Qrafik simvollar. Bu strategiya müəyyən konsepsiyaların izahı üçün qrafik simvolların
yaradılmasıdır.
Məsələn, maddənin 3 halını göstərmək üçün yaradılan müəyyən simvollar; sözün kökünü
göstərmək üçün istifadə olunan simvol; bədii əsərlərin və ya tarixi hadisələrin zaman xətti
vasitəsilə göstərilməsi və s.
Bədən-kinestetik intellekt
Şagirdlər məktəbi bitirdikdə dərslikləri, qovluqların, hər bir şeylərini geridə qoya bilərlər, lakin
bədənləri və bədən intellektləri onlar hara getsə, onlarla bir olacaq. Aşağıdakı strategiyalar
kinestetik öyrənmənin dərs prosesinə necə inteqrasiya edilməsindən bəhs edir.
Bədən cavabı. Müəllimlər şagirdlərdən hər hansı bir instruksiyaya/təlimata, göstərişə bədən dili
ilə cavab verməyi istəyirlər . Bu strategiyanın ən sadə və çox istifadə olunan nümunəsi
şagirdlərin mövzunu başa düşdüyünü təsdiq etmək üçün əllərini qaldırmaqlarıdır. Bu nümunəni
fərqli şəkildə də etmək olar.
Məsələn , barmaqları qaldırmaq (1 barmaq-anlamanın çox zəif olduğunu göstərdiyi halda, 5
barmaq tam anlamanı göstərir).
|