MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
73
məktəbdəki performansından, davranışından, sosial-emosional vəziyyətindən, məktəbin
funksiyasından, keçirdiyi tədbirlərdən və s. Xəbərdardır. Valideynləri şagirdin öyrənmə və
akademik inkişafına effektiv şəkildə cəlb etmək üçün müəllimlərin valideynlərlə düzgün
münasibət qurmaları lazımdır. Bəzi hallarda valideynlərin məktəb həyatına cəlb olunmasında
aktivlik müşahidə olunmur, valideynlər məktəbə ya az-az gəlir, ya da övladının məktəbdəki
vəziyyəti ilə maraqlanmır. Nəticədə şagirdin həm davranışında, həm də akademik
nailiyyətlərində geriləmələr müşahidə olunur. Ümumilikdə məktəbin və müəllimin valideyni
özünün tərəfdaşına çevirməsi lazımdır. Valideynin məktəbə cəlb olunmasına mane törədən bəzi
amillər:
• Valideyn iclaslarının ümumi keçirilməsi və konfidensiallığın gözlənilməməsi. Hansısa
şagirdın qüsurlarının hər kəsin yanında valideyninə deyilməsi, valideyni gələcəkdə
valideyn iclaslarında iştirakdan yayındıracaq və ümumiyyətlə, müəllimə və məktəbə qarşı
rəğbəti azalacaqdır. Belə hal yaşayan valideyn övladını qüsurlarına görə danlayır və iclas
zamanı aldığı neqativ eneriini övladına ötürür. Bu vəziyyətin nəticəsi şagirdin müəllimə
və məktəbə qarşı münasibətində, davranışında və nailiyyətlərində özünü büruzə verir.
• Valideynin iş saatının çox olması səbəbindən övladının təhsilinə vaxt ayıra bilməməsi,
• Müəllimin valideynlə onun övladı ilə bağlı münasibətin qurulmasına laqeyd yanaşması və
ya bunu gərəksiz sayması və s.
Nəzərə almaq lazımdır ki, məktəb və müəllimin öz məsulliyətini layiqincə yerinə yetirməsi üçün
valideynin təlim-tədrisə mane olan və laqeyd münasibət göstərən tərəfdən dəstəkləyici qüvvəyə
çevrilməsi lazımdır. Aşağıdakı strategiyalardan istifadə etməklə valideynlərlə olan korporativ
münasibətlərinizi möhkəmləndirə bilərsiniz:
• Salamlama məktubu. Tədris ilinin əvvəlində valideynlərə salamlama məktubu
göndərmək. Bu sizin valideynlərə onların övladlarını sinfinizdə görəcəyiniz üçün nə
qədər həvəsli, həyəcanlı olduğunuzu göstərən pozitiv bir məktub olmalıdır. Burada,
həmçinin, sizin bütün tədris ili üçün nəzərdə tutduğunuz tədris məqsədləriniz, eləcə də
şagirdlə işləməyi necə səbirsizliklə gözlədiyimiz qeyd olunmalıdır. Məsələn
• Valideynlərlə olan ilk ünsiyyətin pozitiv alınmasına çalışmaq. Məsələn, tədris ilinin ilk
həftəsində istənilən bir şagirdin valideyninə elektron məktub (imeyl) göndərərək həmin
şagirddə müşahidə edilən yaxşı bacarıqlar haqqında valideynə məlumat verilir. Çünki
əgər ilk vaxtlarda valideynlə ünsiyyətdə müəllim onun övladının akademik göstəriciləri
və davranışı barədə mənfi rəylər bildirsə, bu, ümumilikdə,müəllimin valideynlə olan
münasibətinə neqativ təsir edəcək.
• Şagirdin irəliləyişi haqqında qeydlər göndərmək. Bu qeydlər valideynə övladının
məktəbdə necə fəaliyyət göstərdiyindən mütəmadi olaraq məlumat verir.
Hörmətli valideynt!
Övladınızı oxu bacarıqları xeyli yaxşılaşıb və o, mətn üzrə artıq oxuyub anlama
suallarına sərbəst cavab verə bilir.
Dostları ilə paylaş: |