Şagirdlərlə effektiv ünsiyyətin qurulması
Son illərdə tədrisin təşkilində bəzi pedaqoji stereotiplər dağıdılıb və pedaqogika
şəxsiyyətyönümlü yanaşmaya keçid etmişdir. Bu cür yanaşma müəllimdən həm də humanizm
prinsiplərinə əsaslanan pedeqoji ünsiyyətin qurulmağını tələb edir. Tədrisin bu cür təşkili
müəllimin qarşısına qoyulmuş kifayət qədər çətin bir pedaqoji tapşırıqdir və çox vaxt psixoloji
bilik, bacarıq və səriştənin olmaması nəticəsində müəllimlər şagirdlərlə ünsiyyətlərində düzgün
qarşılıqlı əlaqəyə Nail ola bilmirlər.
Müəllim şagirdlərlə olan pedeqoji ünsiyyətdə 2 üslubdan istifadə edə bilər:
1) demokratik üslub (humanizm, həssaslıq, qarşılıqlı tərəfdaşlıq, bərabər hüquqların yaradılması,
empatiya)
2) avtoritar üslub ( birtərəfli qərarın qəbul edilməsi, qaydaların icrasına sərt şəkildə nəzarət ,
şagirdin fikrinin tam nəzərə alınmaması, öz haqqından sui-istifadə, qərarın şagird qarşısında
əsaslandırılmaması)
Dostları ilə paylaş: |