Valideynlərlə söhbət. Valideynlər övladlarının çoxnövlü intellektinin üzə çıxarılmasında əsl
ekspert rolunu oynaya bilərlər. Onların uşaqları müxtəlif şəraitlərdə izləmək üçün çoxlu
imkanları olur. Ona görə də şagirdlər məktəbə başlamamışdan əvvəl valideynlərə çoxnövlü
intellekt konseptini təqdim etmək, onlara müşahidə yollarını və etdikləri müşahidəni qeydə
almağı öyrətmək lazımdır. Bu yolla on lar müəllimə onun üçün faydalı ola biləcək istənilən bir
informasiyanı gətirə bilərlər. Çünki bəzi şa girdlər məktəbdə bir potensial vəd etməsələr də,
məktəbdən kənarda çoxlu uğur əldə edə bilirlər.
Dostları ilə paylaş: |