Kurikulum



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə117/123
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#44664
1   ...   113   114   115   116   117   118   119   120   ...   123
Mətanət Nəbiyeva

i



v

a

l

i

d

e

y

n

l

ə

r



Ö

v

l

a

d

ı

n

ı

z

ı




MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN 

050 721 39 94 

74 


 

 

 



•  Sinif saytının və ya xəbər bülleteninin yaradılması. Bu da valideynlərin məktəbdə baş 

verənlər barədə daima xəbərdar olmalarına kömək edəcək.  

•  Pozitiv valideyn iclası. Valideynlərlə olan ilk ünsiyyətin pozitiv alınmasına çalışmaq 

lazımdır. Məsələn, tədris ilinin ilk həftəsində valideynlərlə pozitiv əhval-ruhiyyəh ümumi 

iclas etmək məqsədəuyğundur. Valideynlərlə dərs ilinin ilk gunlərindən pozitiv 

istiqamətli, qarşılıqlı hörmət və etibarlı zəmin əsasında münasibətlərin qurulması şagırdın 

ilin qalan vaxtlarındakı fəaliyyətinə müsbət təsir göstərir. Bu iclas zamanı müəllim 

valideynlərə ailə-məişət məsələlərində anlayışlı olmalarını, onlara şəxsiyyət kimi 

münasibət göstərməyin vacıblıyını vurğulaya, şagirdlərin evdə çalışmaları üçün müəyyən 

tövsiyələr verə bilər. Ümumiyyətlə, tövsiyə olunur ki, valideyn iclaslarını fərdi şəkildə 

keçirəsiniz, bu çaman həm valideyn fikirlərini müəllimlə rahat paylaşa bilir, həm 

konfidensiallıq qorunmuş olur.  

•  Pozitiv məzmunlu zəng, imeyl, mesai. Bütün tədris ili boyu pozitiv məzmunlu zənglər 

etmək, meyl göndərmək və ya məktəbli kitabçasına qeydlər etmək. Təəssüf ki, 

valideynlər, adətən, müəllimərdən yalnız övladlarının ya mənfi davranışı ilə bağlı, ya da 

dərsə hazırlığı ilə bağlı neqativ məlumat alırlar. Halbuki hər bir valideynlər və şagirdlər 

müəllimlərdən pozitiv qeydlər eşitməyi sevir. Yalnız problem olduğu təqdirdə valideynlə 

əlaqə saxlamamaq, şagirdin uğur və nailiyyətləri ilə bağlı müsbət fikirləri də mütləq 

valideynə bildirmək lazımdır. Belə olduğu təqdirdə şagirdlərin həm müəllimə qarşı 

münasibəti müsbət olacaq, həm də məktəbdəki nailiyyətləri yüksələcək. Bir növ, müəllim 

valideynlə onun övladının müsbət tərəflərini bölüşmək üçün bəhanə axtarmalıdır.  

•  Formativ dəftər qeydləri. Şagirdin irəliləyişi haqqında qeydlər götürmək və valideynlə 

bölüşmək. Müəllimin formativ qiymətləndirmə dəftərində şagirdlər haqqında dəqiq, 

təsviredici və konstruktiv qeydlər aparması və bu qeydlərin valideynlərlə vaxtaşırı 

bölüşülməsi valideynlərlə münasibətlərin daha sıx qurulmasına səbəb olur. Lakin bu 

proses şagirdin mənfiləri və çatışmayan tərəflərini müzakirə etmək əvəzinə, müsbət 

cəhətlərinin və inkişafa ehtiyacı olan tərəflərinin müzakirəsi formasında aparılmalıdır. 

Burada açar məqam müəllimin şagirdin çatışmayan xüsusiyyətlərinə problem kimi deyil, 

inkişaf etdirilməli və üzərində işlənilməli olan məsələ kimi baxmasıdır. (bax: əks-əlaqə 

formativ qiymətləndirmə kimi)  

•  Valideynin sinif fəaliyyətlərinə qatılması. Müxtəlif sinif fəaliyyətlərinə valideynləri dəvət 

etmək, Müəllim il ərzində bir neçə dəfə olmaqla sinifdə şagird və valideynlərin birgə 

fəaliyyətini təşkil edə bilər. Belə ki, hər şagird öz valideyniylə birlikdə sinifdə hansısa əl 

işinin hazırlanmasını və ya digər fəaliyyətləri edə bilər. Eyni zamanda məktəb tədbirləri

bayramlar, layihələrin təqdimatı, məktəb klubların fəaliyyəti zamanı valideynlərin 

(mümkünsə, hər ikisinin) iştirakı vacibdir. Bu həm valideynin öz Övladı ilə münasibətinə, 

həm də müəllimlə münasibətinə müsbət təsir edir.  




Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin