onun karyerasında
dönüş nöqtəsi oldu. Rejissor Fil Morrisson Emini
“Bacara bilsən, tut məni” filmində görmüşdü.
Lakin aktrisa özü bu filmə xoş təsadüf nəticəsində
gəldiyini deyir: “Mən “Doktor Veqas” teleserialının
çəkilişlərində idim, lakin studiya rəhbərliyi bir
neçə gün ərzində mənə ehtiyac olmayacağını
söyləyərək məni evə göndərdi. Əslində, mən
işlərin bu cür gedişatından narazı idim. Lakin
sonradan məlum oldu ki, mən həmin günlər “İyun
böcəyi” filminin aktyor seçimlərində
14
F İ L M F İ C T İ O N
iştirak etməliyəm. “İyun böcəyi”
filminin çəkilişləri 2004-cü ilin
yayında Şimali Karolina ştatının
Uinston-Seylem şəhərində üç
həftə ərzində başa çatmışdı”.
Emi həmin yay ərzində özünü
tapdığını deyir. Hətta filmin
çəkilişləri bitdikdən sonra belə
təbiətən sarışın olan Emi saçının
rəngini filmdəki qəhrəmanı
Eşlinin kürən saçları rəngində
saxladı. Həmin il Eminin 30 yaşı
tamam olurdu. Aktrisanın hər
iki bacısı hamilə idilər. Aktrisa
özü isə filmdəki rolu üçün süni
hamiləlik qarnı gəzdiridi.
Eşli Consten rolunu son
dərəcə gözəl ifa etməsi Emiyə
SunDance kinofestivalında
mükafat qazandırdı. Bu uğur
Eminin özünə olan inamını
daha da artırmışdı. Bu rol ona
mükafat qazandırmağa davam
edirdi. “Milli Kino Tənqidçiləri
Cəmiyyəti” ona bu roluna görə
ən yaxşı ikinci dərəcəli qadın rolu
mükafatı tədqim etmişdi. İfasına
görə Emi “Oskar” mükafatına
da namizəd olmuşdu, lakin
həmin il “Oskar” aktrisa Reyçel
Vayza təqdim olundu. “Bütün bu
hadisələr tam zamanında baş
verdi. Los Ancelesə köçəndən
sonra ağlımı itirmədiyim üçün
çox şadam. 20 yaşında ikən
müstəqil həyat çox çətin olur.
Mən çox utancaq biri idim”,
deyə Emi qeyd edir. Bununla
yanaşı, aktrisa “Oskar”
almadığına hətta sevindiyini
də qeyd edirdi: “Bu mükafatın
adıma gətirəcəyi məşhurluq
və diqqətə hazır deyildim. Mən
həm də məzəmmət olunmaq-
dan qorxurdum”.
“ İ y u n b ö c ə y i ” f i l m i n i n
auditoriyasının kifayət qədər
dar olmasına baxmayaraq,
tənqidçilər Emi Adamsın işini
yüksək qiymətləndirirdilər. Bu
isə öz növbəsində aktrisaya
olan marağı artırırdı. “İyun
böcəyi”dən sonra Emi “Standing
Still” (“Geriyə baxmadan”)
və “Talladega Nights: The
Ballad of Ricky Bobby” (“Rikki
Bobbi: Yollar kralı”) filmlərində
çəkilmişdi. Emi Adams tele-
viziya layihələrində iştirak
təklifləri də alırdı. Həyatında baş
vermiş hadisələrdən biri olaraq
Emi “Ofis” teleserialındakı
iştirakını qeyd edir. Burada o,
Keti obrazını canlandırmışdır.
2006-ci ilə Emi “Tenacious
D in The Pick of Destiny”
(“Bəxtəvərlər”) və “Fast Track”
(“Keçmiş məşuq”) filmlərində
çəkilmiş, 2007-ci ildə isə Uolt
Disney studiyasının layihəsi
olan “Underdog” çoxseriyalı
cizgi filminin səsləndirilməsində
iştirak etmişdir.
2007-ci ilin sonunda Emi Disney
studiyasının daha bir uğurlu
layihəsi olan “Enchanted”
(“Ovsunlanmış”) filmində
çəkilməklə, nəhayət, əsl
ulduza çevrildi. Filmin rejis-
soru Kevin Lima 200 namizəd
aktrisa arasından qəti olaraq
Emi Adamsı bəyənmişdi. “Emi
seçimlərə gələn gün mən
soyuqlamışdım. Özümü çox
pis hiss edirdim. Lakin Eminin
ifası mənə xəstə olduğumu
unutdurmağı bacardı”. Ən
geniş anlamda götürdükdə,
həmin vaxtlar Emi geniş izləyici
kütləsi üçün məşhur deyildi və
rejissor seçimi təsdiqləməklə
studiya böyük risk altına girirdi.
