Kurikulum



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə118/123
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#44664
1   ...   115   116   117   118   119   120   121   122   123
Mətanət Nəbiyeva

MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN 

050 721 39 94 

75 


 

Hər bir ailənin özünəməxsus tarixçəsi və mədəni fərqliliyi ola bilər. Valideynlərlə inam və 

hörmətə əsaslanmış münasibət qurmaq istəyiriksə, bu fərqlərin olduğunu qəbul etməli və onlarla 

ünsiyyətimizi diqqətlə qurmalıyıq.  

Valideynlərlə düzgün münasibət qurmaq üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:  

•  Təşəbbüsü ələ almaq. Bir çox ailələr müəllimi tanımaq üçün, onunla ünsiyyət qurmaq 

üçün özləri fəallıq göstərib buna can atırlar. Bəziləri isə bunu etmir. Məsuliyyətini dərk 

edən müəllim valideyni gözləmədən, heç bir gecikmə və çaşqınlıq yaranmamış özü 

münasibətin qurulması üçün təşəbbüsü ələ alır.  

•  Təkidli (israrlı) olmaq. Valideynlə əlaqə yaratmaq müəyyən bir vaxt apara bilər. Onlar, 

ola bilər ki, sizin birinci, ikinci, hətta üçüncü çağırışınıza cavab verməsinlər. Bunun üçün 

onların bir neçə səbəbi ola bilər. Müxtəlif yollardan istifadə etməklə müxtəlif məzmunlu 

mesailar ötürdüyünüzdən əmin olun və onlarla əlaqə yaratmağa davam edin.  

•  Ailə ilə empatiya yaratmaq. Özünüzü ailənin yerinə (vəziyyətinə) qoymağa çalışın. Bu 

sizə valideynlə əlaqə yaratmaq üçün nədən və necə istifadə etməyi müəyyənləşdirməyə 

kömək edəcək.  

•  Məxfiliyi qorumaq. Həm şagirdlərə, həm də onların valideynlərinə göstərilən 

münasibətin vacib tərəflərindən biri də şəxsi məlumatların məxfiliyinin qorunmasıdır. Bu 

cür məxfi məlumatlara test nəticələri, akademik göstəricilər, sağlamlıq vəziyyəti, 

davranış məsələləri, ailədaxili məsələlərdən xəbərdar olmaq və s. Daxildir.  

•  Valideyni anladığınızı göstərmək. Bu, müəllimin dialoq zamanı fəal dinləyici 

funksiyasını işə salmasıdır. Yəni müəllim valideynə onun sözünü kəsmədən sonacan 

qulaq asır, sonra eşitdiklərini ümumiləşdirərək valideyndən onu düz başa düşüb-

düşmədiyini soruşur və bununla da kommunikasiya zamanı olan hər hansı bir səhv 

anlaşılmanın qarşısını alır.  

 

                         Şəxsiyyətin inkişafı və formalaşması  



Şəxsiyyətin inkişafi, tərbiyəsi və onun dövrləri dünya təcrübəsində müxtəlif aspektlərdən rılmış, 

çoxsaylı tədqiqatlar aparılmış və müəyyən elmi nəticələr əldə edilmişdir. Tədqiqatçıların 

fikrincə, şəxsiyyətin inkişafı daxili və xarici amillərlə şərtlənir:  

Daxili amillər dedikdə, genetik, biolofi, fiziki, fizioloği amillər nəzərdə tutulur. Bu cəhətdən 

daxi, amillər insanın şəxsi fəallığını, onun marağını, insanlarla ünsiyyət və münasibətini də 

özündə birləşdir. 

Xarici amillər dedikdə, fərdin mədəniyyətə sahibliyi, sosial-iqtisadi vəziyyət və ailə mühiti 

nəzərə tutulur. Bu baxımdan xarici amillər ictimai mühiti, kollektivi, tərbiyəvi təsirləri də özündə 

birləşdirir.  

Pedaqogika və psixologiya elmində şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı üç əsas konsepsiya 

vardır:  


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin