MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
77
yerinə yetirməyən şagirdə mənfi rəy bildirmək həmişə istənilən nəticəni vermir. Çünki ev
tapşırığını icra etməməyin müxtəlif səbəbləri ola bilər. Səbəbi araşdırılmadan cəzalandırılan
şagird bəzən bəhanələr axtarmağa, hətta yalan danışmağa meyil göstərir. Uşaqların tərbiyəsində
nəzərə alınması vacib olmayan xırda cəhət yoxdur. Çünki xırda hesab edilən cəhətlər də uşaq
şəxsiyyətinə təsir göstərir. Tərbiyə olunan şəxsdə yalnız nöqsan görmək, hər dəfə nöqsanını onun
nəzərinə çapdırmaq lazımi səmərə vermir. Belə halda:
• tərbiyə olunanla tərbiyə edən arasında uçurum yaranır - birinci ikincidən uzaqlaşmağa,
onun gözünə görünməməyə çalışır.
• Nöqsanı tez-tez eşidən şəxs həmin nöqsana alışa bilir.
Şagirddəki müsbət cəhətlərə istinad etdikdə isə digər neqativ xüsusiyyətləri aradan qaldırmaq
rahatlaşır.
Bəs uşağın xarakteri dedikdə nə nəzərdə tutulur? Xarakter, əsasən, şagirdin davamlı şəkildə
özünü göstərən davranışı, hərəkətləri və ətrafdakılara münasibətidir. Məktəb, daha dəqiq desək,
təhsilverənlər şagirdlərin özünütanıma və həqiqəti dərk etmələrinə çatmaqda vacib rol
oynayırlar. Müəllim-şagird arasındakı yaxşı münasibət şagirdin doğruluq və inama əsaslanan
xarakter formalaşdırmasına gətirib çıxarır. Bu prosesdə müəllimin müsbət rol oynaması üçün
şagirddə xarakter formalaşmasının hansı mərhələlərdən keçdiyini bilməsi lazımdır. Bu
mərhələlər aşağıdakılardır:
1. Əxlaqi dəyərlərin olmadığı dövr: bu dövr körpəlik illərinə təsadüf edir və insan burada nəyin
doğru, nəyin yalnış olduğu dərk etmir. Etdiyi bütün hərəkətlər fiziki ehtiyaclarının ödənməsi
üçündür və emosiyalara nəzarət etmək mümkün olmur. Bu dövr 2 il çəkir.
2. Özünə yönəlmə mərhələsi: xarakter formalaşmasının bu mərhələsi erkən uşaqlıq illərində baş
tutur. Burada uşaq özünün və digər qrupların maraqlarını ayırd edə bilir, qəbul olunmuş dəyərləri
bilir, lakin hər hansı bir qaydaya əməl etmək barədə özünə əziyyət vermir, sadəcə, özünü
məmnun etməyə çalışır.
3 Ənənələrlə ayaqlaşma dövrü: Bu mərhələ 6-12 yaş aralığını əhatə edir. Bu mərhələdə uşaqlar
qaydalara əməl etməyə çalışırlar, çünki etməsələr, onları pis nəticələrin gözlədiyini bilirlər.
4. Qeyri-rasional şüur dövrü: bu, yeniyetməlik dövrüdür. Bu mərhələ yeniyetməlik dövründə baş
verir və burada uşaqlar emosiyalarının təsiri altındadırlar və məntiqlə hərəkət edə bilmirlər. Buna
görə bu dövr qeyri-rasional adlanır.
5. Rasional şüur dövrü: bu mərhələ yetkin yaşlara təsadüf edir. Burada fərd öz məntiqi ilə
hərəkət edir. Onun davranışı məntiqə və anlamaya əsaslanır. Bu dövr xarakter formalaşmasının
ən yüksək mərhələsidir.
Bu mərhələlər onu göstərir ki, xarakterin formalaşması prosesində müəllimlər tərəfindən
şagirdlərin yaş göstəricilərinin nəzərə alınması vacibdir. Göründüyü kimi, 2-6 yaş aralığında
uşaq cəmiyyətin dəyərlərindən xəbərdar olur, lakin onlara əməl etməyi özünə borc bilmir. 6-12
|