MƏ
TANƏ
T NƏ
BİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
69
Pozitiv münasibəti yaratmağın birinci mərhələsi sadəcə şagirdləri sevmək və onları olduqları
kimi qəbul etməkdir. Ona görə də şagirdlərin necə davranmasından asılı olmayaraq yaxşı
müəllim onlara qarşı olan yaxşı münasibətini saxlayır və onları səmimi şəkildə sevir. Pozitiv
münasibət məktəbin akademik missiyasını uğurla yerinə yetirməsinə kömək olur. Pozitiv iş
münasibətləri müəllimdən sərhədləri müəyyənləşdirməyi, şagirdlərə onlardan hansı davranışın
gözlənildiyini düzgün ifadə etməyi, həm özünün, həm də şagirdlərin məktəbdəki rollarını aydın
şəkildə tərtib etməyini tələb edir. Müəllim-şagird arasında olan bu cür pozitiv, mehriban
münasibətin öyrənmə prosesinə xələl gətirmədiyinə əmin olmaq üçün tədris ilinin ilk
günlərindən normativləri və gözləntiləri müəyyənləşdirmək lazımdır. Şagirdlər bilməlidirlər ki,
hansı davranışa icazə var və hansı davranış sərhədləri aşır. Onlara izah etmək lazımdır ki,
müəllimlərin onlarla olan mehriban, yoldaşcasına olan bu münasibəti müəllimin onların dostu
olması demək deyil. Müəllimlər öz rollarını və şagirdlərin rollarını müzakirə etməlidirlər, çünki
bu cür söhbətlər şagirdlərə məsuliyyətlərini dərk etməyə kömək edir. İbtidai sinif şagirdləri ilə
aparılan bu cür söhbətlər onların erkən yaşlarından tədris prosesinin aktiv bir üzvü olduqlarını və
nəticələrinin özlərinin seçim və davranışından asılı olduğunu dərk etmələri baxımından xüsusi
əhəmiyyət kəsb edir.
İnformasiyanın şagirdlərə çatdırılma forması onların bu informasiyanı qavramasında böyük rol
oynayır. Belə ki, onlar sizdən neqativ enerii alsalar, təqdim etdiyiniz informasiyanın onlar üçün
nə qədər vacib, əhəmiyyətli olmasından asılı olmayaraq onu qavramaq üçün səy göstərməyəcək
və yadda saxlamayacaqlar. Onlara dəyər verdiyinizi göstərsəniz, onlarla paylaşdığınız
məlumatlara daha reseptiv yanaşacaqlar.
Müşahidələr göstərir ki, bəzi müəllimlər bir çox hallarda şagirdə müsbət rəy bildirməkdə
“simiclik” edirlər. Bunu da yanlış olaraq belə əsaslandırırlar ki, əgər şagirdə müsbət rəy
bildirsək, tərif etsək, o, əvvəlki kimi nəticə göstermeyecek. Həqiqətən də, təcrübə göstərir ki,
şagird müsbət rəy və ya tərifdən sonra əvvəlki kimi performans göstərmir. Əslində isə bunun
səbəbi şagirdə deyilən təriflər yox, onun bu tərifləri eşitməyi özü üçün ən böyük hədəf
seçməsidir. Müəllim-şagird arasında olan pozitiv münasibətin dəqiq bir resepti olmasa da, bu cür
əlaqəni qurmaq üçün aşağıdakı bəzi təkliflərdən istifadə etmək olar:
• Tədris ili başlamazdan əvvəl şagirdlərə qısa: “Xoş gəlmisiniz” məktubu göndərib onlarla
görüşü necə səbirsizliklə gözlədiyinizi bildirmək. Bu strategiya xüsusi olaraq, ibtidai sinif
şagirdləri ilə daha effektiv nəticə verir.
• Yuxarı sinif şagirdləri ilə sizin sinfə keçməmişdən əvvəl aşağı siniflərdən tanış olmaq.
Belə olduq, da onlar sinfə sizin haqqınızda artıq xoş təəssüratlarla gələcəklər.
• Şagirdlər üçün oyunlar, tədbirlər təşkil etmək.
• Dərs ilinin əvvəlində sinfi bir-birinə bağlayan fəaliyyətlər həyata keçirmək.
• Şagirdlərin ad günlərini və ya hər hansı tədbir, yarışlardakı uğurlarını dərsin vaxtına
mane olma. Dan sözlü şəkildə qeyd etmək.
• Şagirdləri hər gün sinif otağının qapısında qarşılayaraq salamlamaq.
• ərs ilinin əvvəlində şagirdlərin hər birinin şəklini çəkib bu şəkillərin altına onların siniflə
bağlı fikirlərini, şərhlərini yazırıq və müntəzəm olaraq şagirdlər dəyişən fikirlərini,