Siz hansını seçərdiniz? Şair, roman yazarı,
ssenarist, aktyor, tənqidçi, yoxsa rejissor?
Pasportumda “Yazıçı” deyə göstərilir.
Belə bir sirrdən, “Sodomun 120 günü”dən
niyə hər yerdə danışdınız?
Bütün əsərlər sirrli başlamalıdır. Salo`nu digər
filmlərimdən daha çox müdafiə edirəm, çünki
onda yaxın, qəfləti təhlüklələr var.
18
F İ L M F İ C T İ O N
Qəfləti təhlükələr deməklə nəyi nəzərdə
tutursunuz?
Skandal yaratmaqdan qaçınan molaristin
hücumunu.
Müharibə ərəfəsində İtaliyada qurulmuş
bir cümhuriyyət modeli yaratdınız. Salo
Fransada işğal vaxtındakı Vichy rejimini bir
az xatırlatmırmı?
Bəli, şübhəsiz Vichy ilə eynidir.
Bu yer təxminən haradadır?
İtaliyanın şimalında, paytaxtı Salodur. Filmin adı
da buradan gəlir.
Bəs bunu kim yaradıb?
Səhv etmirəmsə, Mussolini.
Geriləmə dövründə olduğunumu demək
istəyirsiniz?
Böyük Qərb Kapitalizmi Dövründəki geriləmə
yox, Hitlerin vaxtlarındakı geriləmə.
Filmdə yüzlərlə gənc oğlan və qızların
qorxunc və şiddətli rəftarlara məruz qaldığını,
hərəkətlərə və işgəncələrə göz yumduğunu
bilirik. Bu gəncləri necə bir yerə yığa bildiniz?
Bunu edərkən Markiz De Sadın sehrli rəqəmlərini
izlədim, 4 rəqəmi kimi... Qurbanlar cəmi 20
nəfər olardı, yüz deyil. Onları seçərkən digər
filmlərimdə etdiklərimi təkrarladım. Yüzlərlə
insanla tanış oldum və sadəcə uyğun olanları
seçdim.
Bunlar mazoxist aktyorlardırmı?
Seçmişəmsə, demək, hər biri mazoxistdir.
1 noyabr 1975-ci il... Pier Paolo Pasolinin
ölümündən bir neçə saat öncə Salo haqqında
dedikləri:
Circeo cinayətindən öncə Sal Cümhuriyyəti
haqqnda film çəkdiniz...
Bəli, görmək üçün səbirsizlənirəm. Filmimi
əvvəl ola biləcəyi qədər qorxunc bir hiss,
sonra isə düşündüyümüz faktların sakitliyi
və harmoniyası olaraq düşünmüşdüm. Hələ
də üzərində işləyirəm. Kino bir az da texniki
işdir, səhnə səhnə, plan plan. Bu film adamı
müəyyən məqamlarda düşündürür. Hələ montaj
mərhələsindəyik. Nəticə həmçinin mənim etdiyim
və istədiyim kimidir. Amma ilk dəfə baxmadan
öncə bir neçə məqam da var. Narahatam və
qorxuram.
2 Noyabr 1975-ci il... Pier Paolo Pasolinin
döyülmüş cəsədi Romadan kənarda, Ostia
adlı bir yerdə, tərk edilmiş ərazidə tapıldı...
19
F İ L M F İ C T İ O N
Əgər
alkoqol
danışa
bilsəydi, o
da insan
haqqında
çox şey
deyə
bilərdi.
(A. Hiçkok)
20
F İ L M F İ C T İ O N
Müasir müəlliflərin filmlərində
alkoqol təkcə stressi yatırmaq
üçün deyil, eləcə də qəhrəmanın
daxili aləminin açılmasına
yönəlik priyomdur. A.Hiçkok
demişkən, “Əgər alkoqol danışa
bilsəydi, o da insan haqqında
çox şey deyə bilərdi”. İntuitiv və
emprik olaraq tez-tez rejissor-
lar bu mövzuya əl atır. Alkoqol
(burda istənilən növ spirtli içki
nəzərdə tutulur) süjetə daxili və
xarici təzahür kimi də gələ bilər.
