Kurs: 2 Qrup: 722a Tələbə



Yüklə 220,69 Kb.
səhifə10/11
tarix09.12.2022
ölçüsü220,69 Kb.
#73411
1   2   3   4   5   6   7   8   9   10   11
sevil

Tipik seçim o halda tətbiq olunur ki, ümumi çoxluğun bütün vahidlərini bir neçə tipik qruplara bölmək mümkün olur. Məsələn, əhalinin tədqiq olunması zamanı belə qruplar rayonlar, sosial, yaş və ya təhsil qrupları ola bilər. Tipik seçim hər bir tipik qrupdan vahidlərin təsadüfi və ya mexaniki üsulla seçilməsini nəzərdə tutur.
Ümumi çoxluq hər hansı qaydada nizamlanmış olduqda, yəni vahidlər müəyyən ardıcıllıqla düzüldükdə (işçilərin tabel nömrəsi, seçicilərin siyahısı, respondentlərin telefon nömrələri, evlərin telefon nömrələri, binaların və mənzillərin nömrələri və s.) mexaniki seçim tətbiq edilir.
Mexaniki seçimi aparmaq üçün seçimin həcminin ümumi çoxluğun həcminə nisbəti ilə müəyyən olunan seçim proporsiyası müəyyənləşdirilir. Məsələn, əgər 100000 vahiddən ibarət olan çoxluqdan 2%-li seçim götürmək nəzərdə tutulursa, yəni 2000 vahid götürülməlidirsə, onda seçim proporsiyası olar. Vahidlərin seçil­məsi müəyyən olunmuş proporsiyaya müvafiq olaraq bərabər fasilələr (inter­vallar) üzrə həyata keçirilir. Məsələn, 1:50 proporsiyasında (2 %-li seçim) hər bir 50-ci vahid, 1:25 proporsiyasında isə (4 %-li seçim) – hər bir 25-ci vahid götürülür.
Ümumi çoxluğun vahidləri böyük olmayan qruplarda və ya seriyalarda birləşmiş olduqda seriyalı seçim üsulunun tətbiqi əlverişli olur. Belə seriyalar kimi əmtəə partiyası, tələbə qrupları, briqadalar və başqa birləşmələr götürülə bilər. Seriyalı seçimin mahiyyəti təsadüfi və ya mexaniki üsulla seriyaların seçilməsindən və onlar daxilində vahidlərin ucdantutma tədqiqinin həyata keçiril­məsindən ibarətdir.
Statistik tədqiqat təcrübəsində yuxarıda qeyd olunan üsullardan başqa onların kombinasiyası da tətbiq edilir. Məsələn, seriyalar müəyyən olunmuş qaydada bir neçə tipik qrupdan götürülürsə, onda tipik və seriyalı seçimləri kombinə etmək (birləşdirmək) olar. Ayrı-ayrı vahidlər seriyalar daxilindən təsadüfi qaydada götürüldükdə isə təsadüfi və seriyalı seçimlərin kombinasiyası mümkün­dür. Belə seçimin xətası seçimin pilləliyi ilə müəyyən olunur.
Ümumi çoxluqdan əvvəlcə iri həcmli, sonra bir qədər kiçik həcmli qruplar götürülməklə və bu qaydada davam etməklə tədqiq edilən vahidlər seçilirsə, bu cür seçim çoxpilləli adlanır.
Çoxpilləli seçimdən fərqli olaraq çoxfazalı seçim onun aparılmasının bütün mərhələlərində eyni vahidlərin saxlanmasını nəzərdə tutur.



Yüklə 220,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin