MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
13
7.1. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
ümumi təhsilin hər bir səviyyəsi üçün təsdiq olunmuş təhsil proqramları üzrə
qazandıqları təlim nailiyyətlərinin səviyyəsi ilə müəyyən edilir.
Məktəbəhazırlıqda, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris
edilən məşğələ və fənlər üzrə ümumi təlim nəticələri
10.1. Məktəbəhazırlıqda:
10.1.1. verilmiş mövzu ətrafında danışır, özü, ailəsi və Vətəni haqqında kiçik
təqdimatlar edir;
10.1.2. ətrafda baş verən hadisələrə münasibət bildirir, kiçik şifahi mətnlər qurur;
10.1.3. hərfləri tanıyır, kəsmə əlifbadakı hərflərdən istifadə edərək sözlər yaradır;
10.1.4. əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;
10.1.5. həndəsi fiqurları adlandırır, müqayisə edir və onlardan aidiyyəti üzrə
istifadə edir;
10.1.6. sadə kompozisiyalar qurur, təsvir prosesində rəng çalarlarından istifadə
edir;
10.1.7. ifaçılıq bacarıqları nümayiş etdirir;
10.1.8. birgə fəaliyyət və ünsiyyət etiketlərinə, gigiyena qaydalarına riayət edir;
10.1.9. müəyyən olunmuş fiziki hərəkətləri yerinə yetirir.
Dostları ilə paylaş: |