Xon Sonsu özünün sonuncu,
“Onun gəldiyi gün” filmində
ənənəvi iaşə məntəqəsini təsvir
edir. Burada hər dəfə süzülən
içki qəhrəmanların müxtəlif
vəziyyətilərini əks etdirir,
qəhrəmanlar günün istənilən
vaxtı içir, əhvallarının yaxşı və ya
pis olmasından asılı olmayaraq,
filmin interpretasiyasına
inansaq, içki ən yaxşı dostu əvəz
edir. Rejissor bizi inandırmağa
çalışır ki, içki ilə dünya cəhaləti
və sevincini yaşamaq olar.
Koreyalı rejissor bəlkə də
Dekartın məşhur maksimasını
özünəməxsus şəkildə bizə
belə çatdırır: “İçirəmsə, demək
yaşıyıram” Aleksandr Peynin
“Yolkənarında” içki, unison
təsir kimi qəhrəmanın ətrafında
“hərəkət edir” Ailəsini itirmiş
yalqız kişi Kaliforniya üzüm
tarlalarında özünə iş tapmaq
üçün sərgərdan həyat keçirir.
Aki Kaurismiyakinin “Havr” film-
inin qəhrəmanı Marsel Marks
kalvadossuz keçinə bilmir.
Rejissor filmin çəkilişləri zamanı
hər 100 kadrdan sonra aktyor-
lara bir stəkan alma brendisi
içməyə icazə verirmiş. Onun
filmlərində içki içmək ətrafda
baş verən prosesləri dərk etmək
anlamına gəlir.
Alkoqol mövzusu haqqında
danışarkən Otar İoselianini də
qeyd etmək lazımdır. Onun
filmlərində qırmızı gürcü çaxırını
tez-tex görmək mümkündür.
Kinotənqidçi Maykl Siçinski
Kaurismiyaki və İoseliani filmləri
haqqında yazarkən qeyd edir ki,
“Bu iki rejissor üçün içki “əsas
mütənasiblik yaradan” amildir.
Hər bir konflikt kiçik süfrə
arxasında həll edilir.”
İçki haqqında yəqin ki, ən
maraqlı film “İtirilmiş həftsonu”
hesab edilə bilər. Bu filmdə Billi
Uayler, demək olar ki, alkoqolun
həyatda və filmdə tam yerini
göstərib. Onun traktovkasına
görə, alkoqol bir çox bədbəxtlik
və sevinclərin baiskarı ola bilər.
İçki sevgili verə bilər, pul verə
bilər, amma şöhrəti və hörməti
alır.
IN VİNO VERİTAS
VƏ YA FİLMDƏ ŞƏRAB
21
F İ L M F İ C T İ O N
ALEJANDRO GONZALEZ
İNARRİTU
XƏYALİ MÜSAHİBƏ
22
F İ L M F İ C T İ O N
Onu tapmaq elə də asan olmadı. Bunu öncədən
də bilirdik. Mexikoda axtarışlarımız ümidsizliklə
sonuclandı. Onu tanıyanlar Alexandronun
Mexikoda tapmağımızın imkansız olduğuna
inandırdılar. Uzun çək-çevirdən sonra nəhayət
ki, rejissorun yerini öyrənə bildik... Və içimizdə
közərməkdə olan ümid qığılcımlarını yenidən
alovlandırıb, rejissorun olma ehtimalı olan ölkəyə,
İspaniyaya gəldik. İnarritunu tapmağımızda
bizə yardımçı, rejissorun sonuncu – “Biutiful”
filminin qəhrəmanı olan aktyor, Xavier Bardem
oldu. Nəhayət ki, rejissorla əlaqə saxlaya bildik.
Azərbaycandan gəldiyimizi eşidəndə ilk sualı
“Azərbaycanın hansı qitədə yerləşməsi” oldu.
Avropa eşidəndə xeyli təəcübləndi. Və bir az
tərəddüd sonrası nəhayət ki, bizimlə görüşməyə
razı oldu. Məkan isə “Kafka” kafesi idi... İspaniya,
İnarritu, Kafka kafesi və azərbaycanlı bizlər...
– Necəsiniz, cənab Alexandro?
– Cənab deməsəniz əla olaram (gülümsədi və
anladıq ki, qarşımızdakı insan bizimlə səmimi
söhbət etmək əhvalındadır)
– Azərbaycandan sizə salam gətirmişik.
