Kurikulum



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə90/123
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#44664
1   ...   86   87   88   89   90   91   92   93   ...   123
Mətanət Nəbiyeva

Fərddaxili intellekt.  Fərdin özü haqqında məlumatlı olması və bu məlumata əsaslanaraq 

hərəkət etməsidir.  Bu intellekt fərdin özü haqqında tam təsəvvürünün olmasını, yəni özünün 

güclü və zəif tərəflərini, temperamentini, arzularını bilməsi, özünü qiymətləndirmə, özünü 

anlama kimi bacarıqlarının olmasını əhatə edir.  

 

Naturalist intellekt. Flora və Faunanın çoxsaylı nümunələrini tanımaq və təsnif etmək.  Bu 

intellekt, həmçinin, digər təbiət fenomenlərinə qarşı həssaslığı da nəzərdə tutur.  

 



MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN 

050 721 39 94 

57 


 

Şagirdlərdə hansı intellektlərin olduğunu aydınlaşdır-mağın müxtəlif yolları vardır: 

 

Şagird davranışının müşahidəsi.  Müəllim şagirdlərin dərsdə özlərini hansı məqamda və necə 

aparmasına və davranışlarındakı problemlərə baxmalıdır. Məsələn, linqvistik şagird tez-tez 

yerindən icazəsiz, növbəsiz danışacaq, fəza-məkan intellektinə sahib olan şagird dərs vaxtı tez 

tez cızmaqaralar edəcək və xəyallara dalacaq, şəxslərarası intellektə meyilli olan şagird dərs 

vaxtı başqa şagirdlərlə ünsiyyət qurmağa cəhd edəcək, bədən-kinestetik intellektli şagird 

durmadan ayaqlarını ya əllərini nəyəsə vuracaq. Əslində şagirdlər bu cür davranışları ilə bir 

mesaj göndərirlər ki, “Müəllim, mən bu cür öyrənirəm”. Bu cür intellektə bağlı davranış 

problemləri şagirdlərin bir növ kömək çağırışlarıdır və onları necə öyrətməyi göstərən 

diaqnostik göstəricidir. 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin