MƏ
TANƏ
T NƏ
BİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
23
14.1. Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsil fəaliyyətinin zəruri tərkib
hissəsi olaraq ardıcıl və sistemli xarakter daşıyır, təhsilin keyfiyyətinin idarə olunmasına
xidmət edir.
14.2. Şagird nailiyyətlərinin qiymətləndirilməsi şəffaflıq, etibarlılıq, obyektivlik,
qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla təhsilin inkişafına yönəldilir.
14.3. Şagird nailiyyətlərinin qiymətləndirilməsi aşağıdakı fəaliyyətləri əhatə edir:
14.3.1. şagirdlərin təhsilə münasibəti, mövcud təlim göstəriciləri, müəllimlərin
hazırlıq səviyyəsi, təhsil standartlarının və kurikulumların məqsədəuyğunluğu, tədris
resursları ilə təminat, idarəetmənin səmərəliliyi barədə məlumatların toplanıb təhlil
edilərək dəyərləndirilməsi;
14.3.2. şagird və müəllimlərin fəaliyyətinin, təhsil proqramlarının icra vəziyyətinin
müşahidə olunmasından və nailiyyətlərin qiymətləndirilməsini əks etdirən sənədlərin
təhlilindən əldə edilmiş nəticələrə görə müvafiq qərarların qəbul olunması.
14.4. Şagird nailiyyətlərinin qiymətləndirilməsi attestasiya (məktəbdaxili
qiymətləndirmə), yekun attestasiya, milli və beynəlxalq qiymətləndirmə növlərini əhatə
edir.
14.5. Attestasiya (məktəbdaxili qiymətləndirmə) məqsədilə diaqnostik, formativ və
summativ qiymətləndirmələr keçirilir.
14.6. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında
nəzərdə tutulmuş hər bölmənin əvvəlində şagirdlərin bilik və bacarıqlarının, o cümlədən
maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədilə aparılır.
14.7. Formativ qiymətləndirmə təhsilalanın hər bir fənn üzrə təhsil proqramında
(kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə
yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən
edib onları aradan qaldırmaq məqsədilə aparılır.
14.8. Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramında
(kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı
təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.
14.9. Ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi
təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların
təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
14.10. Milli qiymətləndirmə müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət
dəyişikliklərini dəyərləndirmək məqsədilə 3-5 ildən bir təşkil olunur.
14.11. Beynəlxalq qiymətləndirmə şagirdlərin təlim göstəriciləri əsasında ümumi
təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb həlli
yollarını müəyyənləşdirmək, digər ölkələrlə müqayisələr aparıb inkişaf perspektivlərini
proqnozlaşdırmaq üçün 3-5 ildən bir keçirilir.
Dostları ilə paylaş: