Kurikulum



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə122/123
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#44664
1   ...   115   116   117   118   119   120   121   122   123
Mətanət Nəbiyeva

MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN 

050 721 39 94 

78 


 

yaşlarında isə artıq qaydalara əməl etməyə çalışır və etmədikdə onu nəyin gözlədiyini bilir. 

Yeniyetməlik dövründə irrasional düşünür, yetkinlik dövründə isə xarakterini formalaşdırmağı 

öyrənir.  

Müasir dövrdə uşağın xarakterinin formalaşmasında müəllimə qoyulan tələblər daha da 

artmışdır. Bu tələblər yalnız uşağın xarakterini formalaşdırmaq və cəmiyyətin fəal bir üzvi kimi 

yetişdirməklə yekunlaşmır. Valideynlər sıx və gərgin iş qrafikinə görə övladları ilə məhdud 

şəkildə vaxt keçirdirlər. Bu boşluğu doldurmaq, şagirdin həyatında həm səlahiyyətli şəxs, həm 

yoldaş, həm də bələdçi (mentor) olmaq müəllimin üzərinə düşür. Məktəbdə təhsil alan insan hələ 

də fiziki və zehni inkişaf prosesində olur və bu dövrdə müəllim onlar üçün bir nümunə rolunu 

oynayır. Əgər müəllimlər bu rolu müvəffəqiyyətlə həyata keçirsələr, onda şagirdlər də müsbət 

keyfiyyətlər və dəyərləri daha yaxşı anlaya bilərlər.  

Bu prosesdə nəzərə alınması lazım olan digər bir məqam öyrənənlər üçün yaradılan sağlam, 

qayğıkeş mühitdir. Qayğı, nəvaziş göstərilən şagirdin özünün də cəmiyyətin həssas, qayğıkeş bir 

üzvü olacağı ehtimal daha böyükdür.  

Digər bir məsələ isə müəllimin şagirdlərin sosial və emosional bacarıqlarını inkişaf etdirməsidir. 

Bunun üçün o, şagirdlərin emosiyalarını yaxşı istiqamətə yönəndirməyi bacarmalıdır, əks halda, 

onlarda düzgün xarakter formalaşdıra bilməyəcək.  

Şəxsiyyətyönümlü təlimdə aşağıdakı məsələlərə diqqət yetirmək tövsiyə olunur:  

•  Yüksək ideallara sahib olmaq. Əgər şagird yüksək ideallara sahib olub onların ardınca 

getməyə çalışarsa, özündə yaxşı xarakter formalaşdıra bilər. Bunun üçün müəllimlər hər 

zaman şagirdlərə özündə yüksək dəyərlər daşımış insanlar haqqında öyrətməli və bu cür 

insanların izi ilə getməyə həvəsləndirməlidirlər.  

•  Yaxşı vərdişlər. Vərdiş həm bədəni, həm zehni, həm də emosiyaları nəzarətdə saxlayan 

qüvvətli mexanizm olub şüurlu şəkildə icra edilməyən, amma müntəzəm olaraq edilən 

hərəkətlərdir. Vərdişlər düşüncələrimizə, hislərimizə və davranışımıza hökm edə bilir və 

nəticədə xarakterimizi istiqamətləndirir. Məhz buna görə də müəllimlər şagirdlərdə yaxşı 

vərdişlərin yaranmasına, pis vərdişlərin aradan qaldırılmasına çalışmalıdırlar.  

•  İradə gücünün formalaşdırlması. Müəllimlər şagirdlərə iradəli olmağı öyrətməli və 

iradənin şəxsi intizamdan yarandığını deməlidirlər. Güclü iradə hər zaman yaxşı 

xarakterə gətirib çıxarır. 

•  Mükafatlandırma və mənfi nəticələr. Əgər şagirdlər yaxşı davranışlarına görə yeri 

gəldikcə təriflənsələr, onlar bu davranışları davamlı şəkildə göstərəcəklər. Mənfi 

davranışın müvafiq mənfi nəticələrə gətirib çıxardığını şagirdə göstərmək də onda 

düzgün xarakter formalaşmasına gətirib çıxara bilər.  

Ümumilikdə, məktəb şagirdin xarakter və mənəvi-əxlaqi inkişafı üçün çoxlu imkanlara malikdir. 

Uşaqların əxlaq haqqında fikirləri intuitiv xarakter daşıyır və onlar, məsələn, ədalət hissini və ya 

digər ictimai konvensiyaları dərindən, tam anlamaq qabiliyyətində deyillər. Təhsilverənlər 

şagirdlərin mənəvi və sosial inkişafını təmin etmək üçün təlim fəaliyyətlərini onların inkişaf 

səviyyəsinə uyğun təşkil etməlidirlər. Bunun üçün aşağıdakı üsullardan istifadə etmək olar:  





Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin