Qeyd. Normal paylanmada moda və median Mo =a,Me =a olur, burada a=M(X). 5. Böyük ədədlər qanunu
Konkret məkan və zaman daxilində sosial – iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarının kütləvi məlumat əsasında öyrənilməsində statistika elminin mühüm rolu vardır. Bu qanunauyğunluqlar çöxlu götürülmüş məlumatlar əsasında müəyyən edilir. Bu statistika qanunauyğunluqları ilə böyük ədədlər qanunu arasında sıx əlaqə olduğunu göstərir. Böyük ədədlər qanunun sadə formada mahiyyəti ondan ibarətdir ki, hadisələrin kəmiyyət qanunauyğunluğu ancaq çox götürülmüş məlumatlar əsasında özünü biruzə verir..
Müstəqil Azərbaycan Respublikasında bazar münasibətləri şəraitində çoxlu miqdarda fəaliyyət göstərən fəaliyyət sahələri əmələ gəlmişdir. Belə bir cəmiyyətdə bazar vasitəsilə bir-birlərilə əlaqədə olan istehsalçıların istehsal qanunauyğunluqları ancaq bu və ya digər tərəfə göstərilən fərdi meyllərin bir-birini tarazlaşdırılması yolu ilə orta kəmiyyət vasitəsilə müəyyənləşdirilir. Deməli, böyük ədədlər qanunu statistika tədqiqatında mühüm rola malikdir. Çünki bü qanun bazar iqtisadiyyatı şəraitində geniş miqyasda fəaliyyət göstərir. Böyük ədədlər qanunu real varlığın obyektiv qanunudur. Bu qanun sosial- iqtisadi hadisələrin dərk edilməsində, öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Bazar münasibətləri şəraitində sosial-iqtisadi hadisələrdə mövcud olan təsadüfi kənarlaşmalar bu qanun əsasında aradan götürülür və həmin hadisələrdə ümumi inkişaf meylləri aşkar edilir.
Böyük ədədlər qanunu fərdi məlumat əsasında deyil, kütləvi müşahidə məlumatı əsasında fəaliyyət göstərir. Böyük ədədlər qanunu təsadüflərin və zərurətin dialektikasını ifadə edir. Təsadüfi tərəddüdlərin orta kəmiyyətlərlə qarşılıqlı ödənilməsi nəticəsində tipik göstərici alınır. Bu, göstəricini ümumilikdə xarakterizə etməyə imkan verir. Böyük ədədlər qanunun mahiyyəti də, ondan ibarətdir ki, sosial – iqtisadi hadisələr haqqında məlumatlar qarşılıqlı ödənilirlər. Bu qanun sosial-iqtisdi hadisələri xarakterizə edən statistika göstəricilərini təsadüflərdən azad etməyə və həmin göstəricilər üzrə ümumi qanunauyğunluqları aşkara çıxarmağa imkan verir. Məsələn, müəyyən edilib ki, iri ölkələrdə doğulan uşaqların yarısı oğlan, yarısı isə qız uşaqları olur. Lakin kiçik yaşayış məntəqələrində, ayrı-ayrı ailələrdə bu nisbət başqa şəkildə də ola bilər.
Bazar münasibətləri şəraitində riyazi statistika və optimallıq nəzəriyyəsi, statistika elmi ilə birlikdə sosial – iqtisadi hadisələrin müxtəlif amillərin təsiri nəticəsində daim dəyişməkdə olan kəmiyyət və keyfiyyət tərəflərinin dərk edilməsində mühüm rol oynayırlar. Statistika sosial - iqtisadi hadisələrin kəmiyyət tərəflərini tədqiq edərkən riyazi statistika və ehtimal nəzəriyyəsinin üsullarından geniş sürətdə istifadə edir. Bazar münasibətləri şəraitində sosial-iqtisadi hadisələrin tədqiqində seçmə müşahidəsinin daha geniş miqyasda tətbiqi dövründə statistikada ehtimal nəzəriyyəsinin əhəmiyyəti daha çox artmışdır. Belə bir şəraitdə, iqtisadi fəaliyyət sahələri arasında qarşılıqlı əlaqələrin mürəkkəbləşdiyi, xırda istehsalçıların sayının artdığı dövrdə statistika tədqiqatında riyazi statistika metodlarından geniş miqyasda istifadə olunmağa başlanılmışdır. Bu metodlardan statistika tədqiqatında müvəffəqiyyətlə istifadə edilən dispersiya və korrelyasiya təhlilini göstərmək olar.
Statistiklərin, iqtisadçıların və riyyaziyyatçıların birgə səyi nəticəsində riyaziyyatın iqtisadiyyata tətbiqi mümkün olmuşdur və bu iş hazırda daha geniş miqyasda tətbiq edilməkdədir. Müasir dövrdə iqtisadi tədqiqat üçün çox mühüm əhəmiyyəti olan optimal proqnozlaşdırma nəzəriyyəsinin yaradılması, sahələrarası əlaqələr balansının tərtibi və təhlili mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Bazar münasibətləri şəraitində bu metodların hazırlanması və tətbiqi statistiklərin, iqtisadçıların və riyaziyyatçıların birgə müəyyənləşdirdiyi göstəricilərinin təcrübədə tətbiq olunması çox böyük iqtisadi səmərə verməyə imkan verəcəkdir. Statistika həmin göstəriciləri hesablamaq üçün lazımi məlumat verməklə bərabər, onların işlənilməsində və hazırlanmasında mühüm rol oynayır. Beləliklə, böyük ədədlər qanunu kütləvi məlumatın mövcud olması təbiətindən irəli gəlir. Kütləvi məlumatda vahidlərin bu və ya digər tərəfə tərəddüdü qarşılıqlı ödənilərək tipik səviyyəni aşkar etməyə imkan verir. Böyük ədədlər qanununun köməyilə aşkar edilən meyllərin və qanunauyğunluqların qüvvəsi ancaq kütləvi faktlara xasdır. Lakin sosial – iqtisadi hadisələrin təhlilində ayrı-ayrı vahidlərin də xüsusiyyətini əks etdirməyin mühüm əhəmiyyəti vardır. Deməli, statistika sosial-iqtisadi hadisələrin mahiyyətini müəyyənləşdirmək üçün ümumi faktlara xas olan qanunu fərdi məlumatla qarşılıqlı əlaqədə öyrəndikdə istənilən nəticə əldə edilə bilər.