MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
70
şərhlərini şəkillərinin altında qeyd edirlər. Bu cür fikir lövhəsi sinifdə ümumi əhval-
ruhiyyəni qaldırır və həm də müəllimə şagirdlərin düşüncələri barədə məlumat verir.
• Müəllimlə çətin, soyuq münasibəti olan şagirdin məktəbdənkənar baş verən bir tədbirində
və ya yarışında müəllimin iştirak etməsi. Məsələn, müəllim pozitiv münasibət
yaratmaqda çətinlik çəkdiyi şagirdin məktəbdən sonrakı qaçış yarışında iştirak edərək
onu dəstəkləməyə gəldiyini bildirə bilər. Bu bir gün müəllimin işdən sonrakı şəxsi
vaxtından getsə də, onun şagirdlə olan gələcək münasibətinə çox müsbət təsir göstərəcək.
• Şagirdin maraqlarını tədris məzmununda nəzərə almaq, tədris fəaliyyətləri ilə şagirdlərin
şəxsi həyatları, maraqları arasında əlaqə yaratmaq.
• Müəllimin fiziki davranışı ilə şagirdlərdə maraq oyatması (lazımi məqamlarda şagirdlərə
gü” lümsəməsi, əlini şagirdin çiyninə qoyaraq onu cəsarətləndirməsi, şagirdlərlə
danışarkən onlarla göz kontaktı qurması, yumordan istifadə etmək və s.)
Bunu müxtəlif formada, məsələn, məşhur və tarixi deyimlərdən yeri düşdükcə istifadə etməklə,
dərsin əvvəlində sinif otağında hazır saxlanılan lətifələr kitabından nəsə oxumaqla, şagirdlər
güldükdə sədəcə onlara qoşulmaqla, sinifdə söz oyunları etməklə və ən əsası, dərs vaxtı
mexaniki səhvlər etdikdə özünüz özünüzə gülməklə həyata keçirə bilərsiniz.
Bütün bu və digər faktorlar sizi şagirdlərin gözündə sevilən, inanılan və hörmət edilən insana
çevirəcək. Təbii ki, hər bir müəllim yuxarıda qeyd olunan ümumi məsələlərlə yanaşı, özünün də
şagirdlərlə münasibətində ona məxsus yolunu axtarıb tapmalıdır.
Dostları ilə paylaş: |