Şagirdin şəxsiyyət və xarakterinin formalaşmasında müəllimin rolu
Şəxsiyyətin formalaşdığı vacib sosial kontekstlərdən biri də məktəb mühitidir. Məktəb mühitinin
şəxsiyyətin formalaşmasına təsir edən amillər sırasına müəllimin şagirddən gözləntiləri də
daxildir. Muəllimin şagirdlərdən olan gözləntiləri və tələbləri, onun müşahidə və əks-əlaqəsi
şagird şəxsiyyətinin trayektoriyasını müəyyənləşdirmək qabiliyyətindədir. Məktəbdə uşaqlar
nəinki faydalı bilik və bacarıqlar əldə edirlər, həm də bu bilik və bacarıqlar vasitəsilə inkişaf
edirlər, onların psixologiyası və xarakteri, dunyagörüşü formalaşır.
Ümumtəhsil məktəbinin başlıca vəzifələrindən biri şagird şəxsiyyətinin dolğun inkişafını təmin
etməkdən ibarətdir. Şagird şəxsiyyətində lazımi olan müsbət keyfiyyətlər avtomatik olaraq
formalaşdırılmır. Tərbiyənin təşkil edildiyi şərait də nəzərə alınmalıdır. Məsələn, ev tapşırığını
|