MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
75
Hər bir ailənin özünəməxsus tarixçəsi və mədəni fərqliliyi ola bilər. Valideynlərlə inam və
hörmətə əsaslanmış münasibət qurmaq istəyiriksə, bu fərqlərin olduğunu qəbul etməli və onlarla
ünsiyyətimizi diqqətlə qurmalıyıq.
Valideynlərlə düzgün münasibət qurmaq üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:
• Təşəbbüsü ələ almaq. Bir çox ailələr müəllimi tanımaq üçün, onunla ünsiyyət qurmaq
üçün özləri fəallıq göstərib buna can atırlar. Bəziləri isə bunu etmir. Məsuliyyətini dərk
edən müəllim valideyni gözləmədən, heç bir gecikmə və çaşqınlıq yaranmamış özü
münasibətin qurulması üçün təşəbbüsü ələ alır.
• Təkidli (israrlı) olmaq. Valideynlə əlaqə yaratmaq müəyyən bir vaxt apara bilər. Onlar,
ola bilər ki, sizin birinci, ikinci, hətta üçüncü çağırışınıza cavab verməsinlər. Bunun üçün
onların bir neçə səbəbi ola bilər. Müxtəlif yollardan istifadə etməklə müxtəlif məzmunlu
mesailar ötürdüyünüzdən əmin olun və onlarla əlaqə yaratmağa davam edin.
• Ailə ilə empatiya yaratmaq. Özünüzü ailənin yerinə (vəziyyətinə) qoymağa çalışın. Bu
sizə valideynlə əlaqə yaratmaq üçün nədən və necə istifadə etməyi müəyyənləşdirməyə
kömək edəcək.
• Məxfiliyi qorumaq. Həm şagirdlərə, həm də onların valideynlərinə göstərilən
münasibətin vacib tərəflərindən biri də şəxsi məlumatların məxfiliyinin qorunmasıdır. Bu
cür məxfi məlumatlara test nəticələri, akademik göstəricilər, sağlamlıq vəziyyəti,
davranış məsələləri, ailədaxili məsələlərdən xəbərdar olmaq və s. Daxildir.
• Valideyni anladığınızı göstərmək. Bu, müəllimin dialoq zamanı fəal dinləyici
funksiyasını işə salmasıdır. Yəni müəllim valideynə onun sözünü kəsmədən sonacan
qulaq asır, sonra eşitdiklərini ümumiləşdirərək valideyndən onu düz başa düşüb-
düşmədiyini soruşur və bununla da kommunikasiya zamanı olan hər hansı bir səhv
anlaşılmanın qarşısını alır.
Şəxsiyyətin inkişafı və formalaşması
Şəxsiyyətin inkişafi, tərbiyəsi və onun dövrləri dünya təcrübəsində müxtəlif aspektlərdən rılmış,
çoxsaylı tədqiqatlar aparılmış və müəyyən elmi nəticələr əldə edilmişdir. Tədqiqatçıların
fikrincə, şəxsiyyətin inkişafı daxili və xarici amillərlə şərtlənir:
Daxili amillər dedikdə, genetik, biolofi, fiziki, fizioloği amillər nəzərdə tutulur. Bu cəhətdən
daxi, amillər insanın şəxsi fəallığını, onun marağını, insanlarla ünsiyyət və münasibətini də
özündə birləşdir.
Xarici amillər dedikdə, fərdin mədəniyyətə sahibliyi, sosial-iqtisadi vəziyyət və ailə mühiti
nəzərə tutulur. Bu baxımdan xarici amillər ictimai mühiti, kollektivi, tərbiyəvi təsirləri də özündə
birləşdirir.
Pedaqogika və psixologiya elmində şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı üç əsas konsepsiya
vardır:
Dostları ilə paylaş: |