29
F İ L M F İ C T İ O N
Məsələn, populyar musiqi
ulduzu Seal, öz “My vision”
mahnısında “The Shawshank
R e d e m p t i o n ” f i l m i n d ə n
“Brooks Was Here” fortepiano
melodiyasını istifadə etmişdir.
Ohayo ştatı Klivlend şəhərinin
əsası qoyulmasının yubiley
tədbiri üçün xüsusi əsəri də
məhz Nyuman yazmışdır.
Tomas Nyuman Hollivudun
şübhəsiz ən maraqlı yaradıcı
şəxsiyyətlərindən biridir. Heç
kimin bacarmadığı – istedad
və kommersiyanı birləşdirən
bəstəkardır. Onun musiqiləri,
bəstəkarın yaradıcı naturasını
ortaya qoyan intriqa və
eksperimentlərlə doludur.
Çoxları bəstəkarı klişelərə,
melodiya təkrarçılığına görə
tənqid edirlər. Bununla belə,
onun musiqisi bütün dünyada
tanınır və sevilir.
Layiq görüldüyü çoxsaylı yüksək mükafatlar bunu bir daha
sübut edir. Fərqi yoxdur, bu, serialdır (“Boston Public”, “Six
Feet Under”), yoxsa film süjetidir (“White Oleander”, “Angels in
America”, “Lemony Snickets A Series Of Unfortunate Events”,
“Jarhead”) və ya animasiya filmidir (“Finding Nemo”, “WALL-E”).
Hələ ki keçmiş partnyoru Sem Mendesin “Skyfall” filminə
bəstələdiyi musiqi ilə sonuncu Oskarın sahibi olmaqla, Tomas
Nyuman bu gün də dünyanın diqqət mərkəzindədir.
Nyuman musiqisi təkcə filmlərdə səslənmir. Onun bəstələrinə
musiqi dünyasının nümayəndələri Olimpiya oyunlarının açılış və
bağlanış mərasimləri kimi dünya miqyaslı tədbirlərdə müraciət
edirlər.
30
F İ L M F İ C T İ O N
C ARLOS
RE YGADAS
REJİSSOR MÜSAHİBƏSİ
Karlos
Reygadas
müasir müəllif
kinosunun
ən parlaq
adlarından
biridir. Onu
bəzən “müasir
Tarkovski”
adlandırırlar.
Bu müsahibə
65-ci Kann
kinofestivalı
zaman alınıb.
“Qaranlıqdan
sonra işıq”
filmi ona bu
festivalda “Ən
yaxşı rejissor”
mükafatını
qazanıb.
31
F İ L M F İ C T İ O N
“Qaranlıqda sonra işıq” –
razılaşın ki, sadə film deyil.
Yəqin siz, artıq anlaşılmayan
obraz və süjetlər haqqında
çox suallara cavab vermisiniz.
Xeyr, əslində hər şey
qaydasındadır. Çünki mən bu
il çox az əhatəyə müsahibə
verməyi planlaşdırıram. Əslində
mən film haqqında hər sualı
cavablandırıb onun “açarlarını”
hamıya təqdim etməli deyiləm.
Mən özümə, filmimə və
tamaşaçılara hörmət edirəm.
Bəs siz filminizin təqdimatının
səhəri günü hər hansı mənfi
resenziya və ya səhv inter-
pretasiya ilə qarşılaşanda nə
hisslər keçirirsiniz?
Demək olar, heç bir! Bunlar
məni çox da təəccübləndirmir.
Bir günə və ya bir dəfə izləməklə
filmə necə qiymət vermək olar?
Əsla iddia etmirəm ki, mənim
filmim şedevrdir. Amma biz
bir az gözləməliyik. Seneka
demişkən, əsər mükəmməldirsə
onun qiyməti zamanla veriləcək.
Məsələn, mən sizə sonsuz mis-
allar gətirə bilərəm, Folkner,
Kafka, Coys... İddiam da
yoxdur ki, mən ikinci Folknerəm.
Amma belə bir misal götürək:
impressionistlər meyda-
na gələndə onlar haqqında
yazırdılar ki: “Bunlara nə olub?
Niyə onlar yaşıl sifətlər çəkirlər?
Niyə proporsiyalar kəskin
fərqli verilir?” Bu baxımdan
mənə də suallar verilir “Niyə
bir kadrdan o birisinə keçidlər
kəskin fərqlənir? Görüntü
bulanıqdır?” Bəlkə də mənim
filmim on ildən sonra kino tarix-
inin bir yeşiyinə atılacaq və ya
əksinə. Bilmirəm. Amma mənə
istənilən zamanda axmaqların
fikri maraqlı gəlməyəcək.
Onda, gəlin, filmin ideyası
haqqında danışaq? Bu film
nədən bəhs edir?
Əlbəttə, danışaq. Əvvəla
məni düzgün başa düşün,
mən həyatda rast gəldiyim
qısa əhvalatları heç vaxt
süjetə gətirmirəm. Səhnələrim
müəyyən bir struktur və məna
yükünə əsaslanır. Bəziləri üçün
bunu qavramaq çətindir, onlar
film bitər-bitməz mənanı başa
düşməyə çalışır. Amma bunun
üçün zaman lazımdır. Ən azı
mənim yozumum belədir.
Filmlərinizdə Şər və Xeyir
qarşıdurmaları olur. Bunun
Şərq fəlsəfəsinə sevgidən
irəli gəldiyi məlumdur. Amma
özünüzü qərbli sayırsınız.
D ü z d ü r,
a m m a
m ə n
traktovkalarımda ayrı-seçkiliyə
yol verməməyə çalışıram.
Bilirsiniz, dini mistikanı filmdə
vermək olduqca çətindir, burada
söhbət əlbəttə ki, xristianlıqdan
gedir. Əvvəlcə, o, çox yaxşı
ideya idi, lakin sonradan hər
şey dəyişdi. Ona görə də mən
kilsələrə getmirəm.
Öz başlanğıcında kino
eksperimentlərə daha çox
açıq idi. Lakin sonradan
narrativləşmə getdi. Ola
bilərmi ki, bu yenidən geri
qayıtsın?
Eləmi? Başlanğıcda kino daha
çox azad idi, lakin o vaxt ki
amerikan biznesi kinoya gəldi,
o, gəlirli sahəyə çevrildi, hər
şey kökündən qopdu. Bu yüz
illik tarixinin nəticəsi idi. Amma
indi dəyişilməyə doğru getmək
hiss olunur.
Niyə filmləriniz köhnə lentləri
xatırladır?
Filmlərin onlara lazım olan
formatı aldığına görədir.
Mən əvvəldən belə olacağını
düşünmürəm.
“Qaranlıqdan sonra işıq”
filmində sizin həyatınızla bağlı
xeyli hadisələr var: orada
eviniz, ailəniz, uşaqlarınız
görünür.
...və itim də
Uşaqlar niyə?
Onlar həm qaranlıqdan əvvəlki,
həm də sonrakı işıqdır...
32
F İ L M F İ C T İ O N
DEC ALOGUE
:
10 FİLM
KAMERANIN ŞAİRİNƏ DƏRİN HÖRMƏTLƏ
O
gözəl yazılmış 10 cümləni
yeniləmək istədik deyir
Kieslowski. Mən də o gözəl
çəkilmiş 10 filmi yeniləmək
istəyirəm.
I
nandığınız şeyə o qədər
yaxınlaşa bilərsiniz ki, ayaq
saxlayıb düşünmədən, möcüzə
axtarmadan inandığının hər
hərəkətini möcüzə sayaraq.
İnandıqları üçün xoşbəxt olan
bir çox insan tanıyıram çünki.
Y
oxluq vardırmı? Sıfır ən
son tapılan rəqəm dey-
ilmi? Var olmadan yox olarmı?
“1” olmadan “0” mümkündürmü?
A
l i m i n
m ü r ə k k ə b i
müqəddəsdir, həm də
arifmetik hesablamalarla önləyə
bilmədiyi uşağın ölümü ilə
dağılmağa məhkumdur. Ağılın
cəzasını vücud çəkər. Bəlkə
meterologiya səhv eləmişdi, ya da
buz anidən ərimişdi… Kieslowski
bu qədər bəsitmidir ki ?
Y
alançı yalanı söyləyə
bilməyənə deyilir, qadın
sevgilisinə, ər arvadına, adam da
bizə yalan danışdığı kimi. Tanrı
sözü böyüklərin dilində kiçikləri
aldatmaq üçün vasitədir, eyni
uşaqlığımdakı kimi.
