Ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri
6.1. Ümumi təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik
olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər
müəyyən edilmiş qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
6.2. Zəruri hallarda ucqar yaşayış ərazilərindəki ümumi təhsil müəssisələrində
ixtisaslı pedaqoji kadr çatışmadıqda, məzmun və mahiyyət etibarilə yaxın fənlərin
müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir.
6.3. Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən aşağıdakı keyfiyyət
göstəricilərinə malik olmalıdırlar:
6.3.1. ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə;
6.3.2. uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına;
6.3.3. əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;
6.3.4. əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına;
6.3.5. öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək
bacarığına;
6.3.6. ədalətlilik, məsuliyyətlilik və cavabdehlik keyfiyyətlərinə;
6.3.7. işlədiyi məktəbdə, ictimaiyyət arasında hörmətə və nüfuza;
6.3.8. yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ
proqramlarda iştirak qabiliyyətinə.
Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
|