70
İxtisasın (proqramın) peşə hazırlığı fənləri üzrə:
Bakalavr hazırlığı proqramının əsas yükünü daşıyan bu bloka daxil
olan fənlərin tədrisinin ümumi məqsədi məzunları peşə fəaliyyətinə
hazırlamaq, kitabxanaçılıq-informasiya ixtisası üzrə ümumi nəzəri və praktiki
biliklər verməkdir. Buraya kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq fənləri,
psixologiya, həmçinin praktik kitabxanaçılıq-informasioloq hazırlığını təmin
edən fənlər daxildir. Məzun bu fənləri mınimsəməklə aldığı ixtisas üzrə nəzəri
təlimlərə, kitabxanaçılıq-informasiya fəaliyyətinin əsaslarına, həmçinin
gələcək fəaliyyət üçün praktik bacarıq və vərdişlərə yiyələnir. Burada tələbəyə
öz ümumpeşə hazırlığını artırmaq üçün geniş fənn seçimi imkanı verilir.
Peşə hazırlığının seçmə fənləri:
Bu bloka daxil olan fənlər məzunun aldığı ixtisasa uyğun
ixtisaslaşmasını təmin edir, onun geniş peşə hazırlığı ilə yanaşı, dar
ixtisaslaşma üzrə nəzəri və təcrübi biliyini artırır.
İxtisaslaşmanın seçmə fənləri üzrə:
Bu bloka daxil olan fənlər məzunun dar ixtisaslaşma üzrə nəzəri və
təcrübi biliyini artırır və magistratura pilləsinə keçid üçün baza rolunu oynayır.
Bakalavr ixtisas fənlərinin tarixini, nəzəriyyəsini, təşkili və metodikasını,
məqsəd və vəzifəsini və s. dərindən mənimsəməlidir.
Xüsusi fənlər üzrə:
Bu bloka daxil olan fənlərin məqsədi tələbələrin fiziki sağlamlığını
qorumaq və ekstremal şəraitdə davranış qaydalarını öyrənməkdir.
Respublikamızda kitabxanaçı kadr hazırlığı təkcə BDU-nun
Kitabxanaçılıq-fakültəsində aparılmır. Ayrı-ayrı orta ixtisas təhsilli
məktəblərdə, texnikum və kolleclərdə (Mədəni Maarif Texnikumu, Şuşa
Humanitar Kolleci, Şamaxı orta ixtisas məktəbi) kitabxanaçılıq peşəsi ilə bağlı
ixtisaslar vardır. Adıçəkilən bu təhsil ocaqları da öz tədris planlarını
hazırlayarkən BDU-nun qəbul etdiyi tədris planlarından layiqincə yaralanırlar.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, tədris planları dövrün, zamanın
tələblərinə uyğun olaraq dəyişir, təkmilləşdirilir, mövcud standartlara cavab
verir. Tədris planları, onların quruluşu, kitabxanaçı-biblioqraf kadr hazırlığı
strategiyası hazırda da respublikamızda uğurla davam etdirilir.
Dostları ilə paylaş: