MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
59
bu karton balıqlar balaca yumru qabın (akvariumun) içinə atılır. Şagirdlər qruplara bölünür və
hər bir qrup qabdan bir karton balıq seçir. Sonra bu qruplar onlara düşən bu mövzunun əsas
fikrini ümumiləşdirir, vacib detallarını bütün sinif qarşısında izah edir. Dinləyənlər isə yoxlama
vərəqləri vasitəsilə bir qrupun material necə əhatə etdiyini yoxlayır.
Məntiqi-riyazi intellekt
Təsnifetmə və kateqoriyalara ayırma. Linqvistik və ya məntiqi-riyazi olmasından asılı olmayaraq
hər hansı bir informasiyanın(datanın) müəyyən bir çərçivəyə salınması məntiqi intellekti
hərəkətə gətirir Məsələn, coğrafi məkanlar iqlim tipinə uyğun təsnif oluna bilər və ya maddənin
3 halı löhvədə sütunlar üzrə yazılaraq şagirdlərdən hər birinə nümunələr gətirmələrini
tapşırmaq olar.
Sokrat dialoqu. Bu, müəllimin şagirdlə olan ənənəvi sual-cavabındansa, onunla dialoqa girərək
fikirlərinin yalnış və ya doğru olmasını araşdırmasıdır. Şagirdlər müəyyən bir mövzu ilə bağlı
fərziyyələrini müəllimlə bölüşürlər və müəllim suallar verməklə bu fərziyyələri aydınlıq, dəqiqlik,
məntiqi əlaqə və s. baxımdan sorğu-suala çəkir. Məsələn, şagird iddia edir ki, dövlətlər faşizmə
qarşı vaxtında effektiv mübarizə apara bilsəydilər, Il Dünya müharibəsi baş verməyəcəkdi. Və ya
"Tom Soyyerin macəraları’ nda qəhrəmanın motivini müdafiə edən şagird sorğu-suala çəkilərək
mövqeyini əsaslandırmalı olur. Burada məqsəd şagirdi çətin vəziyyətdə qoymaq deyil, onun
tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməkdir ki, mülahizə yürüdərkən sadəcə
emosiyalarından çıxış etməsin, məntiqi arqumentasiyaya əsaslansın.
Evristika. Bu sahəyə strategiyalar, qaydalar, təlimatlar və məntiqi problemlərin həll yolları
aiddir. Evristik prinsiplərə nümunə olaraq həllini tapmağa çalışdığınız problemə oxşar bir
problem tapmaq problemin müxtəlif hissələrini bir-birindən ayırmaq, problemə mümkün həll
yolu təklif etmək və sonda əksinə hərəkət etməyi göstərmək olar. Evristik metod ən çox
riyaziyyat və dəqiq elmlərdə tətbiq olunsa da, digər fənlərdə də istifadə oluna bilər. Məsələn,
sənaye müəssisələrindəki tullantılarla bağlı problemin həllinə çalışan vaxt şagird tullantını
yaradan digər müəssisələri də araşdıra bilər və ya bir mətnin ümumi ideyasını axtaran zaman
hamin mətn bir neçə hissəyə bölərək hər bir hissənin öz açar ideyasını axtara bilər.
Dostları ilə paylaş: |