Amma Eminin ifası riskin haqlı
olduğunu göstərdi və nəticədə
“Ovsunlanmış” filmi əsl xitə
çevrilməyi bacardı. Filmdə Emi
həm oynayır, həm də oxuyurdu
və bununla bütün dünya üzrə
milyonlarla izləyicinin qəlbini
ovsunlamağı və tənqdçilərdən
öz ünvanına təriflər qazanmağı
bacarmışdı. Bu filmdəki
roluna görə Emi Adams “Qızıl
Qlobus”, “Critic`s Choise”
afatları ş verdiyi komediya
15
F İ L M F İ C T İ O N
mükafatları daxil olmaqla bir çox
mükafat qazanmış, “Satellite
Award” mükafatına namizəd
olmuşdur. Bütün bunlar Emi
Adamsa birinci dərəcəli aktrisa
adı qazanmasına yardımçı oldu.
Emi baş rollarda Tom Hensk və
Culia Robertsin çəkildiyi “Çarli
Uilsonun müharibəsi” filmində
Bonni Bak rolunu ifa etmişdir.
2008-ci ilin fevralında SunDance
f e s t i v a l ı n d a “ S u n s h i n e
Cleaning” (“Tərtəmiz”) filminin
premyerası baş tutdu. Bu filmdə
Emi oğlunun özəl məktəbdə
təhsilinə pul yığmaq üçün qeyri-
adı bizneslə, cinayət törədilmiş
yerlərin təmizlənməsi ilə məşğul
olmağa başlayan qadın obrazını
canlandırmışdır. Bundan
sonra Emi hadisələrin İkinci
Dünya Müharibəsi ərəfəsində
Londonda baş verdiyi komediya
filmi “Miss Pettigrew Lives for a
Day” (“Miss Pettiqryu bu günlə
yaşayır”) filmində baş rolu ifa
etmişdir. Emi müğənni və aktrisa
olan Delisiya Lafosun rolunu
mükəmməlliklə yaratmışdır.
Filmdə onunla birgə Eminin
ən sevimli aktrisalarından
biri Frensis Makdormand da
çəkilmişdir.
2007-ci ilin sonunda Emi Meril
Strip və Filip Seymur Hofmanla
birgə “Doubt” (“Şübhə”) filmində
çəkilmişdi. Filmdə Meri Stripin
canlandırdığı rahibə obrazı
F.S.Hofmanın qəhrəmanını
( r a h i b i )
p e d o f i l i y a d a
günahlandırır. Emi isə müharibə
aparan bu iki tərəf arasında
qalmış gənc rahibə rolunu
oynayır. “Şübhə” filmindən
sonra Emi Meril Strip ilə daha
bir filmdə “Julie & Julia” (“Culi
və Culiya”) bir yerdə çalışırlar.
Meril Strip kulinariya aləminin
əfsanəsi Culiya Çayldın rolunu,
Emi isə məşhur müəllifin kuli-
nariya kitabından olan bütün
reseptlərin sirrini tapmağa
çalışan həvəskar-aşpazın
rolunu ifa edir. Eminin növbəti
rolu “Night at the Museum2”
(“Muzeydə gecə2”) komediya
filmindəki Emiliya Ertxartın
obrazı olmuşdur.
2010-cu ildə Eminin iştirakı
ilə daha iki film, “3 gün
ərzində evlənmək” romatik
komediyası və “The Fighter”
(“Döyüşçü”) bioqrafik dramı
işıq üzü gördü. Sonuncuda
Emi məşhur İrland boksçusu
Mikki Uordun sevgilisi cəsarətli
Şarlinq Fleminqin obrazını
canlandırmışdı. “Döyüşçü” Ən
yaxşı Film kategoriyasında
“Oskar” namizədi olmuşdur.
Aktrisanın filmdəki rolu çox
yüksək qiymətləndirilmişdir.
Kino-tənqidçi Co Morqenşteyn
Wall Street Journal üçün yazırdı:
“Emi “Ovsunlanmış” filmində nə
dərəcədə heyranedici və gözəl
idisə, “Döyüşçü” filmində də
bir o qədər mətanətli, diqqətli,
ağıllı və istehzalıdır. İnanılmaz
dərəcədə istedadlı aktrisa!”.
Bu roluna görə Emi Adams
“BAFTA”, “Broadcast Film
Critics Association Award”,
Kinoaktyorlar Gildiyası,
“Qızıl Qlobus”, və “Oskar”
mükafatlarına namizəd olmuş,
birinci iki mükafatı qazanmışdır.