– Mənə telefonda azərbaycanlı olduğunuzu
deyəndə, doğrusu, təəcübləndim. Çünki həmin
ana qədər belə bir dövlətin mövcudluğundan
xəbərsiz idim. Coğrafyanı, tarixi yaxşı bilirəm,
amma nədənsə heç bir elmdə ölkəniz haqqında
məlumat qarşıma çıxmayıb. Sizinlə danışdıqdan
sonra, yəni dünən axşam internetdən Azərbaycan
haqda bir az oxudum. Neftiniz, qazınız var və İran,
Türkiyə, Rusiya kimi dövlətlərlə həmsərhədsiniz.
Amma deyəsən nəsə problemlər də var hansısa
dövlət ilə aranızda.
– Doğrudur. Bəs kinomuz, musiqimiz haqda
heç vaxt eşitməmisiniz?
– Siz türk mənşəli dövlətsiniz məlumatıma görə...
– Aha...
– Hə, Türkiyənin əla rejissorları var. Nuri Bilge
Ceylan, Yusuf Güney... Güneyin “Yol” filmi
var, o mənim ən sevimli filmlərimdən biridir.
Azərbaycan rejissorları, filmləri haqda, amma
eşitməmişəm. Bəlkə də gözəl filmləriniz var,
amma məlumatsızam bu barədə.
– Sizə Azərbaycan filmlərindən 1-2 film dvd-si
gətirmişik.
– Əla, çox təşəkkürlər. Mütləq baxacağam. (Ona
“Şərikli çörək” və “Bizim cəbiş müəllim”, “Ölsəm
bağışla” adlı filmlərin ingilis subtitrları ilə olan
disklərini veririk.)
23
F İ L M F İ C T İ O N
– Bir az da sizdən, filmlərinizdən danışaq.
“Ölüm” trilogiyası necə yarandı?
– “Ölüm” trilogiyası yaranmadan öncə bir
qısametraj işləmişdim. 1996-cı ildə. Düzünü
desəm maraqlı, həyəcanverici gəlsə də, rejis-
sorluq bir az da ağır gəlmişdi. Düzdü, televiziya
ilə uzun illər bağlılığım var, amma kino tamam
ayrı sahədir. Sən müəyyən zamana başında
olan, torpaqla dolu olan quyunu qazıb, içinə
səpilmiş qızılları tapıb tamaşaçıya ötürməlisən.
TV şoularda isə məkan anlayışı mövcuddur.
Zaman isə reklama, uzun cümlələrə, hər cür zir
zibilə hesablanıb. Qısametrajla başlamaq ekspe-
rimental xarakterlidir rejissor üçün. Yəni qabın
dərinliyi və ölçüsü ilə tanış olursan. Sizə deyim,
ətrafımızda, elə bu kafedə o qədər rejissor var ki,
ətrafınıza baxın, görün tanıya bilirsiz onları? -Yox.
-Niyə? Çünki, onlar öz qablarının nəinki ölçüsünü,
həcmini, heç qablarının mövcudluğunu belə
anlamayıblar. Anlayıblarsa da, risk etmədən daha
asan, daha rahat, daha əlçatan işlərə yönəliblər.
– Sizcə istənilən insan rejissor ola bilərmi?
– Yox, mən elə demədim. İstənilən insan həyata
bir peşə ilə gəlir. Əgər hər kəs öz qabını tapsa,
ölçüsünü, həcmini bilsə, inanın, dünya dəyişər.
– Bu qədər optimist təsəvvür etmirdik sizi...
– Haha (ucadan gülür)... Jurnalistlərin hər biri
adətən, mənimlə söhbətdə belə deyirlər. Bilirəm
təsviriniz nəyə görə formalaşıb. Filmlərimə görə.
Amma filmlərimdə siz tamaşaçılar pessimizm,
ölüm və s. görürsüz. Əslində filmlərimin hər
birində optimizm var. Mən ölümü son olaraq
təsvir etmirəm. Mənim düşüncəmdə ölüm doğuluş
qədər gözləniləndir.
– Maraqlıdır... Sizin ilk tammetraj filminiz
“Amores Perros” olub. Hər rejissorun imza
filmi olur filmoqrafiyasında. Necə düşünürsüz,
imzanızı atmağa tələsmədiz?
