Bədən-kinestetik. Fikirlərini və hisslərini ifadə etmək üçün bütün bədən üzvlərindən istifadə
etmək, əl işləri hazırlamaq və onları dəyişdirmək daxildir. Bu intellekt koordinasiya, balans,
çeviklik və sürət kimi fiziki bacarıqları əhatə edir.
Musiqi- ritmli intellekt. Musiqi formalarını dərk etmək, fərqləndirmək. Bu intellektə ritm,
registr, melodiya, tembr və ton kimi anlayışlara həssaslıq da daxildir.
Şəxslərarası intellekt. Digər insanların hissləri, niyyətləri, motivasiyaları və əhval-ruhiyyələrini
dərk etmək və bunlara əsasən insanları fərqləndirə bilmək bacarığıdır. Belə adamlar insanlarla
ünsiyyətə maraqlı olurlar. Buraya insanların üz ifadələrinə, səs və jestlərə həssaslıq, həmçinin
şəxslərarası işarələri anlamaq və bu işarələrə müvafiq reaksiyalar vermək qabiliyyətidir.
Dostları ilə paylaş: |