H
ər düşdüyü nöqtədə dövləti,
ümumən başqalarını
g ü n a h l a n d ı r a n i n s a n l a r ı
sevmirəm, hətta nifrət edirəm,
amma atam da elədir. Məni daim
yoxlayan, sual soruşan, üstümə
düşən insanları sevmirəm, amma
anam həyatımdakı belə insanların
ən başlıcasıdır. Bəzi şeylər
istənməsə də, edilməlidir. Ana və
atana hörmətsizlik etməyəcəksən.
Vəfa borcu budur.
V
arlığını anlamaq üçün üst-
üstə gəlməlisən. Ailəni, sev-
gilini, peşəni... Amma anladıqdan
sonra çıxmazsan üstünə
gəldiklərin bütləşər. Nəfs varkən
çətindir, böcəyin stəkandan qur-
tulma mücadiləsi kimi.
İ
nsan ölümdən də zövq duyar.
Heç mi balıq tutmadınız?
Səbəbsiz yerə öldürməyə
səbəbsiz yaşayan ölümlü seçilir.
Arvadının hazırladığı çörəkləri
itə layiq bilən biri. Ancaq ədalətli
olan, böyük ehtimalla, qanuni
deyildir. Məhkəməyə düşən
artıq insan deyil, rəqəmdir.
Müzakirə olunan artıq insanlıq
deyil, cinayət məsələsidir.
-Tanrıya inanırsanmı? O
haradadır ki ?
-Qucaqla məni. Nə hiss
edirsən?
-Səni sevirəm.
-Tanrı bax indi buradadır.
-Səni sevirəm.
-Nə istəyirsən ?
-Heç
-Mən yaxşı insan deyiləm
-Önəmli deyil, səni
sevirəm.
B
ir insanın düşüncələri onun
həyatını anladır. Qadın
həyatda iki dəfə gözəl olur, ya
sevəndə, ya da öləndə. Tək bir
erotik hərəkət göstərmədən ero-
tizmin həyatımızdakı yeri, göyü
qucaqlayan şiddətini tamaşaçıya
anlada bilmək...
33
F İ L M F İ C T İ O N
U
şaqkən böyüklərin
şəhadət barmağını
tutardım... Ana qızının doğduğu
uşağı oğurlayır, qız da ananın
böyütdüyü. Uşaq anaya
ana demir. Kişilər ədalətli,
qadınlar xeyirxah, uşaqlar isə
amansızdır çünki. Qumarbazlar
da pul itirməkdən ziyadə
öz ağılsız cəhdlərinin boşa
çıxmasına təəssüf edirlər Ania
kimi. Oğurluq sadəcə maddi
olaraqmı mümkündür? Sevgi,
hörmət, sədaqət... oğurlana
bilməzmi? Bax, ana qızının
uşağına bəslədiyi sevgini öz
qızından oğurlayıb.
H
eç bir sosial-siyasi
məqsəd kiçik bir qızın
həyatından önəmli deyildir.
Vəziyyət yalan yerə şahidlik
etmək tələb etsə belə.
Ə
rin arvadını onu aldatdığı
üçün günahlandırmasını
gözləyirsən, tərsi olur. İnsan,
aldatma hərəkətini ərin
arvadını başqa bir kişi ilə
tutmasında deyil, əslində
birlikdə qərarlaşdırdıqları bir
şeyi bir-birindən gizləmələrində
axtarmağa məcbur qalır.
Ö
lü balıqlar ölüm xəbərini
yetirir bizə…Böyüyüncə
itirdiyiniz uşaq saflığını yenidən
əldə etmədən anlamağın
mümkün deyil qardaşları.
Zəhmət çəkmədən əldə
edən, gözlənilmədən itirər,
həm də azdan da olar. Səbri
öyrənəcəksən, tələsmədən,
qarşılıqlı sədaqəti unut-
madan yenidən quracaqsan
kolleksiyanı.
D
ecalogue`u bütöv bir film
kimi düşün. Əvvəlcə
oxunduğu, sonra həll edildiyi,
daha sonra isə nəticənin
kitabın arxasındakı cavabla
örtüşmədiyinin kəşf edildiyi
riyaziyyat məsələsi kimi.