2012-ci ildə Emi bütün karyerası
ərzində bəlkə də mükəmməl
rollardan biri, Pol Tomas
Andersin “Master”filmində Filip
Seymur Hofmanın canlandırdığı
dini təşkilat liderinin nüfuzlu və
amansız həyat yoldaşı Peqqi
Dottun rolunu ifa etmişdir.
“Rolling Stone” jurnalının
yazarı Piter Trevers Eminin
ifası haqqında qeyd edir: “Sadiq
həyat yoldaşı obrazına qatdığı
zərif despotizm üçün Emi Adams
kino mükafatları birliklərinin ən
yüksək diqqətinə layiqdir”.
Elə həmin il Emi Klint İstvudun
c a n l a n d ı r d ı ğ ı b e y s b o l
məşqçisinin qızı rolunda
çıxış etdiyi“Trouble with the
Curve” (“Fırlanan top”)filmi
işıq üzü gördü. Film tamaşaçı
və tənqidçilər tərəfindən
birmənalı qarşılanmasa da,
aktrisanın rolu bir daha müsbət
qiymətlənidirilmişdir. AdamS,
həmçinin Braziliyalı rejissor
Valter Sallensin “Yolda” filmində
də iştirak etmişdir. Burada
o, narkotik vasitələrdən asılı
olan şairə Ceyn Li obrazını
yaratmışdır. Film Kann
Festivalında təqdim olunmuş
və qarışıq rəylər almışdır.
Yaxın gələcəkdə Emi Adams
Spayk Consun “Onu” və
Stiv Martinin “Gözəllik
obyekti”filmlərində yer alacağı
planlaşdırılır. Həmçinin, Emi ilk
dəfə olaraq prodüser rolunda
çıxış etməyi planlaşdırır.
Bundan əlavə Emi “Qaranlıq
sərhədlər” dramında da rola
təsdiqlənmişdir.
16
F İ L M F İ C T İ O N
Bu müsahibə 31 oktyabr 1975-ci ildə Parisdə “Antenne-2” kanalında
yayımlanan “Dix de Der” verlişində alınıb. Bu, rejissorun 1 noyabr
1975-ci ildə öldürülməsindən əvvəl verdiyi son müsahibəsidir.
PAOLO
PAZOLINI
REJİSSORUN SON MÜSAHİBƏSİ
17
F İ L M F İ C T İ O N
Son filminiz - (Salò o le 120 giornate di Sodoma)
kinoteatrlarda göstərilməyə başlayanda biz
növbəti skandalın şahidi olacağıq?
Xeyr. Doğrusu insanların qanını dondurmaq,
skandal yaratmaq böyük bir zövqdür. Skandal
yaratmağın zövqünü rədd edən insan moralistdir.
Cinsəllik, siyasilikmi?
Təbii ki...
Skatologiya?
O da həmçinin. Siyasi olmayan heç bir şey
yoxdur.
Hanibalizm?
Bəzən siyasi və real bir fakt, bəzən isə siyasi
bir metafor.
Bu siyasi düşmənlərinizdən xilas olmaq üçün
ən yaxşı yoldu sizcə?
Baxın, son zamanlar Swift kimi iki təklif irəli
sürmüşdüm: ibtidai müəllimləri və italyan tele-
viziya prodüsserlərini parçalayaraq yemək.
Sizcə, çox qəddarcasına deyil?
Mədəmiz sağlamdır.
Burjua və Burjuaziyaya həmişə kininiz
qalıbmı?
Bu kin deyil, daha çox həm artan, həm də azalan
bir şeydir. Təəssüf ki, bu məqamda kinə qarşı
çıxmalı oluram, çünki İtaliyada hər kəs burjua
olub.
Bəs burjualılar filmlərinizdən birinin
uğurundan daha çox müvəffəqiyyət əldə
edərsə, bu sizə təsir edər?
Burjualılar heç vaxt bunu edə bilməz. Bunu
bacarsa, ancaq elit burjualılar edə bilər ki, mən
özüm də onlardan biriyəm.
Niyə daha mübarizə aparmırsınız?
Nə mənada?
Artıq siyasi bir döyüşçü deyilsiniz.
Hal-hazırda siyasi müharibənin içindəyəm. Bu
günə kimi heç bir partiyaya üzv olmamışam. Mən
azad bir marksistəm. Müharibəyə davam edirəm.
İnsanların sizə küçədə söyüşlər yağdırdığı
vaxtlar üçün darıxırsınızmı?
Hələ də söyürlər.
Bu sizə zövqmü verir?
Söyüşlərə cavab vermirəm, çünki mən bir mor-
alist deyiləm.
Dostları ilə paylaş: |