– (Bir qədər düşünür)... Elə deməzdim. “Amores
Perros” la mən, mənə, görə sevginin necə bir hiss
olduğunu göstərdim. Heç kimin fikir vermədiyi
reallıqları, insan talelərini toqquşduraraq. Film
itlərin üstündə cərayan edirdi, eyni zamanda da
film boyu bu bağlılıq undulurdu. Filmin uğurunun
səbəbi yetəri qədər səbrli olmağımızdır. Mənim
imza filmimi kinodan getdiyimi açıqladıqdan sonra
təyin etmək mümkün olacaq. Hələ ki, bu haqda
düşünmürəm...
– “Amores Perros”, “21 grams”, “Babel”dən
sonra “Biutiful”.... Tərzinizdən niyə bezdiz?
– Fərqlilik istədim bir qədər. Amma haqlısız
bezdim... “Biutiful” bütünlükdə Bardemin
çiyinlərində oturdu. O isə əla aktyordur. Nə vaxtsa
mütləq yenə onunla işləmək istəyərdim.
– Bir az da dünya kinosundan danışaq. Hansı
filmlərə baxırsız?
– Düzün desəm, filmə baxmağa vaxtım çox azdır.
Çünki çox xırdaçıyam və bir işə başladımsa, o iş
bitməyincə rahat ola bilmirəm. Rahat olmadan
filmə baxa bilmirəm. Son baxdıqlarımdan Trierin
“Antichrist”ini, Terens Malikinin “Tree of life” filmləri
olub. Hər ikisi əla filmlərdir. Terens Maliki usta
rejissordur. Bu filmə sadəcə film demək olmaz.
Çünki filmdə zaman, məkan anlayışını bu rejis-
sor yox edib.
– Sevdiyiniz, bəhrələndiyiniz rejissorlar
kimlərdi?
– Antonioni, Bergman, Tarkovski, Ozu, Fellini,
Kiarostami, Pazolini, Trier, Maliki, Tarr, Kieslovski,
Almodovar, Carmuşu deyə bilərəm...
– Əla! Sirr deyilsə “Kafka” kafesini nədən
seçdiz?
– Sevdiyim yazardır. Onun “Kənd həkimi” hekayəsi
var. İlk dəfə oxuyanda heç nə anlamamışdım,
amma bir neçə ay sonra təkrar oxudum və
deyərdim, dünyanın ən yaxşı hekayələrindən
biridir. Qəribə həyat yaşamış bir insan olub.
Yazıları qədər sirli, möcüzəvi...
– Sonda oxucularımıza deyəcəyiniz sözünüz
varsa, buyurun...
– Təşəkkür edirəm sənətə olan sevginizə görə.
Jurnal haqda məlumatlandım və bu cür kino
sevgisi olan insanları – sizi və oxucularınızı
24
F İ L M F İ C T İ O N
01
Rejissorun ilk uzun
metrajlı filmidir. Onur
kiçik bir tort dükanı işlədir.
Hər gün bir çiyələkli tort bişirir,
amma satmır. O , tortu ilk aşiq
olacağı insana saxlayır. Bir
gün dükana çəkiliş məqsədi
ilə Burcu Burkan gəlir. Bu
tanışlıq iki fərqli həyata sahib
olan insanların yaxınlaşmağına
fürsət verir. Lakin Burcunun bir
sirri vardır...
03
Mustafa hər işində
mükəmməli istəyən
bir reklam işcisidir. Fikret isə
sıradan bir taksi şoferidir.
Mustafanın həyat yoldaşı Fikret
ilə bərabərkən keçirdiyi qəzada
dünyasını dəyişir. Mustafa
isə o günə qədər görmədiyi
Fikrətin arvadı ilə niyə birlikdə
olduqlarını öyrənə bilmək
üçün Fikreti dağ evinə qaçırdır
və günlərlə müxtəlif yollarla
arvadı ilə Fikrətin arasındakı
münasibəti aydınlaşdırmağa
çalışır.
02
Özünə qapalı,
münasibət qurma-
yan lisey şagirdi Bahadır bir
sabah oyananda dünyanı
dəyişdirməyə qərar verir. O,
səhər məktəbə gedərək belinə
taxdığı silahla sinif yoldaşlarını
əsir götürür. Onlara qorx-
ulu anlar yaşadaraq həyatları
boyunca özlərini ən çox yara-
layan xatirələrini danışmağı
istəyir. Şagirdlərin danışdığı
hekayələrdən yola çıxan “Bana
şans dile” aksiyon-gərginlik
tərzindədir.
Ç AĞAN
IRMAK
FİLMOQRAFİYA
25
F İ L M F İ C T İ O N
04
S a d ı k f e r m a n ı
universitetdə jurnalis-
tika təhsili almaq üçün tərk edir.
Atası Hüseyin onun əkinçilik
mühəndisliyini oxuyub fermanın
idarəsini ələ almağını istəyir.
Sadık hələ universitet illərində
siyasətlə yaxından maraqlanır.
Atası Sadıkı övladlıqdan rədd
edir. 70-ci illərdə bir çox siyasi
hadisəyə qarışan Sadıkı çətin
günlər gözləməkdədir. 1980-
ci ilin 12 sentyabr günü həyat
yoldaşının doğum sancıları
başlayır. Küçəyə çıxan cütlük
xəstəxanaya getmək üçün vasitə
tapa bilmirlər, çünki ölkədə hərbi
çevriliş gerçəkləşdirilmişdir.
Doğum zamanı həyat yoldaşını
itirsə də oğlu Dəniz sağ qalır.
Həbsxanada yatdığı illərdə
gördüyü işgəncələrdən səhhəti
pozulan Sadık xəstəliyinin ölüm-
cül olduğunu anlayır. Dənizi
anasının və danışdırmadığı
atasının yanına aparır. Sadıkla
atasının keçmişdə yaşadığı
hadisələr onlar üçün olduqca
sıxıntı yaradacaqdır. Film
2006-cı il Beynəlxalq İstanbul
Film Festivalında Ən yaxşı
film (Çağan Irmak), Ən yaxşı
kişi oyunçu (Fikret Kuşkan),
Ən yaxşı qadın oyunçu (Şerif
Sezer), 2006 Nuremberg Film
Festivalında (Almaniya-Türkiyə)
Ən yaxşı film (Çağan Irmak)
mükafatlarına layiq görülmüş
dür.
05
Zamanın olmadığı
bir yerdə, xəritə
üzərində harada olduğunu
bilmədiyimiz adsız bir kəndə bir
səyyah gəlir. Yorğun səyyah, bir
ulakdır. Danışacağı hekayələri
vardır, söyləyəcək sözləri...
Hekayələrini ən çox uşaqlar
sevər. Qüsursuz bir xəyal
gücü ilə yazılmış bu cadulu
və ürküdücü hekayələr Çapar
Zəkəriyyənin dilində əfsanəvi
dastanlara çevrilərlər. Uşaqların
sevdiyini böyüklər sevməz
əlbəttə, ya da tam tərsi. Kənd
xalqı Zəkəriyyənin gətirdiyi
sirləri daşıya bilməz, sirli bir sis
çökər kəndin üzərinə ...
06
A l p e r, q u r m a n
deyiləcək səviyyədə
yemək mədəniyyəti olan öz
restoranının sahibi bir aşbazdır.
Lüks yaşamağı sevən, işində
müvəffəqiyyətli olan Alper hər
gününü fərqli qadınla keçirərək
şəxsi həyatını nizama sala
bilməmişdir. Ada, Taksimdə
uşaq kostyumları hazırlayıb
tikməklə məşğul olan, Alperin
müasir həyatının əksinə çox
təvazökar, həyatda çox eniş-
çıxışları olmayan gənc bir
qızdır. Bir gün köhnə bir kitabı
tapa bilmək üçün Beyoğlunda
07
Egemen 30 yaşını
keçmiş bir reklam
agentliyində ofis-boy olaraq
işləyən bir gəncdir. Yaşının
irəliləməsinə baxmayaraq
anası Gülseren xanımla birlikdə
yaşamaq məcburiyyətindədir.
gəzərkən Alper ilə Ada eyni
kitab evinə girərlər və eşq ilə
ziddiyyətli həyat onlar üçün
başlamış olar.
26
F İ L M F İ C T İ O N
08
Bir kitabxanada
məmur olaraq çalışan
Əziz öz kiçik dünyasında
sakit və dinc bir həyat davam
etdirməkdədir. Bir gün,
məhəlləyə yeni açılan bərbərin
sahibi Seçil və 10 yaşındakı
qızı Gizem, Əzizin yaşadığı
mənzilə köçür. Əzizin yeni
qonşularıyla rənglənən həyatı,
kiçik qızın uzun yuxusuyla
kölgələnər. Gizemin yuxusunun
tətiklədiyi tam fərqli hadisələrlə,
sıravi görünən, amma əslində
rəngarəng xarakterlərə sahib
bu insanlar birlik olub, qədəri
dəyişdirməyə çalışırlar.