Sən filmin “belə” bitəcəyini
gözləyərsən, “elə” belə bitməz.
Fikirləri zorla qəbul etdirməz,
suallar soruşar sadəcə, izləyicisi
qədər cavabları olan...
-İnsan niyə ağlayar ?
-Biri öldüyündə, yalnız
qaldığında, yükünü
daşıya bilməyəndə.
-Çarəsi yoxdurmu?
-Bir dəfə Marçinin dişi
ağrıyırdı. Ütünü isidib
çiyninə basdı, beləliklə
dişinin ağrısını unutdu.
-Yazılarında Tanrıya rast
gəlmədim.
-Tanrı kəlməsini istifadə
etmədən də hiss edə
bilərsən.
Kameranın şairinə dərin
hörmətlə...
34
F İ L M F İ C T İ O N
SEN AYDINLATIRSIN
GECE Yİ
ŞAİRİN ŞEİR FİLMİ
Bilmirəm, bu hamıda belədir ya
necə, hansısa filmə baxanda, hansısa
kitabı oxuyanda, musiqini dinləyəndə
- bütün bunlar müəllifin tanış olduğum
ilk işidirsə və xoşuma gəlmirsə, istər
istəməz həmin müəllifə qarşı önyarğı
yaranır məndə. Bunun yanlış olduğunu
bilirəm, amma belədir, elə bilirəm ki,
müəllifin digər işləri də elə-belə, məni
cəlb etməyəcək.
Onur Ünlüdən yazacğam. Onun
“Celal Tan ve ailəsinin aşırı acıklı
hikayesi” filmini izləmişdim ilk dəfə.
Filmi bəyənmədim. Mövzu mənə klişe
gəldi niyəsə. Sanki mən hadisələrin
sonunu təxmin edəcəkmişəm, sanki
mən bu dialoqlara, hadisələrə nə
vaxtsa şahid olmuşam təsiri bağışladı.
Önyarğıya qapıldım və Onur Ünlü
filmləri izləmədim. Keçən həftələrdə
isə Onur Ünlünün sonuncu filmi “Sen
aydınlatırsın geceyi” filmini izlədim.
Film vizyona girməyəcək. Bu da
rejissorun özü demiş, film dünyasına
və düşmənlərinə etirazıdır. Rejissor
filmini götürür və şəhər-şəhər gəzərək
universitetlərdə, gənclərin yaratdığı
klublarda izləyici ilə görüşdürür. Hər
halda mən özümü o filmə baxa bilmiş
şanslı insanlardan biri kimi görürəm.
Filmi barədə, hələ çox insan izləmədiyi
üçün çox bilgi verməyəcəm. Başlayaq.
35
F İ L M F İ C T İ O N
Onur Ünlü bildiyimiz kimi Ah
Muhsin Ünlü imzası ilə şeirlər
yazan həm də şairdir. Filmdə
Onur Ünlünün Şekspirdən
ilhamlandığını düşünürəm.
Çünki izlədiyim hər iki filmində
Şekspirin şeirləri, misraları var.
Elə bu filminin adı da Şekspir
misrasıdır.
Film, komik, dram və azacıq
da fantastikdir. Amma bu fan-
tastika izləyicini narahat etmir.
İzləyici dramatizmi yaşayır,
gülür və həm də maraqda
qalır. Janrlararası keçidlərdə
qopuqluq yoxdur. Film, Camal
(Ali Atay) və Yasəmənin (Demet
Evgar) sevgisindən bəhs edir.
Camal və Yasəmən təsadüfən
tanış olurlar. Filmdə xarakterlərin
demək olar ki, çoxunun hansısa
özəlliyi, fövqəltəbii gücü var.
Divarın arxasını görmək,
güzgüdə görünməmək və
ancaq güzgüdə görünmək,
zamanı durdurmaq və ölüm-
süzlük kimi xüsusiyyətlərə
malik xarakterlərlə qarşılaşırıq.
Filmdə istifadə edilən musiqilər
də filmin həzin tonunu qoruyur.
İnsanın filmə qarşı olan
hisslərinin balansını pozmur.
Ağ-qara olan filmdə görünən
tək rəng qırmızıdır. Film Onur
Ünlü tərzi deyil. Və özünün də
dediyinə görə, etmək istədiyi
tərz dəyişikliyi və izləyicini yox-
lamaq deyil.
Filmdə Yasəmənin qohumu
olan və yataq xəstəsi bir kişi
görürük. Amma filmlə əlaqəsi
yoxdur. Sadəcə Yasəmən ona
baxır. Rolu sadəcə yatmaqdır.
Onur Ünlü xərçəng xəstəliyinə
görə müalicə alır. Anası da
eyni xəstəlikdən rəhmətə gedib
və anası haqqında yazdığı
bir şeirdə, anasının da yataq
xəstəsi olduğunu anladan misra
var. Filmdəki o yataq xəstəsini
görəndə yadıma elə rejissorun
özü və anası düşdü. Görəsən
filmdəki rolu sadəcə yatmaq
olan o xəstə əslində kim idi?
Rejissorun anası, ya xəstə
psixologiyası ilə o xəstənin
əslində özü olduğuna vurğu
edirdi?
Ümumiyyətlə, rejissor bunu
təkzib etsə də məhz bu film
şeirin özüdür. Biz şeir oxuy-
uruq və pitoresk sayəsində şeir
gözümüzdə canlanır. Bu film də
Şekspir şeirinin, misralarının
O n u r Ü n l ü g ö z ü n d ə k i
canlanışıdır. Filmdə zamanı dur-
duran qız var. Şekspirin belə bir
misrası var: “İki əlimi bir-birinə
qovuşdurub dondursam elə bu
anı, deyə biləcək heç nəyim
yoxdur. Onsuz da yalnızlıq elə
belə bir şeydir”. Rejissor şeiri
çəkib yəni. Bu gözəldir. Bir də
filmdə Camal, həyat yoldaşı
Yasəmən üçün Şekspirin bu
şeirini oxuyur:
“Yarayla alay eder
yaralanmamış olan
Bak nasılda sararıp
soluvemiş tanrıça kederden
Sen ondan çok daha
parlaksın çünkü
Sen! Tüm göklerin en
güzel yıldızların ilki
Sen aydınlatırsın geceyi”
Filmdə məkan olaraq Onur
Ünlünün uşaqlığının bir qisminin
keçdiyi babasının evindən də
istifadə edilib. Həm də filmdə
hər səhnədə gördüyümüz hər
üç xarakterin də – Camal,
Yasəmən və zamanı durduran
qızın anası yoxdur, ölüb. Camal
ana həsrəti çəkir daim. Görəsən
Camal, əslində Onur Ünlünün
özüdür? Şeirlərindən anasına
bağlı olduğunu anladığımız
Onur Ünlü də ana həsrəti çəkir.
Filmdə fövqəltəbii gücü olan
xarakterlər hansısa problemlə
üz-üzə qalanda o güclərindən
istifadə etmirlər. Həmin prob-
lemi yaşayırlar. Çarəsizlik...
Müsahibəsində də belə
deyir: “İnsanın çarəsizliyini
göstərmişik”. Həm də film
başlayanda da Euripidesin
sözüylə başlayır: “İnsan,
endişeden yaratılmıştır”.
Narahatlıq elə çarəsizlik
deyilmi?
Filmin mistik yanı da var,
məncə. Göydən daş düşməsi,
xarakterlərinin birinin gözündən
daima göz yaşı yerinə qan
axması, div boyda adamın
olması və uçmaq. İstəyin,
arzun,sevgin gerçəkləşəndə
uçmaq...
36
F İ L M F İ C T İ O N
Xüsusilə göydən daşların
yağdığı səhnənin mistisizmlə
açıqlamaq olar: Camal evlidir
və zamanı durduran qız onu
öpəndə, göydən daş yağmağa
başlayır. Xəyanətə cavab ola
bilərmi göydən daş yağması?
Filmin məkanının da qəsəbə
olduğunu nəzərə alsaq, heç də
əbəs ehtimal deyil, fikrimcə.
Müsahibəsində Onur Ünlü
belə deyir: “Filmi başqa bir
şeylə əvəz edə bilməzsən.
Filmi film kimi etmək lazımdır.
Yəni əvəz etmək olmur. Kim
nəyi necə ifadə edə bilirsə,
elə də ifadə edir. Bir adam bir
şeyi film çəkmədən ifadə edə
bilsəydi, film çəkməzdi”. Bu
sözləri mənə Cəfər Pənahinin
“Bu, bir film deyil” sənədli
filmində çarəsizliklə dediyi “Filmi
anlada biliriksə, niyə çəkirik
ki? Anlada bilmədiyimiz üçün
çəkirik” cümlələrini xatırlatdı.
İki fərqli rejissor eyni fikirdədir.
Deyəsən, bu yol məsələsidir. Ya
da həqiqət. Yəni nə qədər də
gerçəyin nisbi olduğunu desək
də, əslində, bəlkə də həqiqət
nisbi deyil. Yol birdir.
Bu filmə Onur Ünlünün
gündəliyi deyirəm mən və
qismən də belədir. Filmdə
Onur Ünlünün şair və övlad
yanı var. Onun şairliyi barədə
“şeirlərindən qatar keçən şair”
desələr də, inanıram ki, bu filmi
izləyənlərin sayı çoxaldıqca
şeir kimi bir cümlə ilə onun
rejissorluğunu ifadə edəcəklər.
37
F İ L M F İ C T İ O N
LASLO
KR ASNAHORK Aİ
ƏN GECİ TURİNDƏ
Macar yazıçısı Laslo Krasnohorkai, rejissor Bela
Tarrın filmlərinin daimi ssenaristidir. “Lənətlənmişlər”,
“Sonuncu” gəmi”, “Şeytan tanqosu”, Verkmaysterin
harmoniyası” (“Müqavimətin melanxoliyası” romanı
əsasında), “Turin atı” (“Ən geci - Turində” essesi
əsasında”) filmləri məhz bu iki macar ssenarist və
rejissorun əməkdaşlığı sayəsində meydana gəlib.
38
F İ L M F İ C T İ O N
100 il bundan əvvəl, 1889-cu
ilin, bəlkə də, bu günə bənzər
bir günündə Niçşe Turin, Via
Karlo Alberto6 ünvanındakı
evinin qapısından gəzmək, ya
da poçtdan məktub götürmək
məqsədilə çıxır. Yaxınlıqda
bir faytonçu tərs bir atı aciz
qeyzlə bizləyir. O, atı tələsdirir,
ancaq əbəs yerə: heyvan
yerindən belə tərpənmir.
Rəiyyət- Cüzeppe Karlo Ettore
-hövsələsini basa bilmir və
heyvanı qamçı ilə vurmağa
başlayır. Deyilənə görə, Niçşe
hiddətlənir və qəddar tamaşaya
son qoyur, belə ki, artıq
hadisənin təşəbbüskarı özü
də qəzəbdən köpük içində idi.
Qalın bığları olan hündür cənab
isə gözlənilmədən ata tərəf
sıçrayır və - zənnimcə, ağzını
ayrıb heyranlıqla baxanların
gizli məmnunluğuna rəğmən -
hönkür-hönkür ağlayaraq atın
boynuna atılır. Hadisə yerində
olan bir müdir coşmuş Niçşeni
evə ötürür, o isə dinməzcə
taxtın üstünə uzanır və iki ay
hərəkətsiz qalır, daha sonra
öz son sözlərini (“Ana, mən
necə də axmağam”) səsləndirir
və daha on ilini yüngül dəlilik
vəziyyətində, ana və bacısının
nəzarəti altında keçirir. Atın
başına nə gəldi – bu, artıq bizə
məlum deyil.
Bu, onsuz da kifayət qədər
qaranlıq hadisə - halbuki, onu
gerçək kimi qəbul etmək də təbii
olardı– tam aydınlığı ilə ruhumu-
zun miskin iflasını əks etdirir–
bu da sizəhəyatın mənasının
itməsi ilə bağlı ortaya çıxmış
ümumfaciə nümunəsi.
Fəlsəfənin qaranlıq ulduzu,
ümumbəşəri dəyərlərin əzəmətli
əleyhdarı, qətiyyətlə xeyirxahlıq
və mərhəməti rədd edən misilsiz
nəhəng döyülmüş atın boynuna
atılır? Bağışlanılmaz dərəcədə
bayağı, ancaq qanunauyğun bir
sual ortaya çıxır: niyə faytonçu-
nun boynuna yox?
Bütün baş verənlərin sifilislə
müşayiət olunan şiddətli tipik iflic
tutmaları olduğunu iddia edən
həkim Mebiusa dərin hörmətimə
baxmayaraq, burada faciəvi
aldanışın dərki mənə ildırım
zərbəsi kimi görünür: uzun
və əzablı mübarizədən sonra
Niçşenin varlığı əvvəllər onun
ayrılmaz hissəsi olan iblisanə
düşüncə tərzindən imtina
etməyə başladı. Tomas Mannın
fikrincə, bu yanlış fikir “əclaflığın
iztirab çəkən peyğəmbəri”nin
həyat və əxlaqı bir-birinə qarşı
qoymasından doğmuşdur.
“Həqiqət ondadır ki, - Mann
əlavə edir- əxlaq və həyat
vahid tamı təşkil edirlər. Etika
– həyatın dayağı, əxlaqlı insan
isə həqiqi həyat vətəndaşıdır”.
Mannın mülahizələri öz
alicənablığı ilə gözəldir: ancaq
hətta biz onun məsləhətlərinə
əməl edərək [bu ideal dənizdə]
sərbəst üzmək üçün vaxt
qənaət etsək də, bizim gəmimizi
Turindəki Niçşedən başqa
heç kim idarə edə bilməz. Bu,
təkcəüzəcəyimiz suların başqa
olduğunu göstərmir, həmçinin,
əsəb sisteminin tam fərqli mex-
anizmini tələb edir: hətta burada
gəmi kanatı qalınlığında polad
əsəblərdən danışmaq yerinə
düşər. Və bu kanat çox güman
ki, bizə lazım olacaq, axı böyük
təəccübümüzə rəğmən, biz
Tomas Mannın sözlərinin gətirib
çıxardığı limanda olacağıq, -
ancaq bu həmin liman olsa da,
biz özümüzü onun vəd etdiyi
kimi hiss etməyəcəyik.
Niçşenin Turin faciəsi bizə
göstərir: əxlaqi qanunlarla har-
moniyada olan həyat azad
seçim deyil, çünki hər hansı
əks apriori seçmək mümkün
deyil. Mən bu qanunlara zidd
olaraq yaşaya bilərəm, ancaq
məni onlarla qırılmaz surətdə
bağlayan sirli və qarşısıalınmaz
qüvvədən azad ola bilmərəm.
Əgər mən nə olursa-olsun,
əxlaqi qaydaların əksinə olaraq
yaşasam, yəqin ki, öncədən
duyulan miskin bir ictimai
həyata daxil olacağam - və bu
həyatda, Niçşenin sözləri ilə
desək, “yaşamaq və ədalətsiz
olmaq eyni şeydir” - ancaq
məni mövcudluğumun mənası
haqqında qüssələnməyə
məcbur edən həlledilməz kon-
flikti çözə bilməyəcəm. Çünki
hal-hazırda ictimai həyatın bir
hissəsi olaraq mən yenə də
anlaşılmaz səbəbdən vahid
tam adlandırdığım nəsnənin
hissəsi olaraq qalmağa davam
edəcəyəm. Və burada Kanta
müraicət etmədən keçinmək
olmaz- məhz O, yuxarıda
adıçəkilən qaydalarla birgə
onları pozma haqqını daxilimdə
yerləşdirib.
Burada biz artıq limana
girişi göstərən bakenlər
arasında manevr edirik. Özü
də kor-koranə: mayakda hamı
yatır və bizim manevrlərimizi
idarə etməyə kimsə yoxdur.
L ö v b ə r i , k a i n a t ı n ə x l a q
qaydalarının ali mənasını əks
etdirməsi haqda suallarımızı
sürətlə udan alatoranlıqda
atmaq lazım gəlir. Və biz belə bir
xəbərsiz vəziyyətdə dayanır və
hər tərəfdən bədbəxtlik sorağı
ilə astaca bizə yaxınlaşan yeni
yoldaşlar müşahidə edirik. Biz
onlara hər hansı xəbərdaredici
işarə vermək gücündə deyilik,
biz onları yalnız əzab dolu
baxışlarla yola salırıq. Bizə
elə gəlir ki, belə də olmalıdır:
uzaqdan bizə yaxınlaşanlar da
günlərin bir günü buna oxşar
hisslər keçirəcəklər – bu gün
olmasa da, sabah... ya on, ya
da otuz ildən sonra.
Ən geci – Turində.
Dostları ilə paylaş: |