Kurikulum



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə116/123
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#44664
1   ...   112   113   114   115   116   117   118   119   ...   123
Mətanət Nəbiyeva

MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN 

050 721 39 94 

73 


 

məktəbdəki performansından, davranışından, sosial-emosional vəziyyətindən, məktəbin 

funksiyasından, keçirdiyi tədbirlərdən və s. Xəbərdardır. Valideynləri şagirdin öyrənmə və 

akademik inkişafına effektiv şəkildə cəlb etmək üçün müəllimlərin valideynlərlə düzgün 

münasibət qurmaları lazımdır. Bəzi hallarda valideynlərin məktəb həyatına cəlb olunmasında 

aktivlik müşahidə olunmur, valideynlər məktəbə ya az-az gəlir, ya da övladının məktəbdəki 

vəziyyəti ilə maraqlanmır. Nəticədə şagirdin həm davranışında, həm də akademik 

nailiyyətlərində geriləmələr müşahidə olunur. Ümumilikdə məktəbin və müəllimin valideyni 

özünün tərəfdaşına çevirməsi lazımdır. Valideynin məktəbə cəlb olunmasına mane törədən bəzi 

amillər:  

•  Valideyn iclaslarının ümumi keçirilməsi və konfidensiallığın gözlənilməməsi. Hansısa 

şagirdın qüsurlarının hər kəsin yanında valideyninə deyilməsi, valideyni gələcəkdə 

valideyn iclaslarında iştirakdan yayındıracaq və ümumiyyətlə, müəllimə və məktəbə qarşı 

rəğbəti azalacaqdır. Belə hal yaşayan valideyn övladını qüsurlarına görə danlayır və iclas 

zamanı aldığı neqativ eneriini övladına ötürür. Bu vəziyyətin nəticəsi şagirdin müəllimə 

və məktəbə qarşı münasibətində, davranışında və nailiyyətlərində özünü büruzə verir.  

•  Valideynin iş saatının çox olması səbəbindən övladının təhsilinə vaxt ayıra bilməməsi,  

•  Müəllimin valideynlə onun övladı ilə bağlı münasibətin qurulmasına laqeyd yanaşması və 

ya bunu gərəksiz sayması və s. 

Nəzərə almaq lazımdır ki, məktəb və müəllimin öz məsulliyətini layiqincə yerinə yetirməsi üçün 

valideynin təlim-tədrisə mane olan və laqeyd münasibət göstərən tərəfdən dəstəkləyici qüvvəyə 

çevrilməsi lazımdır. Aşağıdakı strategiyalardan istifadə etməklə valideynlərlə olan korporativ 

münasibətlərinizi möhkəmləndirə bilərsiniz: 

•  Salamlama məktubu. Tədris ilinin əvvəlində valideynlərə salamlama məktubu 

göndərmək. Bu sizin valideynlərə onların övladlarını sinfinizdə görəcəyiniz üçün nə 

qədər həvəsli, həyəcanlı olduğunuzu göstərən pozitiv bir məktub olmalıdır. Burada, 

həmçinin, sizin bütün tədris ili üçün nəzərdə tutduğunuz tədris məqsədləriniz, eləcə də 

şagirdlə işləməyi necə səbirsizliklə gözlədiyimiz qeyd olunmalıdır. Məsələn 

 

•  Valideynlərlə olan ilk ünsiyyətin pozitiv alınmasına çalışmaq. Məsələn, tədris ilinin ilk 



həftəsində istənilən bir şagirdin valideyninə elektron məktub (imeyl) göndərərək həmin 

şagirddə müşahidə edilən yaxşı bacarıqlar haqqında valideynə məlumat verilir. Çünki 

əgər ilk vaxtlarda valideynlə ünsiyyətdə müəllim onun övladının akademik göstəriciləri 

və davranışı barədə mənfi rəylər bildirsə, bu, ümumilikdə,müəllimin valideynlə olan 

münasibətinə neqativ təsir edəcək.  

•  Şagirdin irəliləyişi haqqında qeydlər göndərmək. Bu qeydlər valideynə övladının 

məktəbdə necə fəaliyyət göstərdiyindən mütəmadi olaraq məlumat verir.  

 

 



Hörmətli valideynt! 

Övladınızı oxu bacarıqları xeyli yaxşılaşıb və o, mətn üzrə artıq oxuyub anlama 

suallarına sərbəst cavab verə bilir.  

 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin