Fakültə:Tarix və coğrafiya
İxtisas:Tarix və coğrafiya müəllimliyi
Tədris ili:2023-2024
Təhsil pilləsi:Bakalavriat
Kurs:3
Qrup:TCM2101B
Tələbə:Cavid Əliyev
Fənn:Azərbaycan Respublikası Konstitusiyası və hüququn əsasları
Müəllim:H.ü.e.d.Ənvər Cümşüd oğlu Seyidov
Mövzu:Valideynlərin və uşaqların aliment öhdəlikləri,Cəzanın məqsədi,Konstitusiayaya əsasən hüququ yardım almaq hüququ
Valideynlərin və uşaqların aliment öhdəlikləri
Aliment qanunla müəyyən olunmuş qaydada bir şəxsin onunla ailə münasibətində olan, lakin əmək qabiliyyəti olmayan və maddi köməyə ehtiyacı olan, yaxud da həddi buluğa çatmayan şəxsə maddi yardım göstərməsidir.
Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideylərin həm hüqu- qu, həm də borcudur (Konstitusiya, maddə 34, bənd 4).
Uşaqlarını saxlamaq üçün valideylər müstəqil olaraq aliment ödənilməsi barədə saziş bağlamaq hüququna malikdir- lər. Alimentin ödənilməsi barədə sazişin bağlanması və onun forması Ailə Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutul- muşdur. Burada göstərilir ki, aliment ödənilməsi barədə saziş ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və ya onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə, həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır.Bu saziş yazılı formada bağlanılıb notariat qaydasında təsdiq olunur. Əgər valideynlər uşaqlarını saxlamaq üçün könüllü təşəbbüs göstərməzlərsə, onlardan uşaqları saxlamaq üçün vəsait məhkəmə qaydasında tutulur.
Valideynlər uşaqlarını saxlamaqdan imtina etdikləri hallarda, onlar arasında müvafiq saziş olmadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə ailə qanunvericiliyinə görə mü- vafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
Uşaqlara görə tutulan alimentin miqdarı Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, məhkəmə tərəfindən aşağıdakı kimi həll edilir:
Bir uşağa görə qazancın dörddə bir hissəsi;
2) İki uşağa görə üçdə bir hissəsi;
3)Üç və ya daha çox uşağa görə qazancın və gəlirin yarısı həcmində.
Aliment məsələsinə baxılarkən məhkəmə tərəfindən tərəf- lərin ailə və maddi vəziyyəti, eləcə də, diqqətəlayiq olan hallar nəzərə alınmaqla, azaldıla və artırıla bilər.
Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment Ailə Məcəlləsinin 76-78-ci maddələrinə əsasən onların valideynlərindən tutularaq uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir.
Tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər anoloji müəssisələrdə yerləşdirilən uşaqların valideyn- lərindən tutulan aliment həmin müəssisələrin hesabına keçiri- lir və hər bir uşağın özünə xərclənir.
Konstitusiyada göstərildiyi kimi (maddə 34) valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi Ailə Məcəlləsinin 82-ci maddəsində də nəzərdə tutulmuşdur.
Əmək qabiliyyətli yetkinlik yaşına çatmış övladlarla əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan vali- deynlər arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment məhkəmə yolu ilə tutulur. Belə halda övladlardan hər birisindən ayrı-ayrılıqda tutulan alimentin həcmi valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və s. Nəzərə alınaraq həll edilir. Alimentin miqdarı müəyyən olunarkən əmək qabiliyyətli, yetikinlik yaşına çatmış bütün övladlar nəzərə alınmalıdır.
Əgər valideynlər öz uşaqları qarşısında valideynlik vəzifə- lərini yerinə yetirməmişlərsə və bu məhkəmə yolu ilə müəyyən muəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Valideynlik hüquqlarından məhrum edilən valideynlərə uşaqlar aliment ödəməkdən azaddırlar.
Cəzanın məqsədi
Cəzanın məqsədi CM-in 41.2-ci maddəsində təsbit edilmişdir: “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başaqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir”.
Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi. Ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi:
a) cinayətin şəxsiyyətə. Cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal konpensasiya imkanını;
b) cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu;
c) ikiqat cəzalandırmanın qadağan edilməsini;
d) cəzanın tətbiqində inasan ləyaqətinin alçaldılmasına, əzab və işgəncə verilməsinə yol verilməməsini nəzərdə tutur.
Məhkumu islah etmək, onun tərəfindən yenidən cinayətlərin törədilməsinin qarşısını almaq cəzanın xüsusi xəbərdaredici məqsədi sayılır. Məhkumu islah etmək onun yeni cinayətlər törətməkdən çəkindirə bilən zərərli sosial-psixoloji meyllərdən kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur.
Cəzanın təyini və onun icrası ilə bağlı zəruri və kifayətləndirici tədbirlərin həyata keçirilməsi bir tərəfdən cəzanın ümumi və xüsusi xəbərdarlığını təmin edir, digər tərəfdən cinayətkarın yenidən tərbiyə edilməsini və onun düzgün əmək və həyat yoluna qayıtmasına qayğı göstərilməsini nəzərdə tutur.
Xüsusi xəbərdarlıq məhkuma cəzanın elə təsirini nəzərdə tutur ki, bunun da nəticəsində məhkum yenidən cinayət törətmir.
Cəzanın tətbiqi ilə bağlı xüsusi xəbərdarlıq tədbirləri cəza çəkildikdən sonra da öz təsirini məhkumluq vasitəsi ilə də davam etdirir. Məhkumluq faktı yenidən cinayət törədiləcəyi təqdirdə məhkum üçün daha arzuolunmaz nəticələr yaranacağına dair potensial hədəni nəzərdə tutur. Buna görə də məhkumluq cəzanın əlaməti kimi özünün potensial hədəsi ilə şəxsə cinayətdən çəkindirici təsir göstərir.
Törədilən cinayətə görə cəzanın təyini faktının qeyri-sabit şəxslərə təsiri ilə onları cinayətdən çəkindirmək cəzanın ümumi xəbərdaredici məqsədini təşkil edir. Cəza təyini fəaliyyətində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədi vəhdətdə nəzərə alınır. Yeni törədilən cinayətə görə təyin edilən cəza cəzanın həm xüsusi. Həm də ümumi xəbərdaredici məqsədlərinə nail olunmasını təmin etməlidir. Cəzanın xüsusi xəbərdaredici məqsədindən fərqli olaraq ümumi xəbərdaredici məqsədi məhkumun islah olunmasına və yeni cinayətlərinin qarşısının alınmasına deyil, ümumiyyətlə cəmiyyətdəki qeyri-sabit, səbatsız şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına xidmət edir.
Konstitusiyaya əsasən hüquqi yardım almaq hüququ
Bu hüquq ondan ibarətdir ki, hər kəs yüksək hüquqi yardım almaq üçün vəkilə müraciət etməklə, keyfiyyətli hüquqi yardım ala bilər. Cinayət prosesində vəkil şübhə edilən şəxsin, təqsirləndirilənin və ya müttəhimin müdafiəçisi kimi çıxış edir. Məhkəmədə müdafiəçi öz nitqi ilə ittiham olunan şəxsi müdafiə edir, yəni ittihamı rədd edir, yaxud müttəhimin vəziy- yətini yüngülləşdirən sübutlar gətirir, habelə məhkəmənin həll etməli olduğu digər məsələlər üzrə öz mülahizələrini bildirir.
Vəkil mülki prosesdə, iddiaçı, cavabdeh və ya üçüncü şəxslərin maraqlarını təmsil edir. Vəkillər öz müştəriləri ilə münasibətlərdə müstəqildirlər.
İnzibati məsuliyyətə cəlb olunan şəxslərə də hüquqi yardım göstərilə bilər.
Vəkillərin hüquqi yardım göstərmələri ödənclidir. Buna baxmayaraq, Konstitusiyasının 61-ci maddəsinin II bəndinə əsasən, qanunla nəzərdə tutulan hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına həyata keçirilir.
Hüquqi yardım, cinayət törədilməsində şübhəli şəxs kimi tutulana olduqca vacibdir. Elə hallar olur ki, şübhələr özünü doğrultmur və istintaq orqanları insan hüquqlarını pozaraq hərəkət edirlər. Vəkilin cinayət prosesinin erkən başlanğıcında iştirak etməsi, insanların təqsirsizliyini sübut etməsi üçün əlverişli şərait yaradır. Bu, eyni zamanda istintaq hərəkətlərinin qanuna əməl olunmaqla, həyata keçirilməsinə də xidmət göstərir. Konstitusiyanın 61-ci maddəsinin III bəndində göstərilir ki, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. <
Ədəbiyyat siyahısı:
1.Ənvər Seyidov.Azərbaycan Respublikası Konstitusiyası və Hüququn Əsasları.Bakı-2019
2.https://jamilshirvanov.wordpress.com
Dostları ilə paylaş: |