şagirdləri qərar qəbul etməyə çağırır, onların fıkrını və təkcə akademik göstəricilərini deyil,
həmçinin fərdi xususiyyətlərini də nəzərə alır, muhakimələrində müstəqil olmalarına
həvəsləndirir. Bu cür üslubun əsas metodları fəaliyyətə çağırış, məsləhət və xahışdır. Demokratık
MƏ
TANƏ
T NƏ
BİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
71
üslubda ünsiyyət quran muəllimin şagirdlərində özünüqiymətləndirmə yuxarı səviyyədə
müşahidə olunur.
Avtoritar üslubda isə şagırd bərabərhuquqlu partnyor kimi deyil, pedaqof fəaliyyətin obyekti
olaraq görülür. Müəllim birtərəfli qərar qəbul edir, şagirdlərdən tələb etdiklərinin yerinə
yetirilməsinə sərt şəkildə nəzarət edir, şagirdlərin fikirini və situasiyanı nəzərə almadan öz
haqlarından istifadə edir və verdiyi qərarları şagirdlər qarşısında əsaslandırmır. Bu cür ünsiyyətin
əsas metodları əmr və nəsihətdir.
Əlbəttə ki, pedaqoşi fəaliyyətdə demokratik ünsiyyət üslubundan istifadə etmək
məqsədəuyğundur. Müəllim-şagird dialoqunda vacib olan xüsusiyyətlər, hətta yanlış olsa belə,
şagirdin fikrinə dözümlülük nümayiş etdirmək, öz mövqeyinə tənqidi yanaşmaq, şagirdə qarşı
pedaqofi optimizm və inam göstərmək, şagirdin səhvetmə haqqını qəbul etmək hesab olunur.
Humanizm. Pedaqofi ünsiyyətdə səriştəni şərtləndirən ən vacib məsələlərdən biridir. Yadda
saxlamaq lazımdır ki, şagirdlərlə olan optimal ünsiyyət əmr və tabe olmaq dili deyil, qarşılıqlı
inama əsaslanan dıldir. Bundan başqa optimal ünsiyyət həm də açıq şəkildə aparılan pedaqofi
ünsiyyətdir: müəllim şagirdlə olan ünsiyyəti sadələşdirir, onları təşəbbüskarlıq göstərməyə,
müstəqil şəkildə mühakimə yürütməyə, tənqidi təfəkkürə sövq edir.
Həssaslıq. Bu şagirdlə olan qarşılıqlı fəaliyyətin hər bir aspektində lazımi normanı qorumaqdır.
Həssaslıq dedikdə sərhədləri aşmadan sadə, təbii söhbət etmək, şagirdin müstəqil düşüncəsinə
xələl gətirmədən ona tələblər qoymaq, gülüş obyektinə çevirmədən (ələ salmadan) zarafat etmək,
süründürməçilik etmədən tələbkar olmaq, kobudluq etmədən ciddi olmaq, tərslik etmədən
inadkarlıq göstərmək və s. Hesab oluna bilər. Burada yumorun sinifdə istifadəsinə xüsusi diqqət
yetirmək lazımdır. İlk növbədə, yumora səbəb olan çatışmazlığın pedaqoji məqsədyönlülüyünə
baxılmalıdır, çünki yumor da tənqidin bir formasıdır. İkinci məsələ isə yumor şagirdin davranış
və inkişafında olan bu və ya digər çatışmazlığı aradan qaldırmağa yönəlməlidir və heç bir halda
onun şəxsiyyətinə toxunmamalı və onu utandıracaq bir şey olmamalıdır.
Empatiya. Həssaslıqla yanaşı, pedaqoji fəaliyyətdə geniş müzakirə olunan məsələlərdəndir.
Empatiya özündə digər insanı anlamağı, yəni onun şəxsiyyətini analiz etmək, onunla emosianal
bağlılıq yaratma, onun hislərinə cavab vermək, ona kömək etmək kimi xüsusiyyətləri özündə
birləşdirir.
Şagirdlərin məktəbdə müvafiq qaydada ünsiyyət qurmaqlarını və nəzakətli dildən istifadə
etməklə. Rini istəyiriksə, özümüzün müəllim olaraq necə bir dildən istifadə etdiyimizə və
şagirdlərlə, eləcə də, digər məktəb heyəti ilə necə ünsiyyətdə olduğumuza diqqət yetirməliyik.
Çünki müəllimlər şagirdlər üçün bir nümunə rolunu oynavır. Biz bunu hiss etməsək də, şagirdlər
istifadə etdiyimiz sözləri, cümlələri necə qurduğumuzu, istifadə etdiyimiz səs tonunu
təkrarlayırlar. Onlar bizi izləyir, gün ərzində etdiyimiz və dediklərimizə fikir verirlər. (bax:
şagird əsaslı təlim modeli)
• Hər bir müəllim sinitdə ədəbi dildən istifadə etməyə çalışmalı və sinifdəki şagirdlərin
istifadə etdiyi dialektlərə hörmətlə yanaşmaqla bərabər, onları da ədəbi dildən istifadə
etməyə həvəsləndirməlidır.