mexanizminin tətbiqinə xidmət göstərir.
3.4.
İnkişafın
monitorinqi
həyata
keçirilən
fəaliyyətlərin
məqsədəuyğunluğunun aşkara çıxarılması, şagird nailiyyətlərinin və pedaqoji
işçilərin peşəkarlıq səviyyəsinin dinamikasının izlənilməsi yolu ilə perspektivlərin
müəyyənləşdirilməsini, habelə zəruri hallarda idarəetmə sistemində müvafiq
dəyişikliklərin aparılmasını təmin edir.
3.5. Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.
3.6. Ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət
göstərən
Pedaqoji Şuradır
. Bununla yanaşı, idarəetmədə demokratikliyi və şəffaflığı
daha yüksək səviyyədə təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində ictimai
əsaslarla fəaliyyət göstərən özünüidarə orqanları (məktəb şurası, qəyyumlar
(himayəçilər) şurası, metodik şura, valideyn-məktəb assosiasiyası, valideyn komitəsi,
uşaq parlamenti və s.) yaradıla bilər.
3.7. Ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən olunmuş
qaydada vəzifəyə təyin edilmiş direktor həyata keçirir.
|