09
Ozan - Egeydə kiçik
bir sahil qəsəbəsində
yaşayan 10 yaşında bir uşaqdır.
Girit immiqrantı babası Mehmet
bəy səbəbiylə yoldaşları onunla
“gavur” deyərək lağ etməkdədir.
Tək qalmaqdan qorxan Ozan,
başda babası olmaq üzrə
ailəsinə hirslənər “Biz Türkük.”
deyərək onlara qarşı çıxar.
Ozanın babası Mehmet
bəy, qəsəbədə hörmətli bir
adamdır. Qəsəbə xalqına qol
qanad gələr, problemləriylə
maraqlanıb, onlara kömək
edər. Mehmet Bəy nəvəsinin
bu vəziyyətinə görə narahatlıq
duyur. Mehmet bəy daha
yeddi yaşındaykən, ailəsi zorla
torpaqlarından qoparılmış,
Giritdən köçmüşlər. Mehmet
bəyin ən böyük arzusu ölmədən
əvvəl doğulduğu torpaqları
görə bilməkdir. Bu həsrətlə
tez-tez içində məktublar olan
şüşələri Egeyin mavi sularına
buraxmaqdadır.
Çağan Irmak 4 aprel 1970-ci
ildə İzmirdə doğulub. Uşaqlıq
illəri Səfərihisarda keçən
rejissor Ege Universitetinin
Radio-Tv fakultəsindən
m ə z u n o l u b . ” A s m a l ı
Konak” adlı televiziya
serialı ilə tanınmağa
başlayan Çağan Irmak
daha sonra “Çemberimde
Gül Oya” serialını yazdı və
rejissorluğunu etdi.
Anası ilə birgə keçirtdiyi həyat
onun üçün cəhənnəm kimidir.
Egemenin bu cəhənnəmdən
uzaqlaşaraq rahat nəfəs aldığı
tək yer çalışdığı şirkətdir. Digər
tərəfdən müdiri Umaya qarşı
müəyyən hisslər bəsləsə də,
anasının varlığı onun önündə
əngəldir.
27
F İ L M F İ C T İ O N
Tomas Nyuman (Thomas
Newman) hələ doğulmamışdan
artıq hamı bilirdi ki, o, bəstəkar
olacaq. O, 1955-ci ildə bəstəkar
ailəsində dünyaya gəlmişdir.
Atası, qardaşı, əmiləri bəstəkar
idilər və məhz filmlərə musiqi
bəstələyirdilər. Sanki Tomas da
ailə ənənəsini davam etdirmək
üçün bəstəkar olmağa məcbur
idi və məhz filmlərə musiqi
bəstələməliydi.
O, Hollivudda böyümüşdü,
hələ uşaq yaşlarından skripka
və fortepiano dərsləri almışdı.
Tomasın məşhur bəstəkar
olması üçün tale onu təkcə
Nyumanlar ailəsində doğulmaqla
mükafatlandırmamışdı, həm
də onun qarşısına Hollivudun
film musiqilərinin allahı sayılan
Devid Raksini çıxartmışdı.
Ç.Çaplinin köməkçisi kimi
çalışmış, sonralar “Laura” filminə
yazdığı musiqi ilə məşhurlaşan
D.Raksin, o dövrün Hollivud
dahilərindən sayılırdı. Tomas
Nyuman Cənubi Kaliforniya
U n i v e r s i t e t i n d ə ( U S C )
D.Raksindən dərs almış, daha
sonralar Yale Universitetində
magistr dərəcəsinə yüksəlmişdi.
Fox studiyasında musiqi
rəhbəri olan əmisinin köməyilə
erkən yaşlarından təcrübəyə
başlayan bəstəkarın ilk işi,
“Ulduz müharibələri 5” filmində
THOMAS
NE WMAN
BƏSTƏKAR BİOQRAFİYASI
28
F İ L M F İ C T İ O N
“Ceyanın qayıdışı” fraqmentinə
Con Uilyamsın bəstələdiyi
musiqini aranjeman etmək idi.
İllər sonra öz ilk işini heç vaxt
unutmadığını deyən T.Nyuman,
əslində işinin çətin olmadığını
və dahi bəstəkarla əməkdaşlıq
etməkdən duyduğu qürur his-
sinin onun gələcək sənət
yolunda həlledici məqam
olduğunu vurğulayırdı.
