Kurikulum



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə96/123
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#44664
1   ...   92   93   94   95   96   97   98   99   ...   123
Mətanət Nəbiyeva

MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN 

050 721 39 94 

59 


 

bu karton balıqlar balaca yumru qabın (akvariumun) içinə atılır. Şagirdlər qruplara bölünür və 

hər bir qrup qabdan bir karton balıq seçir. Sonra bu qruplar onlara düşən bu mövzunun əsas 

fikrini ümumiləşdirir, vacib detallarını bütün sinif qarşısında izah edir. Dinləyənlər isə yoxlama 

vərəqləri vasitəsilə bir qrupun material necə əhatə etdiyini yoxlayır. 

 

Məntiqi-riyazi intellekt 

Təsnifetmə və kateqoriyalara ayırma. Linqvistik və ya məntiqi-riyazi olmasından asılı olmayaraq 

hər hansı bir informasiyanın(datanın) müəyyən bir çərçivəyə salınması məntiqi intellekti 

hərəkətə gətirir Məsələn, coğrafi məkanlar iqlim tipinə uyğun təsnif oluna bilər və ya maddənin 

3 halı löhvədə sütunlar üzrə yazılaraq şagirdlərdən hər birinə nümunələr gətirmələrini 

tapşırmaq olar. 

 

Sokrat dialoqu. Bu, müəllimin şagirdlə olan ənənəvi sual-cavabındansa, onunla dialoqa girərək 

fikirlərinin yalnış və ya doğru olmasını araşdırmasıdır. Şagirdlər müəyyən bir mövzu ilə bağlı 

fərziyyələrini müəllimlə bölüşürlər və müəllim suallar verməklə bu fərziyyələri aydınlıq, dəqiqlik, 

məntiqi əlaqə və s. baxımdan sorğu-suala çəkir. Məsələn, şagird iddia edir ki, dövlətlər faşizmə 

qarşı vaxtında effektiv mübarizə apara bilsəydilər, Il Dünya müharibəsi baş verməyəcəkdi. Və ya 

"Tom Soyyerin macəraları’ nda qəhrəmanın motivini müdafiə edən şagird sorğu-suala çəkilərək 

mövqeyini əsaslandırmalı olur. Burada məqsəd şagirdi çətin vəziyyətdə qoymaq deyil, onun 

tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməkdir ki, mülahizə yürüdərkən sadəcə 

emosiyalarından çıxış etməsin, məntiqi arqumentasiyaya əsaslansın. 

 Evristika. Bu sahəyə strategiyalar, qaydalar, təlimatlar və məntiqi problemlərin həll yolları 

aiddir. Evristik prinsiplərə nümunə olaraq həllini tapmağa çalışdığınız problemə oxşar bir 

problem tapmaq problemin müxtəlif hissələrini bir-birindən ayırmaq, problemə mümkün həll 

yolu təklif etmək və sonda əksinə hərəkət etməyi göstərmək olar. Evristik metod ən çox 

riyaziyyat və dəqiq elmlərdə tətbiq olunsa da, digər fənlərdə də istifadə oluna bilər. Məsələn, 

sənaye müəssisələrindəki tullantılarla bağlı problemin həllinə çalışan vaxt şagird tullantını 

yaradan digər müəssisələri də araşdıra bilər və ya bir mətnin ümumi ideyasını axtaran zaman 

hamin mətn bir neçə hissəyə bölərək hər bir hissənin öz açar ideyasını axtara bilər. 

 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin