Şagirdlərin asudə vaxtının təhlili. Şagirdlərin intellekt meyllərini üzə çıxaran digər bir vasitə
onların məktəbdə boş vaxtlarını necə keçirmələridir. Başqa sözlə, onların heç kimin onlara nə
etməli olduğunu demədiyi vaxtlarda nə etmələridir. Hər bir müəllimin iş stolunun üzərində belə
qeydləri aparmaq üçün bir qeyd dəftərçəsi olmağı məsləhətdir. Əgər şagird sayı çoxdursa, onda
müəllim yalnız problem çıxaran şagirdləri müşahidə altına ala bilər. Müşahidə üçün aşağıdakı
müşahidə vərəqindən də istifadə etmək olar.
• Digər müəllimlərlə söhbət. Şagirdlərdəki intellekt növünü ortaya çıxartmağın başqa bir növü
da digər müəllimlərlə danışmaqdır. Fənn müəllimi, adətən, şagirdi yalnız öz dərsində gördüyü
üçün onun hansı intellektə sahib olduğunu tam müşahidə edə bilmir. Bunun üçün sinif rəhbəri
və digər fənn müəllimləri ilə söhbət edə, müvafiq şagirdin fəaliyyəti haqqında onların fikirlərini
da öyrənə bilərsiniz. Məlum ola bilər ki, sizin fəndə heç də özünü göstərə bilməyən şagird fərqli
bir intellekt tələb edən dərsda daha yaxşı fəaliyyət göstərir.
Dostları ilə paylaş: |