Nyuman musiqi karyerasına
Brodveydə tamaşa və müzikllara
musiqi bəstələməklə, “Tokio 77”
və “The Innocents” qruplarında
ifa etməklə başladı. Qrupların
əsas repertuarını avanqard
musiqi növləri – elektron və
psixodelik musiqilər təşkil edirdi.
Nəhayət, 1984-cü ildə dönüş
nöqtəsi baş verdi, prodüsser
Skott Rudin “Reckless”
filminə musiqi yazmaqla onu
əməkdaşlığa dəvət etdi. Məhz
bu iş birliyi Tomas Nyumanın
böyük ekranda debütü hesab
olunur. Həmin ildə bir-birinin
ardınca “Revenge of the Nerds”
və “Grandview” filmlərinin
musiqi tərtibatına cəlb olunsa
da, Hollivud gənc bəstəkarın
istedadını etiraf etməyə
tələsmirdi. Yalnız bir il keçdi və
Madonnanın baş rolda çəkildiyi
“Desperately Seeking Susan”
filminin musiqisi üzərində
işlədikdən sonra onu özünkü
saydı.
To m a s
N y u m a n ı n
digərlərindən fərqlənən
özünəməxsus stili vardı.
Bu yenilik də 80-ci illər və
90-cı illərin əvvəlinin bütün
kinostudiyalarının qapısını
onun üzünə açdı. Həmin
vaxtlarda onun musiqilərini
müxtəlif filmlərdə və yüngül
komediyalarda eşitmək olardı;
məsələn, “Jumpin Jack Flash”
(1986), “The Lost Boys” (1987)
və ya “Welcome Home, Roxy
Carmichael” (1990) və s. Eləcə
də 1984-90-cı illər arasında
yazdığı “Girls just want to have
fun”, “The man with one red
shoe”, “Real genius”, “Naked
tango” və digər neçə-neçə
filmdə özünü təsdiqlətməmişdi.
Nyuman 90-cı illərin
əvvəllərində dram filmlərinə
bəstələdiyi musiqilər hesabına
Hollivudun “qaymaqları”
sırasına daxil oldu: “Fried
Green Tomatoes” (1991),
“The Player”, “Scent of a
Woman”, “Whispers in the
Dark” (1992), “Little Women”,
“The Shawshank Redemption”,
“The War” (1994). Bəstəkar özü
musiqidə ən böyük nailiyyəti
“The Player” filmini hesab edir.
Adı çəkilən filmlər Nyumanın
mövqeyini möhkəmlətdi, onu
“mükafat yağışına” tutdu. “Little
Women” və “The Shawshank
Redemption” Oskara nomi-
nant oldu. Bununla da Tomas
Nyuman məşhur bəstəkara
çevrildi və ona psixoloji
filmlər, iddialı və kommersiya
güdməyən kinolar etibar olundu:
“The Horse Whisper”, “Meet
Joe Black” (1998), “Green Mile”
(1999).
Sem Mendesin “American
beauty” (1998) filmi üçün
Nyumanı əməkdaşlığa dəvət
etməsində təəccüblü heç nə yox
idi. Çünki Nyumanın musiqiləri
düşüncə və eyni zamanda
hissləri özündə ehtiva etməklə
bir bütövlük yaradır. Bu birlik
tamaşaçını heyran etdi, amma
Oskar almadı. Nyumanın
bu əsrarəngiz işi BAFTA ilə
mükafatlandırıldı və təbii ki,
fəth etdiyi milyonlarla tamaşaçı
ürəyi...
“American beauty” film-
inin uğuru bəstəkarın öz stilini
təsdiqlətdi və bundan sonra
artıq yüzlərlə film içindən onun
musiqilərini asanlıqla seçmək
olardı. Təsadüfi deyil ki, 2002-ci
ildə yenidən Sem Mendeslə
birgə işlədiyi “Road to Perdition”
filmi ilə Oskara layiq görüldü.
O, tez-tez elektron musiqi
ilə sintezi sınaqdan keçirirdi.
Nyumanın fikirlərinin sonsuz
uçuşu və həm də həzin melo-
diya, paradoksallıq və həm də
emosional çıxış, bütün bunlar
ekranda yaşananlarla, ən xırda
bir epizodla belə vəhdət təşkil
edir.
|